ƏLİYAR İBRAHİMOV
E-mail: aliyaribragimov@mail.ru
FATMAXANIM NƏBİYEVA
MUSA PİRİYEV
Naxçıvan Dövlət Universiteti
AMEA Naxçıvan Bölməsi
UOT.635.91
NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA ALBİZZİA JULİBRİSSİN DURAZZ. -
NÖVÜNÜN İNTRODUKSİYASI, MORFOBİOLOJİ XÜSUSİYYƏTLƏRİ VƏ
TƏSƏRRÜFAT ƏHƏMİYYƏTİ
Açar sözlər: flora, fəsilə, cins, növ, bəzək, ağac, kol, introduksiya, ipək akasiyası, tətbiq
Key words: flora, family, genus, species, silk tree, decorative, trees, shrubs, introductions
Ключевые слова: флора, семейство, род, вид, шелковое дерево, декоративный,
деревья, кустарники, внедрение
Naxçıvan Muxtar Respublikasının ərazisinin florası növ muxtəlifliyinə görə zəngindir.
Mənbələrindən məlum olur ki, 1918-1920-ci illərdə muxtar respublikanın dağlıq rayonlarında meşə
örtüyü indikindən 5-10 dəfə çox ərazini tutmuşdur. İri sahəli meşə örtüyü Naxçıvançay hövzəsinin
Biçənək, Kolanı, Kükü, Nursu, Qışlaq kəndləri ətrafında, Əlincəçay hövzəsinin Ləkətağ, Teyvaz,
Ərəfsə və Gilançay hövzəsinin Nəsirvaz kəndləri ətrafında 30 min hektara qədər sahəni əhatə
etmişdir. Meşədəki ağacların əksəriyyəti palıd, yabanı alma, armud, yemişan və ardıc ağacları
olmuşdur. Hazırda meşəliklər muxtar respublikanın bütün qurşaqlarında kiçik sahələrdə
interzonallıq təşkil etməklə meşə formasiyaları yaradır. Naxçıvan Muxtar Respublikasında 1959-
1970-ci illərdə 327 ha meşə sahəsi salınmışdır. N.A. Sokolski (1933) regionda 3016 ha meşə
sahəsinin olduğunu göstərmişdir. Meşə təsərrüfatına qeyri sağlam münasibət onların sahələrinin
nəinki artmasına, hətta azalmasına səbəb olmuşdur. Bu təhlükənin aradan qaldırılması hələ sovet
dönəmində aktual olmuş, ətraf mühitin qorunmasına dair bəzi qərarlar qəbul edilmişdir. Lakin,
1969-cu ilədək təbiətin qorunmasına aid görülən tədbirlər sistemli xarakter almamış və bəzən qərar
halında qalmışdır. Yalnız 1970-ci illərdən başlayaraq təbiətin mühafizəsinə diqqət artırılmış,
Azərbaycan Respublikasının ekoloji siyasəti və sonra isə ekoloji konsepsiyası yaranmışdır.
Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasında
hidrokomplekslər tikilmiş, bölgəyə təbii qaz çəkilmişdir. Əhalinin yanacağa olan tələbatını təbii
qaz ödədiyindən dağlarda, yol kənarlarında və digər sahələrdə ağac və kolların miqdarı artmış, təbii
bərpa işi genişlənmişdir. Təəssüf ki, blokada şəraitində yaşayan naxçıvanlılar sərt keçən 1991-1993-
cü illərin qışında təbii qazın və elektrik enerjisinin olmaması üzündən ağacları qırıb yanacaq kimi
istifadə etmişlər. 1993-cı il aprel ayının 2-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində «Hər
ilin yaz və payızında yaşıllaşdırma aylığının keçirilməsi» kimi çox vacib qərar qəbul edilmişdir.
Bundan sonra seyrəlmiş yaşıllıqlar yavaş-yavaş bərpa olunmağa başlamışdır. Bu qərar müvəqqəti
xarakter daşımamış, əksinə 01 mart 2000-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
8
Sədri “Mart ayının 1-dən aprel ayının 14-dək yaz, noyabr ayının 1-dən dekabr ayının 15-dək payız
mövsümlərində yaşıllaşdırma, təmizlik və abadlıq aylığının keçirilməsi haqqında” sərəncam
imzalamışdır. Qısa müddət ərzində muxtar respublikanın bütün rayon və kəndlərinin əlverişli və ya
əlverişsiz ərazilərində ting əkini kampaniyası başlanmışdır. Təkcə bir gündə (25 aprel 2009)
iməcilik zamanı Babək rayonunun «Əshabi-Kəhf» ziyarətgahına gedən yolun sağ hissəsində3000
ədəd meyvə, 500 ədəd meşə, Naxçıvan-Sədərək magistral yolunun kənarlarında 1050 ədəd meyvə,
Naxçıvan-Batabat magistral yolunun kənarlarında 470 ədəd meyvə, Naxçıvançay vadisində bərpa
məqsədi ilə 250 ədəd meşə, şəhərin park və xiyabanlarında 500 ədəd meyvə, 1000 ədəd meşə, 200
ədəd həmişəyaşıl ağac və 500 ədəd gül kolu əkilmişdir. Şahbuz rayonunun «Badamlıq» massivində
180 ədəd, «Bulaq abidəsi» kompleksində 120 ədəd, «Şamlar» massivində 150 ədəd, qəsəbə və
kəndlərdə 260 ədəd meyvə ağacları, Babək rayonunda Naxçıvan-Ordubad magistralının sol
hissəsində 1150 ədəd meşə ağacı, Culfa rayonunda Gömrük idarəsinə gedən yolun kənarında 110
ədəd meyvə, 700 ədəd meşə ağacı, şəhərdaxili park, xiyabanlarda və rayonun kəndlərində 650 ədəd
meşə ağacı, Kəngərli rayonunda 2050 ədəd meyvə, Sədərək rayonunda isə 1000 ədəd meşə ağacı
əkilmişdir. Göründüyü kimi Naxçıvan Muxtar Respublikasında bir şənbə iməciliyində 8940 meyvə,
8800 meşə ağacları və 2711 gül kolu əkilmişdir. Bu xeyirxah tədbirlər təkcə bir gün deyil, 10 ildir
ki, davam etdirilir. Regionda yaşıllaşdırma məqsədi ilə əkilən yarpağını tökən iydə, tut, qələmə,
qarağac, şaftalı, nalbənd, dağdağan, çinar, ağcaqayın, akasiya, şeytanağacı, ərik, yemişan, itburnu,
badam və çoxlu miqdarda həmişəyaşıl ağac cinslərindən istifadə edilib.
Naxçıvan Muxtr respublikasnın florasında 88 ağac, 130 kol, 56 yarımkol, 90 kolcuq, və 35
yarımkolcuq növləri vardır. Onların əksəriyyəti şəhər və qəsəbələrin, küçələrin, meydançaların,
bağların parkların, xiyabanların yaşıllaşdırılmasında istifadə olunmağa layiqdir. Hazırda
yaşıllaşdırma-abadlıq işlərində onlardan istifadə olunanlar da vardlr. Qafqaz dağdağanı - Celtis
caucasica, Komarov şaqqıldağı - Colitea comorovii və b. buna misal ola bilər. Bununla yanaşı
respublikanin başqa raynlarından, qonşu xarici dövlətlərdən, xüsusilə Türkiyədın, İrandan bəzək
əhəmiyyətli bir çox ağqc, kol bitkiləri gətirilərək əkilib - becərilir. Onlar muxtar respublikanın
torpaq- iqlim xüsusiyyətlərinə uyğunlaşdırılır. Məsələn, sidir şamı, Livan şamı, cərv ağacının
pramidal və horizontal formaları, sarağan, katalpa, sərilən ardıc, tunberg zirinci, cin gülünün
müxtəlif calarlı çiçəkləri olan sortları və b. artıq yerli şəraitə tam uyğynlaşaraq neçə illərdir normal
çiçəkləyir, meyvə və toxum əmələ gətirir. Yaşıllıqlarda öz füsünkar gözəllikləriilə göz oxşayır və
floramızı zənginləşdirirlər. Belə qiymətli ağaclardan biri də İpək akasiyasıdır - Albizzia julibrissin
Durazz Bu növ başqa adla Gülıəbrişin və ya Lənkəran akasiyası da adlanır. Albizzia julibrissin
Durazz Paxlakimilər fəsiləsinin Albizzia Durazz cinsinə daxildir. Naxçıvan MR florasında yoxdur.
Kənardan gətirilərək Naxçıvan Dövlət Universitetində introduksiya olunmuşdur. Hazırda son dərəcə
qiymətli olan ipək akasiyası NDU-nun ətrafını, bağ və parklarını bəzəyir, uyğun ağac, kol və bəzək
ot bitkiləri ilə müxtəlif kompozisiyaları yaradır. Bu növün toxumları tərəfimizdən əkilmiş,
çoxaldılaraq introduksiya olunmuş və Naxçıvan Muxtar Republikası florasına yeni növ kimi daxil
edilmişdir. İpək akasiyası artıq NDU-dan Botanika bağından Naxçıvan şəhərinin bir sıra yerlərinə
aparılaraq qiymətli bəzək ağacı kimi həyətyanı sahələrdə, küçələrdə, ictimai binaların qabağında
əkilmişdir. Albizzia Durazz - Güləbrişin (Lənkəran akasiyasi) !0 m-rə qədər hündürlüyə qalxa bilən
və 6 m çətir əmələ gətirən ağacdır.
|