Yada salaq: Adam Smitin məşhur metaforu – bazarların “gözəgörünməz əli” öz maraqlarını müdafiə edən alıcı və satıcıları yönəldərək cəmiyyət üçün ümumi səmərənin maksimallaşdırılmasına gətirib çıxarır.
Lakin bazar iflasları yenə baş verə bilər.
KƏNAR TƏSİRLƏR VƏ BAZARIN SƏMƏRƏSİZLİYİ
Kənar təsir bir şəxsin hərəkətlərinin ətrafdakıların rifahına kompensasiya olunmamış təsiridir.
Kənar təsirlər bazarların səmərəsiz olmasına səbəb olur və bununla da məcmu izafi fayda maksimallaşmır.
KƏNAR TƏSİRLƏR VƏ BAZARIN SƏMƏRƏSİZLİYİ
Kənar təsir o zaman meydana çıxır ki...
. . . hər hansı bir şəxs hər hansı bir fəaliyyət növü ilə məşğul olarkən ətrafdakıların rifahına təsir edərsə və bu təsirə görə heç kim kompensasiya ödəməzsə və ya almazsa.
KƏNAR TƏSİRLƏR VƏ BAZARIN SƏMƏRƏSİZLİYİ
Əgər ətrafdakılara olan təsir mənfidirsə, buna mənfi kənar təsir deyilir.
Əgər ətrafdakılara olan təsir müsbətdirsə, buna müsbət kənar təsir deyilir.
KƏNAR TƏSİRLƏR VƏ BAZARIN SƏMƏRƏSİZLİYİ
Mənfi Kənar Təsirlər
Avtomobillərdən havaya buraxılan qaz
Siqaret tüstüsü
Hürən itlər (ev heyvanları)
Yaşayış binalarında uca səsli stereo texnologiyalar
Mənfi kənar təsirlər bazarların sosial cəhətdən arzu olunan miqdardan daha çox istehsal etməsinə səbəb olur.
Müsbət kənar təsirlər bazarların sosial cəhətdən arzu olunan miqdardan daha az istehsal etməsinə səbəb olur.
Rifah Halının Təhlili üzrə İqtisadi Nəzəriyyələr: Qısa Təkrar
Alüminium Bazarı
Bazar tarazlığında istehsal və istehlak həcmi istehsalçı və istehlakçının izafi faydasını maksimallaşdırdığı üçün səmərəli sayılır.
Əgər alüminium zavodları ətraf mühiti çirkləndirirlərsə (mənfi kənar təsir), onda alüminiumu istehsal etmək cəmiyyətə alüminium istehsalçılarından daha baha başa gəlir.
Rifah Halının Təhlili üzrə İqtisadi Nəzəriyyələr: Qısa Təkrar
Alüminium Bazarı
Hər bir istehsal olunan alüminium vahidinin sosial dəyəri alüminium istehsalçılarının fərdi məsrəfləri ilə havanın çirkləndirilməsi nəticəsində mənfi təsirə məruz qalan ətrafdakıların məsrəflərindən ibarətdir.
Təsvir 2 Çirklənmə və Sosial Cəhətdən Optimal Nöqtə
Mənfi Kənar Təsirlər
Tələb əyrisinin sosial dəyər əyrisini kəsdiyi nöqtə istehsalın optimal miqdarını müəyyən edir.
Sosial cəhətdən optimal miqdar istehsalın tarazlıq miqdarından azdır.
Mənfi Kənar Təsirlər
Kənar təsirin daxililəşdirilməsi stimulların elə dəyişdirilməsidir ki, insanlar öz fəaliyyətlərinin kənar təsirlərini də nəzərə alsınlar.
Mənfi Kənar Təsirlər
Sosial Cəhətdən Optimal Nəticəni Necə Əldə Edirlər
Dövlət istehsalçıdan tarazlıq miqdarını sosial cəhətdən arzu olunan miqdara endirməsi məqsədilə vergi tutaraq kənar təsiri daxililəşdirə bilər.
Müsbət Kənar Təsirlər
Kənar təsir ətrafdakılara müsbət təsir göstərirsə, müsbət kənar təsir meydana çıxır.
Əmtəənin sosial faydası onun fərdi faydasından artıqdır.
Müsbət Kənar Təsirlər
Texnologiya yenilikləri də müsbət kənar təsirlərə aiddir. Texnologiyanın kənar təsiri o zaman baş verir ki, müəssisənin yeniliyi və ya yeni dizaynı təkcə ona fayda vermir, həmçinin, o, cəmiyyətin texnoloji biliyini artıraraq bütövlükdə cəmiyyətə fayda verir.
Təsvir 3 Təhsil və Sosial Cəhətdən Optimal Nöqtə
Müsbət Kənar Təsirlər
Optimal miqdar sosial dəyər əyrisi ilə təklif əyrisinin kəsişməsində müəyyən olunur.
Sosial cəhətdən optimal miqdar fərdi bazarda müəyyən olunan tarazlıq miqdarından daha çoxdur.
Bazar sosial cəhətdən arzu olunan miqdardan daha az istehsal edir.
Əmtəənin sosial faydası onun fərdi faydasından daha çoxdur.
Müsbət kənar təsirləri daxililəşdirməyə cəhd etmək üçün ilkin vasitə kimi istifadə edilir.
Sənaye Siyasəti
Dövlətin texnologiyaları inkişaf etdirən və genişləndirən sənaye sahələrini dəstəkləmək məqsədilə iqtisadiyyata müdaxilə etməsi
Patent qanunları ixtiraçılara (və ya müəssisələrə) öz kəşflərini müəyyən müddət üçün eksklüziv olaraq istifadə etmək hüququ verməklə onların hüquqlarını qoruyur.
Bu zaman patent kənar təsiri daxililəşdirir.
KƏNAR TƏSİRLƏRİN FƏRDİ HƏLL YOLLARI
Kənar təsirlər problemini həll etmək üçün həç də hər zaman dövlətin müdaxiləsinə ehtiyac yoxdur.
Müxtəlif növ fəaliyyət sahələrinin birləşdirilməsi
Maraqlı tərəflərin müqavilə bağlaması
Koas Teoremi
Koas teoreminə görə əgər fərdi tərəflər sərvətlərin bölüşdürülməsi ilə bağlı sövdələşərkən heç bir xərc çəkməsələr, bu zaman fərdi bazar hər zaman kənar təsir problemini həll edə bilər.
Sövdələşmə Xərcləri
Sövdələşmə xərcləri sövdələşməni razılaşarkən və həyata keçirərkən tərəflərin çəkdikləri xərclər.
Nə Üçün Fərdi Həll Yolları Hər Zaman Baş Tutmur
Bəzən fərdi həll yolu uğursuzluqla nəticələnir, çünki sövdələşmə xərcləri çox yüksək olduğundan maraqlı tərəflər razılığa gələ bilmir.
KƏNAR TƏSİRLƏRİN HƏLLİNƏ YÖNƏLDİLMİŞ DÖVLƏT SİYASƏTLƏRİ
Kənar təsirlər bazarın səmərəsiz nəticə əldə etməsinə səbəb olduğu hallarda, dövlət iki müxtəlif formada hərəkət edə bilər . . .
əmr və nəzarət siyasətləri.
bazar yönümlü siyasətlər.
KƏNAR TƏSİRLƏRİN HƏLLİNƏ YÖNƏLDİLMİŞ DÖVLƏT SİYASƏTLƏRİ
Əmr və Nəzarət Siyasətləri
Əsasən tənzimləmə formasında həyata keçirilir:
Bəzi davranışları qadağan edir.
Bəzi davranışları məcburi edir.
Misallar:
Bütün tələbələrin peyvənd edilməsi haqqında tələblər.
Ətraf Mühitin Qorunması Agentliyi (EPA) zavodun buraxa biləcəyi maksimum çirklənmə həcmini müəyyən edir.
KƏNAR TƏSİRLƏRİN HƏLLİNƏ YÖNƏLDİLMİŞ DÖVLƏT SİYASƏTLƏRİ
Bazar Yönümlü Siyasətlər
Dövlət vergi və subsidiyalardan istifadə edərək fərdi stimulları sosial səmərəliliklə tarazlaşdıra bilər.
Piqo vergisi mənfi kənar təsirin nəticəsini düzəltmək üçün tətbiq olunan vergidir.
KƏNAR TƏSİRLƏRİN HƏLLİNƏ YÖNƏLDİLMİŞ DÖVLƏT SİYASƏTLƏRİ
Tənzimləmə və Piqo Vergilərinə aid nümunələr
Əgər EPA hər hansı bir zavodun fəaliyyəti nəticəsində yaranan çirklənmənin həcmini azaltmağı qərara alırsa, EPA aşağıdakı addımları ata bilər...
Zavoddan çirklənmə həcmini müəyyən miqdara qədər azaltmağı tələb edə bilər (tənzimləmə).
Hər bir ton tullantıya görə vergi qoya bilər (Piqo vergisi).
KƏNAR TƏSİRLƏRİN HƏLLİNƏ YÖNƏLDİLMİŞ DÖVLƏT SİYASƏTLƏRİ
Bazar Yönümlü Siyasətlər
Alınıb satıla bilən çirkləndirmə icazələri könüllü olaraq çirkləndirmə hüququnun bir müəssisədən digərinə keçirilməsinə icazə verir.
İcazələrin alınıb-satıldığı bazar inkişaf edəcək.
Çirkləndirməni az məsrəflər hesabına azalda bilən firmalar əllərində olan icazələri çirkləndirməni çox böyük məsrəflər hesabına azalda bilən firmalara satmağı üstün tuta bilərlər.
Təsvir 4 Piqo Vergilərinin və Çirkləndirmə İcazələrinin Ekvivalentliyi
Təsvir 4 Piqo Vergilərinin və Çirkləndirmə İcazələrinin Ekvivalentliyi
Xülasə
Alıcı və satıcı arasındakı əməliyyat birbaşa ətrafdakılara təsir edirsə, buna kənar təsir deyilir.
Mənfi kənar təsirlər ictimai cəhətdən optimal miqdarın tarazlıq miqdarından az olması ilə nəticələnir.
Müsbət kənar təsirlər ictimai cəhətdən optimal miqdarın tarazlıq miqdarından daha çox olması ilə nəticələnir.
Xülasə
Kənar təsirlərə məruz qalanlar bəzən bu problemi fərdi yollarla həll edə bilərlər.
Koas teoreminə görə, əgər insanlar heç bir xərc çəkmədən sövdələşə bilərlərsə, onlar hər zaman sərvətlərin səmərəli bölüşdürülməsi üzrə razılığa gələ bilərlər.
Xülasə
Fərdi tərəflər kənar təsirlərə müvafiq həll yolu tapa bilmədikdə, dövlət bu işə müdaxilə edir.
Dövlət Piqo vergiləri və ya çirkləndirmə icazələrinin verilməsi vasitəsilə davranışa nəzarət edə və kənar təsirləri daxililəşdirə bilər.