BƏHRUZ MƏMMƏDOV
Naxçıvan Dövlət Universiteti
UOT:613
METALLARIN ƏTRAF MÜHİTDƏ YAYILMASININ BİOLOJİ-GİGİYENİK
ASPEKTLƏRİ
Təbiətin xüsusi bir hadisəsi kimi kimyəvi elementlərin yer qabığında yayılması
xüsusiyyətlərinin hərtərəfli öyrənilməsi bir çox elm sahələrinin maraq dairəsinə daxil olan
kompleks bir problemdir. Elementlərin biosferdə miqrasiyasının qanunauyğunluqları, onların
mübadilə proseslərinin bioloji mahiyyətinin müxtəlif gigiyenik aspektləri həmin problemin tərkib
hissələrindən biridir.
XX əsrin ikinci yarısında kimyəvi elementlərin və onların böyük bir qrupunu təşkil edən
metalların ətraf mühitdə yayılması və çevrilmələri, müxtəlif obyektlərdə səviyyələri, orqanizmə
daxil olması və bioloji funksiyaları haqqında bir sıra mühüm məlumatlar əldə edilmişdir. Bunlardan
ən başlıcası ondan ibarətdir ki, orqanizmdə mövcud olan elementlərin və ilk növbədə metalların
orqanizm üçün çox mühüm fizioloji əhəmiyyəti müəyyən edilmişdir.
Qəbul edilən qida ilə orqanizmə daxil olan və beləliklə qidanın əsas tərkib hissələrindən
birinin təşkil edən mineral birləşmələri orqanizmə tələb olunandan artıq və ya az daxil olması
nəticəsində baş verən bir sıra patologiyaların xüsusiyyətləri və onlara qarşı profilaktika tədbirləri
müəyyən edilmişdir.
Metallar təbiətdə ən geniş yayılmış elementlər qrupunu təşkil edir. Dövri sistemin yarıdan
çox elementinin metallardan ibarət olması bu maddələrin ətraf mühitdəki yeri haqqında obyektiv
təsəvvür yaradır. Lakin bu maddələr xarici mühitin müxtəlif obyektlərində heç də dəmir kimi
elementlərin yer qabığındakı səviyyələri ilə müqayisədə onların dəniz suyunda olan miqdarı çox
cuzidir. Ümumiyyətlə isə metalların müxtəlif mühitdə, xüsusən yer səthinin müxtəlif rayonlarında
miqdarı nisbi sabit hesab edilməmişdir. Çünki biosferdə ( biosferin yuxarı sərhədi yerdən 12-15 km
hündürlükdə troposferdə, aşağı sərhədi isə litosferdən 5 km dərinlikdə, okeanlarda isə onların dibinə
qədər bir ərazinin əhatə edir) baş verən saysız-hesabsız geokimyəvi və biokimyəvi proseslər, habelə
insanın müxtəlif xarakterli fəaliyyəti kimyəvi elementlərin, o cümlədən metalların miqrasiyasına,
səpələnməsinə və mühitdə müxtəlif səviyyədə toplanmasına səbəb olur.
Metalların ətraf mühit obyektlərinə daxil olması və hərəkətinin əsas təbii mənbələrindən biri
vulkanlar nəticəsində püskürülmüş süxurlardır. Adətən, qələvi xassəli belə süxurlar isə bir qayda
olaraq molibden, litium, qalay və bu kimi digər metallarla zəngin olur. Həmin süxurların atmosfer
hadisələrinin köməyilə (külək, yağıntı və s.) parçalanması və dağılması onların geniş ərazilərə
yayılmasına səbəb olur və həmin rayonların bitki və canlı aləminə öz təsirini göstərir. Belə
ki,metalların və onların suda həll olan birləşmələrinin bir qismi bitkilərin orqanizminə keçir, digər
hissəsi isə yuyularaq qrunt sularına, çaylara, dəniz və okeanlara qarışır.
Azərbaycan Respublikası ərazisində metalların təbii səviyyəsi haqqında məlumatlar o
dərəcədə çox deyildir. Lakin bir sıra tədqiqatlar müəyyən etmişdir ki, respublikanın bəzi
rayonlarında bu və ya digər metalların miqdarı klark səviyyələrindən çox artıq olub, təbii filiz
yataqları kimi mövcud olduğu halda, elə rayonlar da vardır ki, torpağında metalların miqdarı çox
aşağıdır.
Azərbaycanın metallarla zəngin olan zonalarına əsasən Naxçıvan Muxtar Respublikasının
Şahbuz və Ordubad rayonları, Daşkəsən, Gədəbəy, Kəlbəcər və digər rayonlar daxildir. Naxçıvanın
Şahbuz və Ordubad rayonlarının torpaqlarında külli miqdarda molibden (Kilit molibden yatağı),
volfram və digər metallar vardır.
124
Kimyəvi elementlərin yer üzərində miqrasiyasında canlı orqanizmlərin rolunu və əksinə,
orqanizmlərin həyat proseslərində iştirak edən elementlərin canlı orqanizmlərin təkamülündə
əhəmiyyəti haqqında məlumatları ümumiləşdirərək V.İ.Vernadski özünü biokimya elminin əsasını
qoymuşdur. Bu elmin əsas müddəalarına görə canlı orqanizm, onun kimyəvi təbiəti yer qabığının
kimyəvi tərkibi ilə sıx əlaqədardır. Bu əlaqələr xarici mühitlə canlı orqanizm arasında gedən daimi
qarşılıqlı əlaqələr nəticəsində formalaşır.Yer qabığında olan elementlər canlı orqanizmlərin həyat
proseslərində fəal rol oynadığı kimi, müxtəlif orqanizmlər elementlərin konsentrasiyası və
səpələnməsi hesabına yer qabığının tərkibinin formalaşmasında və tənzim edilməsində iştirak edir.
Sonralar canlı orqanizmlə yer qabığının kimyəvi tərkibi arasındakı qarşılıqlı əlaqələr daha da ətraflı
tədqiq edilmiş və inkişaf etdirilmişdir (Voynar A.İ. 1960, Vinoqrad A.P. 1962, Babenko K.A.
1978, Kovalski V.V. 1973). Həmin tədqiqatlar insan orqanizminin kimyəvi tərkibinin torpaqda və
sualrda olan elementlərlə sıx bağlılığını sübut etmişdir. Bu, bir çox metalların suda, torpaqda və
insan orqanizmində olan təbii miqdarından da aydın görünür.
Biokimyəvi əyalətlər təlimin yaranması bir sıra ərazilərdə yaşayan əhali arasında geniş
yayılmış xəstəliklərin etiologiya və patokenezini aydınlaşdırmaqda, həmin xəstəliklərin müalicə və
profilaktikasını təşkil etməkdə mühüm rol oynamışdır. Çünki bu və ya digər elementlərin torpaqda
və ya təbii sualrda artıq olması və ya çatışmaması, onların bitkilərə, sonra isə heyvan və insan
orqanizminə həddən artıq və ya az daxil olmasına səbəb olur. Nəticədə maddələr mübadiləsi
pozğunluqları, funksional, morfoloji dəyişikliklər və hətta xəstələnmələr baş verir. Belə xəstəliklərə
biokimyəvi endemiyalar deyilir.
Endemik xəstəliklərin inkişafı və baş verməsindən bəhs edərkən V.V.Kovalski (1970) qeyd
etmişdir ki, orqanizm xarici mühitdə metalların çox geniş diapazonda dəyişməsinə uyğunlaşa bilir.
Lakin geokimyəvi mühitin ekstremal şəraitində təbii seçmə kəskinləşə bilir və orqanizmin
biokimyəvi adaptiv dəyişkənliyinin inkişafina təsir göstərir.
Xarici mühit obyektlərində metalların miqdarının dəyişilməsilə əlaqədar baş verən endemik
xəstəlikləri əsasən 2 yerə bölmək olar: a) bu və ya digər elementlərin orqanizmə təbii yolla artıq
daxil olması nəticəsində baş verən mikroelementtozlar; b) orqanizmə kifayət qədər hər hansı bir
metalın daxil olmaması nəticəsində inkişaf edən xəstəliklər.
Ətraf mühit obyektlərində təbii olaraq metalların artıq miqdarda toplanması ilə əlaqədar
əhali arasında müşahidə edilən endemik xəstəliklərdən biri “qara ayaq” xəstəliyidir. Bu patologiya
içməli sularda arsenin miqdarı klark səviyyəsindən artıq olan ərazilərin əhalisi arasında baş verir.
Xəstəliyin əsasında arsenin təsirindən əhalidə periferik damarların obliterasiyaedici endarteritləri
durur. Periferik damarların arsen mənşəli zədələnmələri ilk dəfə XIX əsrin sonunda Almaniyanın
Sileziya əyalətinin əhalisində müşahidə edilmişdir. ”Qara ayaq” xəstəliyinin geniş yayıldığı Tayvan
adasında əhalinin işlətdiyi içməli sularda arsenin miqdarı 0,4-0,6 mq/l-ə çatır. Burada xəstəliyin
yayılması (hər 1000 nəfərə 8,9 hadisə) əhalinin yaşı artdıqca genişlənir ki, bu da əhalinin arsenli
sudan istifadə etmə müddətinin artması ilə izah edilir.
Şiş hüceyrələri ilə sıx əlaqəsi olan metallardan biri də maqneziumdur. Bu metalın torpaqda
və sularda artıq olması onun qida maddələri, xüsusən ət vasitəsilə insan orqanizminə daxil olmasına
səbəb olur. İtaliya, İspaniya, Afrika, Şimali Braziliya torpaqlarının maqneziumla zəngin olması və
əhalinin qida rasionunda ətin əsas məhsullardan biri olması bu yerlərin əhalisi arasında bədxassəli
şişlərin digər ölkələrə nisbətən çox az olmasına səbəb olmuşdur.
Qanyaratma proseslərində əsas elementlərədən hesab olunan və
B
12
vitamininin tərkib
hissəsini təşkil edən kobaltın torpaqda təbii halda az miqdarda olması (Şotlandiya, Yeni Zelandiya,
Avstraliya) həmin rayonlarda qaramal və davarlar arasında müxtəlif adlar altında məlum olan
(enzotikmarazm, Morqon Mayns xəstəliyi, ”sahil” və ya “kolluq xəstəliyi” və s.) spesifik endemik
patologiyaların inkişafına səbəb olur. Xəstəliyin əsas əlamətlərinə iştahsızlıq, kəskin anemiya və
ataksiya aiddir.
Metalların ətraf mühitdə miqdarının anomal olaraq müxtəlifliyi nəticəsində qeydə alınan
endemik xəstəliklərdən biri də molibden podaqrasıdır (Kovalski V.V. və b. 1980). Bu patologiya
torpaqlarında molibden çox olan Ermənistanın Dağlıq Ankavan rayonunda daha çox yayılmışdır.
Hazırda bu xəstəliyin həqiqi təbiəti haqqında məlumatların çox az olmasına baxmayaraq, belə hesab
125
edilir ki, tərkibində molibden saxlayan ksantinoksidaza metal fermentinin yüksək sintezi və purin
mübadiləsinin sürətlənməsi artıq miqdarda sidik turşusunun toplanmasına səbəb olur. Böyrəklər
belə artıq miqdarda sidik turşusunun xaric olmasının öhdəsindən gələ bilmədiyindən həmin turşu və
onun duzları vətərlərdə və oynaqlarda toplanıb qalır (Rajogopalan K.V.1987).
Beləliklə, qeyd edilən məlumatlardan aydın olur ki, yer səthində metalların son dərəcə qeyri-
bərabər yayılma səviyyələri canlı orqanizmlərə, o cümlədən insan orqanizminə müxtəlif
intensivlikdə təsir göstərir. Lakin bu məlumatlar tam hesab edilə bilməz. Çünki insan orqanizminə
daxil olan onlarla metalın yalnız kiçik bir qrupunun orqanizmə daxiloma səviyyəsinin dəyişməsi
nəticəsində meydana çıxan cavab reaksiyaları öyrənilmişdir. Bir çox metalların orqanizmə daxil
olan miqdarından asılı olaraq bu və ya digər patologiya törətməsi problemi hələ də qalmaqda davam
edir. Bu sahədə həlli tələb edilən məsələlərdən biri də endemik xəstəlikərin profilaktikası üçün bu
günə qədər radikal gigiyenik tədbirlərin olmamasıdır.
Bütün bunlara baxmayaraq aydın olur ki, metalların artıq və ya az miqdarda təbii halda
orqanizmə daxil olması müəyyən patoloji halların baş verməsinə səbəb olursa, deməli, onların
orqanizmdə elə səviyyələri də mövcuddur ki, həmin səviyyələrdə metallar orqnizmə əlverişsiz təsir
göstərməyib, onun həyati proseslərinin tənzim edilməsində iştirak edir.
Metallar ezoken mənşəli kimyəvi maddələr olub, qida məhsulları ilə orqanizmə daxil olaraq
müxtəlif biokimyəvi strukturların və sistemlərin tərkibində, orqanizmin bir sıra əsas mübadilə
proseslərində-zülal, yağ, karbohidrat, vitamin, mineral mübadilədə, habelə qaz mübadiləsi, istilik
tənzimi, toxuma tənəffüsü və toxuma keçiriciliyi, hüceyrənin bölünməsi, sümük toxumasının əmələ
gəlməsi, qanyaranma, boyatma, nəsilartırma, immunobioloji və digər proseslərdə iştirak edir.
Bir sıra elementlərin orqanizmdə sabit miqdarı qanın mineral tərkibinin və osmotik
təzyiqinin normal saxlanmasını təmir edir. Belə metallara natrium, kaium, kalsium misal ola bilər.
Müəyyən edilmişdir ki, əsasən hüceyrəxarici (toxuma) mayedə toplanan natrium hüceyrədaxili və
toxumarası mübadilə proseslərində fəal iştirak etməklə qanın bufer sisteminin yaranmasında
(bikarbonatlar və fosfatlar şəklində) mühüm rol oynayır, hüceyrə protoplazmasının və orqanizmin
biloji mayelərinin osmotik təzyiqinin sabitliyini, habelə hüceyrə kolloidinin şişməsi yolu ilə suyun
toxuma və hüceyrələrdə tutulub saxlanmasını təmin edir. Natrium ionu ürək əzələsinin fəaliyyətinin
normal saxlanmasında iştirak edir. Natriuma orqanizmin gündəlik tələbatı 5-15 qram arasında
tərəddüd edir.
Natriumun orqanizmində təbii antoqinisti olan kalium toxuma mayesinin və onunla birlikdə
natriumun orqanizmdən xaric olmasını sürətləndirmək qabiliyyətinə malikdir. Kalium əsasən
hüceyrə daxilində yerləşən başlıca metal kationlarındandır. Mərkəzi və periferik sinir hüceyrələrinə
gələn daxili və xarici impluslara verilən cavabların ötürülməsi proseslərində (oyanmanın ion
mexanizmi, keçiricilik, hüceyrə yığılması) iştirak etməklə kalium orqanizmdə koordinasiya və
trofika funksiyalarını təmin edir, orqanizmlə xarici mühit arasında əlaqə yaradır ( Danilenko A.İ. və
b.,1981).
Kalium hüceyrə daxilində osmotik təzyiqin və turşu-qələvi münasibətinin sabit
saxlanmasında və mübadilə proseslərində fəal iştirak edir. Eritrositlərdə olan kalium ionu oksigenin
hemoqlobin vasitəsilə daşınmasını təmin edir.
Müxtəlif ərzaq məhsulları vasitəsilə, xüsusən quru meyvə və giləmeyvələrdən əriyin, kişmiş,
qara gavalının, habelə noxudun və soya paxlasının tərkibində orqanizmə daxil olan kalium elementi
eyni zamanda bir sıra fermentativ proseslərdə (fosfopiroüzüm turşusunun üzüm turşusuna
çevrilməsində), asetilxolinin əmələ gəlməsində mühüm rol oynayır ( Petroviski K.S.,1975).
Sinir oynamalarının ötürülməsində və ümumiyyətlə sinir sisteminin oynama qabiliyyətinin
tənzim edilməsində mühüm əhəmiyyəti olan elementlərdən biri maqneziumdur. Bu metalın
orqanizmdə rolu tam öyrənilməsə də, müəyyən edilmişdir ki, o miozin ATF-aza fermentinin
fəallığını artırmaqla yanaşı xolinesteraza vasitəsilə asetilxolinin hidrolizini gücləndirir. Bu zaman
sinir uclarının qıcıqlanması tormozlanır, əzələlər boşalır. Bu yolla maqnezium bağırsaq
peristaltikasını artırır və öd ifrazını stimulə edir, antispastik və damargenişləndirici təsir göstərir.
Maqnezium ionunun bu xüsusiyyətinə görə o bir sıra xəstəliklərin (eklampsiya, nefrit sancıları)
müalicəsində dərman preparatı kimi işlədilir.
126
Maqnezium bir çox fermentativ proseslərin mühüm aktivləşdiricilərindəndir. O, aralıq
mübadiləsinin spesifik aktivatoru və bir sıra ferment sistemlərinin kofaktorudur. Mübadilə
reaksiyalarında maqnezium fosfat qruplarının daşıyıcıları olan fermentlərin (adenilatkinazalar,
NAD+-kinazalar, kreatinkinazalar) aktivatoru hesab olunur. Maqnezium eyni zamanda qələvi
fosfotaza və Krebs reaksiyalarında iştirak edən piruvatkarboksilaza və puroüzüm turşusunun
oksidalaza fermentlərini fəallaşdırır (Keorkiyevski V.N.1978).
Beləliklə, maqneziumun orqanizmdə normal miqdarı onun antipastik, damargenişləndirici
təsirini təmin edir. Onun miqdarının azalması toxumanın oyanıqlığını artırır və bu proseslərdə
maqnezium ilə kalsium ionları arasında antaqonist münasibətlər meydana çıxır. Bu metallar
arasında belə münasibət eyni zamanda özünü xolesterin mübadiləsində də göstərir. Maqneziumun
orqanizmə az daxil olması və ya toxumalarda çatışmaması zamanı qanda və toxumalarda
xolesterinin miqdarının artması ürək və arteriya damarlarının divarlarında, habelə əzələlərdə
kalsiumun artıq toplanması müşahidə edilir (Metsler D., 1980).
Maqneziumla kalsiumun antaqonist əlaqələri özünü onların metabolizmində daha qabarıq
göstərir. Hər iki metalın bağırsaqdan sorulması üçün onların öd turşuları ilə birləşərək
maqneziumun sorulması imkanını azaldır. Eyni zamanda qidada kalsiumun çox olması
maqneziumun orqanizmdən xaric olmasını sürətləndirir. Ona görə də tarazlaşdırılmış qida
rasionunda maqneziumun miqdarı kalsiumun miqdarının 1/2-3/4 –nə bərabər olmalıdır. Orqanizmin
bir mikroelement kimi maqneziuma olan 500-600 mq-lıq sutkalıq tələbatı çörək, müxtəlif yarmalar,
noxud və lobyanın tərkibində daxil olmaqla ödənilir.
Maqneziumun ataqonisti kimi kalsium orqanizmdə miqdarına görə ( 1050 q-a qədər) mühüm
mikroelementlərdən hesba olunur. Onun bioloji funksiyaları çoxtərəflidir. Lakin kalsiumun ən
mühüm rolu orqanizmdə sümük toxumasının əsas tərkib hissəsini təşkil etməsidir. Orqanzimdə olan
kalsiumun ümumi miqdarının 99%-i sümük toxumasında hidroksilapatit [ Ca
10
(PO
4
)
6
(OH)
2
]
mineralına bənzər kalsium fosfat şəklində kollagen zulalı ilə birlikdə cəmlənmişdir. Göstərilən
birləşmədə kalsium ionlarının bir qisminin maqnezium ionları ilə, (OH
-
) ionlarının çox az bir
miqdarının isə flor ionları ilə əvəz edilməsi sümük toxumasının möhkəmliyini artırır (Metsler D;,
1980).
Qanın daimi tərkib hissəsi olan kalsium onun laxtalanmasında (trombokinazanın iştirakı ilə
protrombinin trombinə çevrilməsi prosesi kalsium ionlarının iştirakı ilə tənzim olunur) əsas
komponenetlərdən biridir. Kalsium əzələ hüceyrəsinin sarkoplazma şəbəkəsində yerləşərək aktin və
miozin zülallarının qarşılıqlı əlaqəsini təmin edir və beləliklə əzələnin (xüsusən miokardın)
yığılmasında iştirak edir.
Kalsium ionu normal sinir-əzələ oyanıqlığının sabit saxlanmasında mühüm rol oynayır.
Sinapslardan sinir impluslarının postsinaptik neyronlara ötürülməsindən qabaq orada kalsium
ionlarının miqdarı yüksəlir və nəticədə sinapslardan mediatorların xaric olması baş verir. Ona görə
də orqanizmin xarici qıcıqlandırıcılara cavab vermısinin ümumi mexanizminin 2 əsas elementindən
birini kalsium təşkil edir (Vorle .A.v.1974).
Kalsium bir sıra fermentlərin (ATF-aza, lesitinaza, suksinatdehidrogenaza, tripsin) fəallığını
artırmaqla və tənzim etməklə hüceyrənin boyatma və inkişafı proseslərində yaxından iştirak edir,
orqanizmin müdafiə qüvvələrini möhkəmləndirməklə onun əraf mühit amillərinin təsirinə
davamlılığını artırır.
Orqanizmin kalsiuma olan sutkalıq tələbatı (800 mq) əsasən süd və süd məhsulları vasitəsilə
ödənilir.
Orqanizmdə müxtəlif bioloji molekulların tərkibinə daxil olan dəmir bir çox fizioloji
funksiyalar daşıyır. Bir sıra oksudləşdirici fermentlərin –peroksidaza, sitoxrom, sitoxromoksidaza
tərkibinə daxil olaraq, dəmir oksidləşmə proseslərində yaxından iştirak edir. Dəmir hüceyrənin
protoplazma və nüvəsinin tərkib hissəsi olmaqla hüceyrədaxili mübadilə proseslərini stimulə edir.
Dəmirin orqanizmə daxil olması bir sıra heyvani və bitki mənşəli qida məhsulları vasitəsilə
baş verir. Ona ən çox malın qara ciyərində, yumurta sarısında, bitki mənşəli qida məhsullarından
qarabaşaq yarmasında, çovdar çörəyində, habelə ərikdə, almada, ağ göbələkdə rast gəlinir.
Yaşlı orqanizmin dəmirə sutkalıq tələbatı 15 mq-dır.
127
Qanyaranma proseslərində fəal iştirak edən elementlər qrupunda mis xüsusi yer tutur. Bu
metal hemoqlobinin sintezində çox yaxından iştirak edir və misin bu funksiyası dəmirin eyni adlı
funksiyası ilə sıx əlaqədardır. Qida ilə orqanizmə daxil olan qeyri-üzvi dəmirin üzvi dəmir
birləşmələrinə çevrilməsində, habelə retikulositlərin yetişib eritrositlərə çevrilməsində mis vacib
element kimi çıxış edir. Mis, dəmirin sümük iliyində olan hemopoez sisteminə keçməsini təmin
edir. Misin stimuləedici təsiri nəticəsində fəallaşan eritropoezin gedişinə təsir göstərir.
Misin daxili sekresiya vəzilərinə təsiri haqqında ədəbiyyatda bir sıra məlumatlat vardır.
Müəyyən edilmişdir ki, mis insulinsayağı təsir effektinə malikdir. Gündə 0,5-1,0 mq mis qəbul
edilməsi nəticəsində diabet xəstəliyinə tutulmuş şəxslərin vəziyyəti yaxşılaşır, hiperqlikemiya
azalaır, qlükozuriya aradan qalxır. Mis duzları adrenalin hipeqrlikemiyasını tormozlayır (Frieden
E.1984).
Mis bir sıra biokimyəvi proseslərdə elektrondaşıyıcı zülalaların tərkib hissəsi kimi iştirak
edərək üzvi maddələrin molekulyar oksigenlə oksidləşmə reaksiyalarını həyata keçirir. Məsələn,
misin ən spesifik fermentlərindən olan seruloplazmin çoxfunksiyalı zülal kimi ferroksidaza,
aminoksidaza və superoksiddismutaza fermentlərinin aktivliyinə malik olub, misin orqanizmdəki
tarazlığında iştirak edir, iltihabı proseslərin kəskin mərhələlərinin tormozlanmasında mühüm rol
oynayır və lipid membranlarını peroksid oksidləşməsindən mühafizə edir. Seruloplazmin özünün
oksidaza funksiyaları ilə yanaşı, hüceyrə fermentlərinə və ilk növbədə sitoxromoksidaza mis
daşıyan nəqliyyat zülalı rolunu oynayır.
Misin mühüm qida komponenti kimi orqanizm üçün vacib olması ilk dəfə 1924-cü ildə
müəyyən edilmişdir. Müxtəlif heyvani və bitki mənşəli qida maddələrinin tərkibində orqanizmə
daxil olan bu bioelemtin sutkaliq norması yaşlı şəxslər üçün 2-5 mq müəyyən edilmişdir ( Petrovski
K.S.,1971; Priev İ.Q.,1985; Avtsın A.P. və b.,1991; Volf R.1982).
Orqanizmdə bioloji əhəmiyyətinin dərəcəsinə görə elementlərin yuxarıda qeyd edilmiş
düzülüş sırasında ən yüksək mövqe tutan (9 bal) metallar içərisində sink həqiqi bioelement kimi
qiymətləndirirlir. Orqanizmdə sərbəst ionlar və ya müxtəlif duzlar şəklində olan sink bir sıra
spesifik zülallar və fermentlərlə müxtəlif davamlılıq dərəcəsinə malik birləşmələr əmələ gətirir.
Sinkin zülallarla əlaqəsi sulfhidril və imidazol qrupları vasitəsilə yaradılır. Tərkibində sink saxlayan
zülallar əsasən metallofermenlər və metalloferment komplekslərindən ibarətdir. Bunlara
karbonhidraza, karboksipentidaza, qələvi fosfataza, laktatdehidrogenaza, arginaza və s.aiddir
(Vallee B.Z.et al., 1984).
Sinkin insan orqanizmində əsas bioloji rolu onun karbonhidraza metallofermentinin
tərkibində olması ilə əlaqədardır. Bu fermentin orqanizmdə rolu mühüm və çoxsahəlidir. Bu
funksiyalar içərisində karbonhidrazanın tənəffüs prosesində iştirakı daha vacibdir. Eritrositlərin
tərkibinə daxil olan karbonhidraza karbon qazı ilə əlaqəyə girərək onun orqanizmdən xaric edilməsi
yolu ilə qazlar mübadiləsində iştirak edir. Eritrositlərin tərkibində hemoqlobinin cəmi 1% -i qədər
olan karbohidraza karbon qazının əmələ gəlməsi proseslərini sürətləndirməklə onları oksigenin
mənimsənilməsi proseslərilə uyğunlaşdırır. Ona görə də karbonhidrazanın tənəffüs aktındakı rolu
heç də hemoqlobinin rolundan az deyildir (Voynar A.O., 1960; Bernşteyn L.i., 1977 Karlinski
V.M., 1979).
Sink karbonhidrazasının mühüm bioloji funksiyalarına eyni zamanda qanda hidrogen
ionlarının normal qatılığının sabit saxlanmasında, mədə divarında xlorid turşusunun və mədəaltı
vəzin hidrokarbonat şirələrinin əmələ gəlməsində iştirak etməsi də daxildir (Karlinski V.M.,1979).
Sinkin yüksək qatılıqlarda hipofiz, mədəaltı, cinsiyyət vəzlərində toplanması ilə nəsilartırma
funksiyası arasında mühüm əlaqə vardır. Bununla yanaşı, sinkin immunoloji proseslərdə bir sıra
mühüm funksiyaları müəyyən edilmişdir. İmmun sistemin inkişafı və fəaliyyəti üçün sink vacib
element hesba edilir. Orqanizmə qida ilə normadan az daxil olduqda limfositlərin və faqositar
hüceyrələrin funksiyalarının zəifləməsi, timus vəzin hipoplaziyası və vaxtından qabaq involyusiyası
baş verir. Bu zaman immunoloji sistemdə qeyd edilən çatışmamazlıqlar timus vəzin ektomiyası
zamanı meydana çıxan əlamətləri xatırladır. Timus vəzin hormonu olan timulinin fəallığı azalır,
limfositlərin yaranması prosesi zəifləyir, T-limfositlərin anomaliyası baş verir (Dardonne M.,1988).
128
Sinkin orqanizmə sutkalıq daxiloma norması 12-16 mq təşkil edir. Bu elementlə ən çox
zəngin olan qida məhsullarına dənli bitkilər, xüsusən paxlalar aiddir. Məsələn, noxud və lobyanın
tərkibində 44,5-52,5 mq/kq sink vardır. Buğda və düyünün qabıq hissəsində sinkin miqdarı
yüksəkdir (30-32,4 mq/kq). Heyvan mənşəli qida məhsullarından ən yüksək konsentrasiyada sink
olanlarına yumurta sarısı (49 mq/kq) və malın qaraciyəri (43,9-45,5 mq/kq) aiddir. Sinklə ən çox
zəngin olan qida məhsulları isə göbələklərdir-sarı göbələkdə, qara göbələkdə, yağlı göbələkdə və
şampinyonda onun miqdarı 137-202 mq/kq təşkil edir (İsakov X.İ.,1970).
Qida vasitəsilə orqanizmə daxil olması vacib olan elementlərdən biri də molibdendir.
Orqanizmə sutkalıq daxil olma miqdarına görə (0,16-0,30 mq) o, mikroelementlər qrupuna daxildir.
Molibdenin orqanizmdə bioloji rolu onun toxuma tənəffüsündə iştirak etməsi, purin mübadiləsinə,
askorbin turşusunun sintezinə, karbohidrat mübadiləsinə, cinsiyyət vəzlərinin funksiyalarına,
vegeto-endokrin reaksiyalara təsiri ilə əlaqədardır. İnsan orqanizmində həmin funksiyalar bir sıra
metallofermentlərin (ksantinoksidaza və sulfitoksidaza) vasitəsilə həyata keçirir. Ksantinoksidaza
fermentinin tərkibində molibden oksigenin iştirakı ilə ksantin, hipoksantin və aldehidlərin
oksidləşməsinə səbəb olur. Molibden iştirakı ilə fəallaşan sulfitoksidaza fermenti sulfitlərin
sulfatlara çevrilməsində yüksək spesifiklik göstərir. Sulfitoksidazanın genetik defekti beyinin güclü
anomaliyalarına, əqli geriqalmalara, göz büllurunun ektopiyasına səbəb olur. Lakin bu
patologiyaların səbəbi indiyə qədər aydınlaşdırılmamışdır (Avtsın A.P. və b., 1991; Ralagopalan
K.V. 1987).
Molibdenin hansı qida məhsullarının tərkibində orqanizmə daxil olması haqqında
ədabiyyatda məlumatlar tapılmamışdır. Onun tərəvəz məhsullarının tərkibində olması güman edilir.
Bununla yanaşı, bu metalın qara ciyərdə, əzələ və beyin toxumasında toplanması onun heyvanların
qara ciyəri və ət məhsulları vasitəsilə orqanizmə daxil olmasını söyləməyə əsas verir.
Ətraf mühitdə toplanan metalların birbaşa və ya dolayı yolla insan orqanizminə daxil olub
müxtəlif bioloji proseslərdə iştirak etməsi real olduğu üçün həmin ərazinin metallarla əlaqədar ölkə
patologiyasında rolu haqqında müəyyən fikir söyləmək olar. Bu problem aktual olduğu qədər də
mürəkkəbdir. Lakin onun öyrənilməsi bizim respublika üçün son dərəcə vacibdir. Vaxtilə
V.V.Kovalski keçmiş SSRİ ərazisinin torpaqda metalların miqdarına görə rayonlaşdırılmış və bu
məsələnin əhalinin sağlamlığının proqnozlaşdırılmasında vacib rolu olduğunu göstərmişdir. Belə bir
biokimyəvi rayonlaşdırılmanın aparılması respublikamızın müxtəlif ərazilərində metalların
səviyyələrinə əsasən əhali sağlamlığı haqqında fikir söyləməyə, ən başlıcası isə bir sıra rayonlarda
müşahidə edilən patologiyaları bu baxımdan qiymətləndirməyə imkan verə bilər.
Hazırda respublikanın müxtəlif ərazilərində metalların torpaqda yayılması problemi diqqət
mərkəzində olub, müəyyən səviyyədə öyrənilməkdədir. Lakin bu məsələnin əhalinin sağlamlıq
vəziyyətinin müxtəlif aspektlərilə birlikdə kompleks bir problem şəklində tədqiq edilməsi, alınan
nəticələrə əsasən respublikada biokimyəvi-ekoloji məlumatlar sisteminin yaradılması əhalinin
sağlamlıq vəziyyətini, hətta kənd təsərrüfatının bəzi sahələrinin uzaq perspektivlərini belə
proqnozlaşdırmağa imkan verir.
Əhalinin sağlamlığının proqnozlaşdırılmasında ətraf mühitdə metalların təbii səviyyələri
haqqında məlumatların əldə edilməsilə bərabər, müxtəlif sənaye müəssisələri, avtomobil nəqliyyatı,
yanacağın yanması və s. kimi mənbələr hesabına biosferin çirklənməsi xüsusiyyətlərinin tədqiqi
mühüm gigiyenik məsələlərdən biridir.
Dostları ilə paylaş: |