5
etdirilir. Kimyəvi maddələrlə aparılan müalicə və profilaktika tədbirlərində bəzən heyvanlarda
patoloji kliniki dəyişikliklər yaranmasa da, uzun müddət qəbul edilən preparatlar orqanizmdə
toplandığından kumulyativ təsir edərək onların nəsilvermə, immun sistemlərinə və sonrakı
fəaliyyətinə mənfi təsir göstərir. Kimyəvi maddələrin uzun müddət tətbiq edilməsi hətta
helmintlərdə onlara qarşı uyğunlaşma yaradaraq parazitlərin irsən ötürülən dərmana qarşı
dözümlülük effektini əmələ gətirir. Heyvanların müxtəlif orqanlarında toplanan kimyəvi maddələrin
insan orqanizminə təsiri də istisna edilmir [9]. Digər tərəfdən kimyəvi maddələrin sintezi zamanı
ətraf mühitin çirklənməsi qlobal problem kimi bütün bəşəriyyəti narahat edir.
Buna görə də parazitlərə qarşı antihelmint təsirə malik otlaq bitkilərinin aşkar edilməsi
parazitoloqlar və bioloqlar qarşısında duran ən mühüm problemlərdən biridir. Bu məsələnin elmi
istiqamətdə 2 yolla həll edilməsini görürük:
1) yüksək antihelmint təsirə malik otlaq bitkilərinin müəyyən edilməsi, onların dərman formalarının
və heyvanlara asan tətbiq yollarının tapılması;
2) həmin bitkilərin tərkibindəki fəal təsiredici maddələrin müəнyən edilərək ayrılması və onun
əsasında yeni antihelmint preparatların sintez edilməsi.
Kimyəvi mənşəli preparatların yüksək səviyyədə antihelmint təsirə malik olmasına
baxmayaraq antihelmint bitkilərin axtarışı bu gün də aktual məsələ kimi mütəxəssislərin əsas
tədqiqat obyektlərindəndir.
Bitkilərin tərkibindəki təsiredici maddələrin miqdarı hansı vegetativ fazada toplanmasından
asılıdır. Həmin maddələr daha çox yerüstü vegetativ orqanlarda toplanır. Heyvanlar tərəfindən təbii
yeyilən bitkilərin daha çox yerüstü vegetativ orqanlarından dərman formaları hazırlayıb antihelmint
təsirini öyrənməyi məqsədəuyğun hesab edirik. Bitkilərdə fəal təsiredici maddələrin çiçəkləmə və
meyvələrin yetişmə fazasında maksimuma çatdığını nəzərə alaraq həmin mərhələlərdə topladığımız
orqanları müxtəlif formalarda heyvanlara yedizdirdik.
Tədqiqatlarımızı həzm sistemi strongilyatlarına qarşı ayrı-ayrılıqda yüksək antihelmint
səmərələlilik göstərən qalxanəklə dirçəyin [2, s. 11-22] bərabər miqdarda qarışıqlarının helmintlərə
qarşı müalicə səviyyəsini yoxlamaq istiqamətində apardıq. Dirçəyin albenlə qarışığı nematodlarla
yoluxmuş heyvanlarda yüksək səviyyədə müalicəvi təsir göstərir [4, s. 26-28]. Qalxanək-dirçək
qarışığı qoyunlarda qanın morfoloji göstəricilərinə [1, s. 180-184], daxili orqanların histoloji
quruluşuna [8, s.119-120], laboratoriya heyvanlarında mərkəzi sinir sisteminin fəaliyyətinə [3, s.
26-29] mənfi təsir göstərmir.
Təcrübələrimizi həzm sistemi strongilyatları ilə təbii yoluxmuş 2 qrupa ayrılmış qoyunlar
üzərində apardıq. I qrupda olan 6 baş heyvanın hər birinə qalxanəklə dirçəyin bərabər miqdarda
olan qarışığından bir gündə 150 q olmaqla 2 gün qüvvəli yemlə verdik. II qrup heyvanlar isə
nəzarətdə olmaqla həmin müddətdə adi yemlərlə yemləndirildi.
Qalxanək-dirçək qarışığından 2 gün qəbul edən heyvanların helmintoloji yarma zamanı 3-də
hemonxus və mədə-bağırsaq strongilyatı, 2-də isə trixosefalyus görünmədiyindən onun
səmərəliliyinin ekstensivliyi hemonxoz və strongilyatozlarda 50%, trixosefalyozda isə 33,3%
olmuşdur. Qalan 3 heyvandan orta hesabla 14,5 ədəd hemonxus, 11,5 ədəd həzm sistemi
strongilyatı, 6,4 ədəd isə trixosefalyus tapıldığından qarışığın səmərəlilik intensivliyi müvafiq
olaraq 86,4, 85,6 və 62,6%-ə çatmışdır.
Aparılan tədqiqatların nəticələri qalxanək-dirçək qarışığının mədə-bağırsaq strongilyatlarına
qarşı yüksək dərəcədə antihelmint səmərəyə malik olduğunu göstərir. Araşdırmaların yekununa
əsaən bitkilərin üyüdülmüş formada qüvvəli yemlə heyvanlara verilməsi əlavə vəsait sərf etmədən
onların helmintozlardan müalicə edilməsinə səbəb olar.
Dostları ilə paylaş: