ged
əllər.
SÖZDƏŞMƏX' (Babək, Naxçıvan, Şahbuz) –
mübahis
ə etmək. –Birəz sözdəşmişdix' sora barışdıx.
SÖZƏYATIM (Kültəpə, Qahab, Naxçıvan) – sözə
baxan, deyil
ənlərlə razılaşan. –Uşax ki sözəyatım olmadı ha, at
getsin.
SÖZKƏSDİ (Ağbulaq, Nursu) – toy haqqında oğlan
evinin qız evi ilə məsləhətləşməsi. –Sözkəsdidə qız əvi oğlan
əvinnən başdıx nə alacax onu də:r, gəlini nə vax aparacaxlar,
n
ə vax paltarpişdi olacax onnarı danışallar.
SUCUX (Ordubad) –
su, un, şəkər, doşab və
ədviyyatlarla hazırlanan və içərisinə qoz ləpəsi qoyulan
şirniyyat. –Sucuğu qabda da eliyərıx, belə uzun-uzun da.
SUDURQA
(Kırna) – qıcolma, spazma. –Uşax gecə
sudurqa keçirdip, aparıplar doxdura.
SUİRƏNGİ (Babək, Naxçıvan, Şahbuz) – narıncıya
çalan qırmızı rəng. –Uşaxlara suirəngi yumurta boyamışam.
Dostları ilə paylaş: