Beynəlxalq tələbə-gənclər həftəsinin
qalibləri mükafatlandırılıb
Noyabrın 16-da Naxçıvan Mux-
tar Respublikası Fövqəladə Hallar
Nazirliyinin Mülki Müdafiə Ala-
yında da gənc əsgərlərin andiçmə
mərasimi keçirilib. Mərasimdə ta-
qımlar şəklində düzülmüş əsgərlər
əllərini silahın üzərinə qoyaraq Və-
təni layiqincə qoruyacaqlarına, əs-
gəri borclarına şərəflə əməl edə-
cəklərinə and içiblər.
Andiçmə mərasimində koman-
dirlərdən baş leytenant Röyal Qu-
liyevin, leytenant Teymur Əsgər -
ovun, əsgərlərdən Fərid İsmayılza-
dənin, Valeh Bağırovun, Naxçıvan
Muxtar Respublikası Yazıçılar Bir-
liyinin sədri Asim Yadigarın, Azər-
baycan Vətən Müharibəsi Veteranları
və Şəhid Ailələri Naxçıvan Muxtar
Respublika Təşkilatının Naxçıvan
Şəhər Şöbəsinin sədri Zahid Cəfər -
ovun, Naxçıvan Şəhər Gənclər və
İdman İdarəsinin rəisi Xəyal Qur-
banovun və valideyn Səbuhi Əli -
yevin çıxışları olub.
Naxçıvan Muxtar Respublikası
fövqəladə hallar nazirinin müavini,
polkovnik Hikmət Kərimov bu gün
and içən gənc əsgərlərin nümunəvi
xidmət edəcəklərinə, hərbi hissənin
adını yüksək tutaraq əsgəri borclarını
şərəflə yerinə yetirəcəklərinə, bir
xilasedici kimi baş verə biləcək
fövqəladə hallar zamanı insanların
xilas edilməsində əllərindən gələni
əsirgəməyəcəklərinə əmin olduğunu
bildirib.
Sonda Azərbaycan Respublika-
sının Dövlət Himni səsləndirilib,
alayın şəxsi heyətinin tribuna önün-
dən təntənəli keçidi olub.
Dostları ilə paylaş: |