77
cərrahi şöbə yaradılmış, Psixi Xəstəliklər Dispanseri üçün yeni bina tikilmiş, sentyabr ayının 26-da
binanın açılışı olmuş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 17
oktyabr 2007-ci ildə Şərur Mərkəzi Rayon Xəstəxanasının açılışı olmuş, Şərur rayonunun Yuxarı
Aralıq kəndində Feldşer Mama Məntəqəsi, Culfa rayonunun Yaycı kəndində Sahə Xəstəxanası
ləğv edilərək Həkim Ambulatoriyası ilə əvəz olunmuş, yeni tikilən binada yerləşdirilmiş, Ordubad
rayonunun Gənzə kəndində Həkim Ambulatoriyası, Şərur rayonunun Aralıq kəndində Kənd Sahə
Xəstəxanası üçün yeni tikilmiş, Naxçıvanda “Körpələr Evi” ləğv edilərək ,,Körpələr evi və Ailələrə
Dəstək Mərkəzi“ yaradılmış və müəssisə üçün yeni bina tikilmiş, 2008-ci ildə Naxçıvan Muxtar
Respublikası Təcili Tibbi Mərkəzi, Culfa rayonunun Əbrəqunus kəndində Həkim Ambulatoriyası,
Şərur rayonunun Qarxun və Zeyvə kəndlərində Həkim Ambulatoriyaları, Babək rayonunun Nehrəm
kəndində Kənd Sahə Xəstəxanası, Zeynəddin və Şıxmahmud kəndlərində Həkim Ambulatoriyaları,
Məmməd Rza Dizə kəndində Feldşer Mama Məntəqəsi, Culfa rayonunun Ərəfsə kəndində Həkim
Ambulatoriyası, Şərur rayonunun Aşağı Yaycı kəndində Həkim Ambulatoriyası, Şahbuz rayonunun
Kolanı və Biçənək kəndlərində Həkim Ambulatoriyası açılmış, 2008-ci il iyun ayının 4-də Duzdağ
Fizioterapiya Mərkəzinin açılışı olmuş, şaxta hissəsində təmir işləri aparılmış, işıqlanma sistemi
dəyişdiriilmiş, 2 mərtəbəli müalicəxanası ehtiyac olan bütün növ tibbi aparatlarla: LOR və
stomatoloji kabinələr üçün lazım olan avadanlıqlar, Ultra Səslə Müayinə aparatı, oksigen
konsentrasiyasını yüksəltmək üçün aparatura, süni tənəffüs aparatları, çarpayıyanı monitorlarla,
həmçinin mərkəzin şaxta hissəsi yumşaq invertarlarla təhciz edilmiş, iyun ayının 3-də ölkə
Prezidentinin iştirakı ilə Culfa Mərkəzi Rayon Xəstəxanasının açılışı olmuş, 2009-cü ildə
Naxçıvan
Muxtar Respublikası Doğum Mərkəzi, Şahbuz Mərkəzi Rayon Xəstəxanası, Şahbuz rayonunun
Badamlı kəndində Həkim Ambulatoriyası, Naxçıvan Muxtar Respublikası Onkologiya Mərkəzi,
Babək rayonunun Sirab kəndində Həkim Ambulatoriyası, Şərur rayonunun Tumaslı kəndində
Həkim Ambulatoriyası, Culfa rayonunun Ərəzin kəndində Həkim Ambulatoriyası, Sədərək
rayonunun Qarağac kəndində Feldşer Mama Məntəqəsi, 2010-cü ildə
Babək rayonunun Aşağı
Uzunoba kəndində Feldşer Mama Məntəqəsi, Kəngərli rayonunun Təzəkənd kəndində Feldşer
Mama Məntəqəsi, Psixi Xəstəliklər Dispanseri üçün yeni korpus tikilərək istifadəyə verilmiş,
çarpayıların sayı 75-dən 150-ə çatdırılmış, Sədərək Mərkəzi Rayon Xəstəxanası, Şərur rayonunun
Maxta və Yengicə kəndlərində Həkim Ambulatoriyaları, Kəngərli rayonunun Qarabağlar kəndində
Həkim Ambulatoriyası, Ordubad Mərkəzi Rayon Xəstəxanası, Kəngərli rayonunun Şahtaxtı
kəndində Həkim Ambulatoriyası əhalinin istifadəsinə verilmişdir.
2003-cü ildə Qan Köçürmə Mərkəzi fəaliyyət göstərmədiyi üçün ləğv edilmiş, 2004-cü ildə
Naxçıvan Şəhər Xəstəxanası fəaliyyət göstərmədiyi üçün ləğv edilmiş, çarpayılar Respublika
xəstəxanasına birləşdirilərək 450-dən 600-ə çatdırılmış, 2005-ci ildə bütün sahələrdə olduğu kimi
Naxçıvan səhiyyəsində də islahatlar və struktur dəyişiklikləri aparılaraq Ordubad şəhərində uşaq
xəstəxanası ləğv edilmiş, Mərkəzi Rayon Xəstəxanasının tərkibində uşaq şöbəsi yaradılmış,
Ordubad şəhərindəki təcili tibbi yardım, Biləv, Vənənd yarımstansiyaları ləğv edilərək Mərkəzi
Rayon Xəstəxanasının tərkibində Təcili Tibbi Yardım şöbəsi yaradılmış, Şahbuz rayonunda Təcili
Tibbi Yardım Stansiyası və Ordubad rayonunda Kotam yarımstansiyası ləğv edilərək Mərkəzi
Rayon Xəstəxanası tərkibində şöbə yaradılmış, Babək rayonunda Didivar, Kərimbəyli Kənd Sahə
Xəstəxanası ləğv edilərək Həkim Ambulatoriyası ilə əvəz edilmiş, Babək rayon Təcili Tibbi Yardım
Stansiyası, Zeynəddin, Cəhri yarım stansiyaları ləğv edilərək Mərkəzi Rayon Xəstəxanası
tərkibində şöbə yaradılmış, Culfa Dəmir Yol Xəstəxanası ləğv edilmişdir.
Dostları ilə paylaş: