60
mənimsənilmiş, sağlam həyat tərzinin təklif olunan göstəricilərinə aid fikir və rəyləri qənaətbəxş
olmuşdur. Şagirdlər əvvəlki biliklərinə və giriş dərsində bilik və aldıqları məlumatlara arxalanaraq
qeyd
olunan göstəricilərin insanın sağlamlığında oynadığı rolu düzgün qiymətləndirə bilmişlər.
Biologiyanın tədrisi prosesində şagirdlərin mənəvi tərbiyəsinin çox mühüm cəhətlərindən biri bu
elm üzrə görkəmli alimlərin, bəşəriyyətin istedadlı və əməksevər insanlarının həyat və yaradıcılıq
yolunun maraqlı səhifələri haqqında söhbət açmaq, məlumat verməkdir. Canlı təbiət haqqında bir elm
kimi biologiya yüzlərlə elm fədailərinin əzablı, keşməkeşli həyat yolu, axtarışları sayəsində
formalaşmış, inkişaf edərək hazırki səviyyəyə gəlib çatmışdır. Şagirdlər istər dünya, istərsə də
Azərbaycanda bioloji fikirlərin meydana gəlməsi və inkişafı haqqında məlumatlı olmalı, görkəmli
bioloq alimlərin həyatı və elmi fəaliyyətinə aid bilik və təsəvvürlər əldə etməlidirlər.
Azərbaycanda biologiyanın inkişafı çox-çox qədim dövrlərlə bağlıdır. Şifahi xalq ədəbiyyatında,
mifologiyamızda biologiyaya aid maraqlı fikirlər irəli sürülmüşdür. Orta əsrlərdə Azərbaycanda
pərakəndə qaydada olsa da bu elm sahəsi üzrə mütərəqqi baxışlar meydana çıxırdı. XVI əsrdə Təbrizdə
“ Dar-üş-Şəfa” (Şəfa evi) adlı tədris, müalicə və elmi korpusları olan tbb müəssisəsi fəaliyyət
göstərmişdir. Bəhmənyar, Xaqani, Nizami, N. Tusi, M. Füzuli kimi mütəfəkkirlər öz əsərlərində
biologiyaya aid qiymətli elmi fikirlər söyləmişlər.
Azərbaycanda təbiət elmlərinin inkişafında Həsən Bəy Zərdabinin, fiziologiya elminin
inkişafında akademik Abdulla Qarayevin rolunun işıqlandırılmasında böyük rolu olmuşdur. Biologiya
problemlərinin öyrənilməsində İ. K. Abdullayev, M. H. Abutalıbov, A. Ə. Ağabəyli, M. T. Qəniyev, Ə.
M. Quliyev, M. Ə. Əlizadə, H. Ə. Əliyev, C. Ə. Əliyev, S. M. Əsədov, M. Ə. Musayev, İ. D.
Mustafayev, V. X. Tutayuk, C. M. Hüseynov, F. Ə. Məlikovun xidmətləri olmuşdur.
Təcrübə və müşahidələrimizə əsaslanaraq göstərmək olar ki, şagirdlərin mənəvi tərbiyəsi işində
onların milli iftixar və vətənpərvərlik duyğularının, bəşəri hisslərinin inkişaf etdirilməsində biologiya
elmi üzrə görkəmli tədqiqatçı alimlərin həyat və yaradıcılıq fəaliyyətinin öyrənilməsinə aşağıdakı
aspektlərdən yanaşmaq lazımdır.
1.Biologiya elmləri üzrə Vətən elminin müasir inkişaf mərhələləri, müasir vəziyyəti haqqında
bilik və məlumatların verilməsi;
2.Görkəmli alimlərin vətənpərvərlik duyğuları və əməlləri haqqında şagirdlərin
məlumatlandırılması;
3.Bioloq alimlərin tədqiqatlarının, yaradıcılıq işlərinin respublika və xarici ölkələrdə yüksək
qiymətləndirilməsi, müxtəlif nüfuzlu mükafatlara layiq görülməsi;
4.Bioloq alimlərimizin xarici ölkələrin elmi cəmiyyətləri ilə əlaqəsi, məşhur və nüfuzlu alimlərlə
əməkdaşlığı və s.;
5.Dünya şöhrətli alimlərin elmi kəşf və ixtiraları yüksək əzm və fədakarlıq nəticəsində əldə
etdikləri haqqında məlumatların verilməsi;
6.Görkəmli bioloq alimlərin həyat yolu, iş xüsusiyyətləri, davranış və hərə-kətlərinin sadəliyi,
səmimiliyi, onların mənəvi aləminin nadir, gözəl keyfiyyətləri ilə bağlı hekayələr, lətifələrdən istifadə
olunması;
7.Məşhur alimlərin cəmiyyət, insan və insanlarası münasibətlər haqqında müdrik fikirləri,
aforizmlərindən istifadə olunması və s.
Ümumtəhsil məktəblərində biologiyanın daxili imkanlarına əsaslanaraq görkəmli alimlərin
həyat və fəaliyyətinə aid əlavə fakt və materiallardan istifadə etmək, bioloji anlayışların və
simvolların meydana gəlməsi, inkişaf tarixinə aid məlumatları mənimsəmək şagirdlərin mənəvi
tərbiyəsi işində əhəmiyyətli vasitələrdir. Hər bir biologiya müəllimi tədris prosesində bu məsələlərə
diqqət yetirərsə problemin həllində böyük uğurlar əldə edə bilər.
Dostları ilə paylaş: