Rəngbərəng çiçəkləri xoş iylidir. Çiçək və meyvələri günəşli yerlərdə yetişir, şaxtalara və sərt
şəraitə qarş dayanıqlıdır. Ev baxçalarında, binaların yaxınlığında tək və ya kiçik qruplarla küləkdən
qorunan yerlərdə əkilir. Çoxalması toxumla və kök çilikləri ilə həyata keçirilir (1,s.126-130). İpək
akasiyası Lənkəranın subtropik ərazisində yayılmasına baxmayaraq Naxçıvanın quru kontinenral
iqlim şəraitində kifayət qədər yaxşı inkişaf etməsi mühün elmi-nəzəri və təcrübi əhəmiyyətə
malikdir. Bəzi ədəbiyyat mənbələrində ipək akasiyasının toxumların qışın əvvəlində tökülür (1;
3,s.104-105; 6,s.205-209). Ancaq apardığımız fenoloji müşahidələrin nəticələri göstərdi ki, onun
toxumları iyul ayının ortalarına qədər, yarpaqlamağa başlayandan bir qədər sonralar tədricən
tökülür. Şəkildə ipək akasiyasının şaxtaya dözümlülüyü və paxlaşəkilli iri meyvələrinin uzun
müddət caxlanılması ilə də bəzək effekti yaratdığı görünür.
Şək. 1.Naxçıvan Dövlət Universiteti
2. Naxçıvan şəhəri Xətai küçəsi döngə1
11bababaşlanğıcı
3. Naxçıvan şəhər Xətai küçəsi döngə2
4. Naxçıvan şəhər Azadlıq prospekti
10
Albizzia Durazz - Güləbşirin (Lənkəran akasiyasi) qış mövsümündə
Albizzia julibrissin Durazz - İpək akasiya – щелковая акация İn Mag. Foscan, III, 4, P, 11,
(1772) Acacia julibrissin Wild. Çoxlu xırda yarpaqcıqları olan, ikiqat lələkvarı yarpaqlı ağac və ya
koldur. Kasacığı zəngvarı və ya boruvarıdır, 4-5 dişlidir. Tacı düzgündür, yaşılımtıl-sarı olub,
qıfvarı, yarıya qədər və ya daha artıq bitişmiş 4-5 ləçəkdən ibarətdir. Erkəkcikləri sayca çox olub,
tacdan uzundur, boyalı saplara və xırda tozcuqlara malikdir. Dişicik sapvarıdır. Çiçək qrupu
başcıqvarı; mürəkkəb süpürgələrdə və ya yarımçətirlərdə toplaşmışdır. Paxla enli xətvarı, yastı,
quru, açılmayan və ya iki qapaqcığı ilə açılandır, biryuvalıdır. Bu cinsə Asiya, Afrika və
Avstraliyanın tropik və subtropik zonalarında yayılmış 50-yə qədər növ daxildir.Keçmiş SSRİ-də
yabanı halda və kulturada onun bir növü (Azərbaycan) yayılmışdır. Qafqazın qazıntı florasında
hazırkı Albizzia julibrissin növünə oxşadılan Albizzioxylon hyranicum Nicit məlumdur. (Şirvan
pliosenindən). Geniş, üfüqi yayılmış çadırvarı çətirli, 18, bəzən 20 m hündürlüyü və 30-40 (80) sm
diametrə malik ağacdır (6,s.147-149; 7 ).
Birillik zoğları yaşıl və ya zeytuni-yaşıl rəngli, hamar qabıqlıdır. Gövdəsi və yaşlı
budaqlarda qabıq boz rənglidir, uzununa çatlıdır. Kök sistemi yaxşı inkişaf etmiş, əsasən kökdən və
torpağın üst qatlarında yerləşmiş çoxlu yan köklərdən ibarətdir. Yarpaqlar növbəli düzülmüş ikiqat
cütlələkvarıdır, uzunluğu 18-20 (40) sm-dir. Birinci hissələr 8-12 (15) cüt olub, uzunsov yarım oraq
şəkilli, 5(8-10)-15 mm uzunluqda və 1,5 (3,4)-4,5 mm enindədir. Ikinci hissə yarpaqlar isə 15-20
(35) cüt olub, üst tərəfdən tünd, altdan açıq yaşıldır, çılpaqdır və ya alt tərəfdən az və ya çox sıx
yumşaqtüklü, kənarı kirpikvarıdır. Çiçəkləri düz quruluşda, 5 şüa, xırda, iki cür formalı olub,
başcıqvarı çiçək qrupu əmələ gətirir. Çiçək qrupları öz növbəsində iri mürəkkəb süpürgələrdə
birləşir.
Yan çiçəklər (başcıqlarda) erkəkcikdir, mərkəzdəkilər ısə ikicinslidir, meyvəverəndir, çiçək
yanlıqları qayıqvarı yaşılımtıldır, 4-5 dişlidir, azca tüklüdür. Erkək çiçəklərin tacı qıfvarı, rəngi
sarımtıldır, kasadan 3-5 dəfə uzundur. Ikicinsli çiçəklərin tacı isə uzun boruşəkillidir, kasacıqdan 8-
10 dəfə uzundur, xaricdən ipəkvarı tüklərlə örtülüdür. Erkəkciklər sayca çoxdur, uzun (30-35 mm),
nazik saplıdır, tacdan çox irəli çıxmış olub, çəhrayı boyalıdır, (ağdan çəhrayıyadək, aşağı hissədə
isə qırmızı ət rəngində dəyişən boyalara təsadüf edilir), 4-5 mm hündürlükdə boru şəklində
birləşmişdir. Tozluqları xırda, dörd-kameralı, toz dənələri isə çox xırda olub, sarıdır. Salxımaoxşar
tozcuq qovuqlarına yapışıqdır.
Dişicik birdir, telvarı sütunludur, kiçikağızlıdır. Paxlalar yastı, xətvarı, çılpaq olub, iki qapı ilə
11
açılır. 16-20 sm uzunluqda və 20-25 mm enindədir, 8-14, çox hallarda 11-13 toxumludur. Əvəlcə
yaşıl, yetişmiş halda isə açıq qəhvəyidir. Toxum aralarında azca basıq, toxumların əks tərəfində isə
qabarıqdır, uc tərəfdən uzunluğu 10 mm-ə qədər olan çıxıntılıdır. Toxumlar uzunsov-ovalşəkilli,
yastı, qəhvəyi rəngli, hamar, 7 (8-9)-10 mm uzunluqda və 4 (4,5) mm enindədir.
Cücərtilər ovalşəkilli, ətli, tamkənarlı, gözəçarpan damarlanması olmayan ləpəlidir, ləpələrin
dib hissəsində qulaqcıqlara oxşar çıxıntılar əmələ gəlmişdir. Ləpəaltı dirsək aşağıdan ağdır, kök
boyuncuğu hissədə isə fırşəkilli qalınlaşmaya malikdir. Birinci əsil yarpaqlar yanaşı və ya qarşılıqlı
durandır. Yarpaqaltlığı bizvarı, yaşıldır. Birinci yarpaq birqat cütlələkvarı, ikincisi isə ikiqat
cütlələkvarıdır. Yarpaqcıqlar ovalşəkilli, uc tərəfdən xırda çıxıntılı, yaşlı bitkinin yarpaqcıqlarına
oxşardır. Çiçəklənməsi iyunun birinci yarısından və ya ortalarından başlamaqla, avqust-sentyabra
qədər davam edir. Paxlaların yetişməsi oktyabrın axırında başlanır, noyabr ayı başa çatır. Ipək
akasiya Azərbaycanda yabanı halda ancaq Talışda terraslarinda bitir və dəniz səviyyəsindən 300-
400 m-ə qədər yuxarı qalxaraq meşəciklər təşkil edir. Aşağı dağ qurşağında qarışıq hirkan
meşələrinin tərkibinə daxil olur. Ümumi yayılması; İran (Gilan, Mazandaran), Braziliya, Çin
(Sıçyan, Xebey, Yunnan) və Yaponiyada (Xakkaydo, Xonsyu Kyusyu və s.) yabanı halda bitir.
Ipək akasiya çox zaman həm təbii bitmə yerlərində, həm də ondan çox uzaqlarda başlıca
olaraq dekorativ məqsədlər üçün artırılır. Azərbaycanda ipək akasiyaya Lənkəran rayonu qrupunda
(Lənkəran, Astara, Masallı və s.)bağ, park və həyatyanı sahələrdə, çay plantasiyalarında, həmçinin
Bakı, Sumqayıt, Mərdəkan, Zaqatala, Xaçmaz, Quba, Göyçay, Gəncə, Ağdaş, Yevlax, Şəki,
Şamaxı və respublikanın aran və dağətəyi rayonlarında yerləşən bir çox başqa yaşayış
məntəqələrində də kulturada təsadüf edilir. Ipək akasiya eyni zamanda mədəni halda Gürcüstan
Respublikasında, xüsusilə Qara dəniz sahillərində (Tbilisi, Kutaisi, Çuatura, Axali, Apani, Anapa,
Soçi, Adler, Gəlincik, Novorossiysk və s.) çox geniş yayılmışdır. 0, həmçinin Orta Asiyada
(Özbəkistan-Daşkənd, Səmərqənd, Buxara, Türkmənistan-Krasnovodsk, Aşqabad, Qızıl Aptek,
Qazaxıstan-Çimkənd), Krımda və Ukraynada təsadüf edilir.
Ipək akasiya mədəni halda həmçinin bir çox xarıcı ölkələrdə: İtaliya, İran, Türkiyə, Fransa,
Yunanıstan, Albaniya, Çin, Yaponiya, Koreya, Şimali Amerikada becərildiyi məlumdur.Ipək
akasiya meşələri Talışda mailliyi 20-35° olan ana süxuru səthə çıxan nazik qatlı, skeletli sarı
topraqlı yamaclarda yayılmışdır.Ipək akasiya meşələrinin ayrı-ayrı fraqment1ərinə dik yamacların
dibində, drenajlı, yuyulmuş, gillicəli zəngin meşə torpaqlarında və axar suların yanında çaykənarı
allüvial terraslarda təsadüf edilir (Prilipko, 1954 ). İpək aksiyanın üstünlük təşkil etdiyi meşələr
azdır. Çox zaman bu cins yamaclarda şabalıdyarpaq palıd, Qafqaz vələsi, vən, azat, hurkan ənciri,
dəmirağac, Qafqaz xurması, çaykənarı terraslarda isə yalanqozla birlikdə bitir.
Təmiz meşələrdə l-ci mərtəbənin (Ağac yarusu) hündürlüyü 18, nadir halda 20 m-ə çatan və
orta diametri 20 sm olan ipək akasiya təşkil edir. Belə meşələrin ağac yarusunda ipək akasiyadan
əlavə, arabir şabalıdyarpaq palıda da təsadüf edilir. Belə hallarda ipək akasiyanın çətiri hündürdə,
gövdələrin üst hissəsində yerləşir. Adətən, burada yüksək sıxlıq (0,7-0,9) olmasına baxmayaraq,
ipək akasiyanın işığı aşağı buraxan çətirləri altında əzgil, böyürtkən kollarından ibarət meşəaltının
inkişafı üçün əlverişli şərait yaranır. Ot örtüyü seyrəkdir, ipək akasiya meşələri üçün xarakter olan
növlər yoxdur. Ən çox danaayağı ( Arum albispathum), mahmızala (Corydalis marsəhalliana),
meşənovruzu (Cyclamen elegans), qarçiçəyi ( Scilla hohenackeri), işıqotu ( Luzula forsteri) bənövşə
( Viola carıca, V.alba), qısaayaq ( Brachypodium silvaticum), cil ( Carex silvatica, C. Divulsa),
çınqılotu ( geum urbanum), dovşan kələmi ( Oxalis comiculata), vəl '( Pteridium tauricum), hirkan
küləvari ( Centaurea hyrcanica) və s. yayılmışdır. Təbii örtük pozulmuş yerlərdə, az miqdarda
lianlardan və mərəvcəyə təsadüf edilir. Daha geniş yayılmış qarışıq meşələrdə ipək akasiya II-III
bonitet, meşələrin I ağac yarusunu palıd, azat, xurma, göyrüş, II ağac yarusunu isə dəmirağacı təşkil
edir. İpək akasiya meşələrini əsas üç meşə tipinə ayırmaq olur: 1. İpək akasiyanın üstünlüyü ilə
qayalıq-daşlıq yamacların meşəsi (Albizzietum saxosum). 2. İpək akasiyanın iştirakı ilə yamac
şlef1ərinin palıdlı dəmirağac meşəsi. 3. Ipək akasiyanın iştirakı ilə çaykənarı rütubətli meşəsi (7).
Göstərilmiş üç meşə tipindən mahiyyət etibarilə yalnız birinci ipək akasiya meşələrinə
(Albizzietum) aiddir, qalan ikisində ipək akasiya ağaclıqda iştirak etməklə, başqa meşə
formasiyaları (dəmirağaclı palıdlıq və çay kənarı meşə) tipləri tərkibinə daxil olur.
12
İpək akasiya relikt mezafıt cinsidir. 0, ancaq müxtəlif geoloji dövrlərin dəyişməsi və iqlimin
kontinentallaşması ilə əlaqədar olaraq daha quru şəraitlə uyğunlaşmış və onda bir sıra quraqlığa
davamlılıq xüsusiyyətləri meydana gəlmişdir. Yay aylarında, günün qızğın vaxtında, həmçinin
güclü küləkli günlərdə və gecə vaxtı ipək akasiyanın yarpaqlarındakı ikinci dərəcəli yarpaqcıqlar
bükülərək yığılır. Bu bitki torpağa az tələbkar olub, drenajlı, qalın gillicəli torpaqlarda yaxşı bitir,
təzə allüvial torpaqlarda isə daha sürətlə böyüyür. Skeletli nazik qatlı torpaqlarda da bitə bilər.
Bataqlıq yerləri sevmir.
Meşədə toxumla və pohrələrlə yaxşı çoxalır. Hər il meyvə verir, meyvə verməsi 4-5
yaşlarından başlanır. Açıqlıqda bitmiş 9 m hündürlüyündə 20 yaşlı bir ağacın üzərindəki 246
paxladan 1722 toxum əldə edilmişdir. Ipək akasiyanın toxumları yüksək cücərmə qabiliyyətinə görə
fərqlənir. Toxumlar cücərmə qabiliyyətini 3-4 il saxlaya bilsə də, belə hallarda 0 xeyli zəifləyir.
Meşədə cücərtilər yazda, qismən yayda və payızda bitir. Kulturada toxumalarla, bəzən də
qələmlərlə artırılır. Təzə toxumlar 10-15 gündən sonra cücərir. Səpindən qabaq toxumlar qaynar
suda isladılır. 1000 ədəd toxumun çəkisi orta hesabla 50-55 qram dan 45-70 qrama qədər olur. 1 kq-
da 18-14-22 min toxum olur, dən doluluğu 99 %-dir. A.V.Vasilyevə görə (1957) toxum yığıldıqdan
sonra onun cücərmə qabiliyyəti 28 %-dir. Cücərmə dövrü 35-56 gündür. Bizim təcrübədə əkilmiş
toxumların 65 %-i cücərti vermişdir. Bir il saxlanmış toxumun cücərmə qabiliyyəti 7 %-ə enir,
cücərmə dövrü isə 20-30 günə bərabər olur.
İpək akasiya yüksək dekorativ xüsusiyyətlərə malikdir. Çiçəklənmə dövründə uzaqdan
nəzəri cəlb edən bolluca çiçəkləri, özünəməxsus gözəlliyi vardır. Başlıca olaraq çətirin üzərində
yerləşən xoş və zərif ətirli çiçəklər, omamental yarpaqlar ipək akasiyanı ən cazibədar ağaz
cinslərindən biri etmişdir. Çiçəklənmə dövründə ipək akasiya Lənkəran meşələrinin bəzəyidir.
Onun çiçəklənmə dövrü müxtəlif yerlərdə 35- 60 gün arasında dəyişir. Ipək akasiyanın çiçəklərinin
erkəkcik tellərinin rənginin müxtəlifliyi ilə fərqlənən bir neçə forması məlumdur. Dekorativ
bağçılıqda xüsusilə aşağıdakılar diqqəti cəlb edir. Var.rosea Mouillef-intensiv çəhrayı erkəkcik
telləri olan, f.alba Al.The-od.-ətvarı qırmızı erkəkcik tellərİ olan, f. alba Al.Theod-ağ rəngli
erkəkcik telləri olan və s. Dekorativ bağçılıqda ipək akasiyanın ştamb formalarını əldə etmək
mümkündür. Xiyabanlar düzəltmək məqsədi ilə, qrupla və tək-tək (soliter) əkilir. Talışda ipək
akasiyadan həmçinin çay plantasiyalarında kölgələndirici ağac kimi istifadə olunur. Ipək akasiyanın
seyrək çətiri çay kollarının boy və inkişafına müsbət təsir edən, eyni bərabərlikdə kölgə verir.
Sarımtıl, canlı və açıq qəhvəyi özəkli oduncağı çox möhkəmdir, ağırdır, çox gözəl yarılır, tangental
və radial kəsiyində, həlqələrdə çətirli, şüavarı teksturalıdır.E.V. Vulf və O.F. Malaeva fikrincə
Albizzia cinsinə daxil olan növlərin qabığında 20%-ə qədər aşı maddəsi vardır. Paxlasından
mürəkkəb hazırlanır, Kauçuqun kaoqulyasiyasında işlədilir. Yaşıl paxlaları iribuynuzlu mal-qara və
dəvələrə yemdir və həm də paxlaları yeyinti məhsuludur. Xüsusi içkilərin hazırlanmasında, kitrəsi
boyaq və nəşriyyat sənayesində işlədilir. Bəzək və dərman bitkisidir, Oduncağı möhkəmdir, ondan
düyü dəyirmanı, tikintidə tir, qayıq hazırlanmasında istfadə olunur. Budaqcıqları (vetki) diş
fırçaları hazıtlamağa sərf olunuduğynu qeyd edirlər (2, s.202-204).
Oduncaqda borularında illik halqalar yaxşı seçilir; boru boşluqlarının həcmi orta enliyi olan
artım halqalarında (12-15%-i təşkil edir) lif1i traxeid boşluqların həcmi 25-30%-dir. Hüceyrə
qlaf1arının həcmi (dolu, kütlənin faizi) orta hesabla 45-50%-ə bərabərdir. Şüaların həcmi 10-12%
arasında dəyişir. Z.A. Novruzovaya görə (1959), ipək akasiyanın oduncağı çoxlu miqdarda maye
rütubət udmaq qabiliyyətinə malikdir., həcm çəkisinə görə orta ağırlıqdadır. Oduncağın hüceyrə
divarları ətrafındakı su buxarlarını qeyri-bərabər udur (orta hesabla 20,5 %) və bir qədər şişir.
Tangental şişmənin radial şişməyə nisbəti böyük deyildir (1,4 ilə ifadə olunur).
İpək akasiyanın oduncağı quruduqda böyük əyilmə və çatlar vermir, tangental qurumanın
radiala nisbəti 1,5-ə olan oduncaqlara aiddir, hüceyrə boşluqlarının və hüceyrəarası boşluqların
həcmi 64,5 %-i təşkil edir. Ipək akasiya oduncağı möhkəmliyinə görə yüksək olmayan göstəricilərə
malikdir. 0, statik əyilməyə və zərbə yükünə qarşı nisbətən az müqavimət1i olması ilə fərqlənir.
Ipək akasiyanın oduncağı yüksək dekorativ keyfiyyətlərə malik olsa da, oduncaq ehtiyatının azlığı
üzündən sənayedə tətbiq edilmir. Mebel sənayesi və dekorativ oduncaq əldə etmək məqsədi ilə ipək
akasiya çoxaldılmalıdır. Dünya bazarında: Hindistan, Avropa və Şimali Amerikada güləbrişinin
13
müxtəlif növlərinin oduncağı, xüsusilə Albizzia levvesk yüksək qiymətləndirilir və ondan
"Koko"adlı yüksək keyfiyyətli mebel hazırlanır. Ipək akasiya gözəl ballı bitkidir, sarımtıl rəngə, xoş
ətirə və özünəməxsus xoş dada malikdir. Qabığında 7-8 % aşı maddəsi, sapanin, həmçinin ipək və
yun parçaların boyanmasında istifadə olunan çoxlu sarı boyaq maddəsi vardır. Qabığından alınmış
su cövhərindən xalq təbabətində istifadə olunur (Talış). Xalq təbabətində bu ağacın çiçəklərinin
sulu dəmləməsi öskürək əleyhinə və antispazmatik vasitıdir. Gövdələrinin qabığı suda dəmləməsi
iştahaçıcı vasitə və mədə-bağırsaq traktının xəstəliklərin müalicəsində işlədilən dərman vasitəsidir.
(4, s. 83-84; 5,s. 147-149). Araşdırmalardan aydın oldu ki, İpək akasiyası tətbiq etdiyimiz yerlərdə
tam sınaqdan çıxdı, Naxçıvan MR-in şəraitinə tam uyğunlaşmış, çiçəkləyib meyvə və yetkin toxum
verdi. Bu qiymətli ağacın indi geniç əkilib-becərilməsinin tətbiqinə keçilməsini təklif edirik.
Dostları ilə paylaş: |