Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət


keyfiyyətinin daha da yüksəldilməsini diqqət mərkəzində saxlamışdır



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə11/23
tarix02.01.2022
ölçüsü1,26 Mb.
#1153
1   ...   7   8   9   10   11   12   13   14   ...   23
keyfiyyətinin daha da yüksəldilməsini diqqət mərkəzində saxlamışdır.



Kərəm HƏSƏNOV




3

    Sağlamlıq  imkanları  məhdud

uşaqların  digər  uşaqlarla  bərabər

təhsil hüquqlarının təmin olunması

məqsədilə  qəbul  olunan  bu  pro -

qrama əsasən, cari ildə bir sıra mü-

hüm tədbirlər həyata keçirilib. Ən

mühüm tədbirlərdən biri isə bu il

oktyabrın 1-də Məhdud Fiziki İm-

kanlılar  üçün  Naxçıvan  Regional

İnformasiya  Mərkəzində  Distant

Tədris  Mərkəzinin  istifadəyə  ve-

rilməsi oldu. 

    Əqli və fiziki imkanları ümum-

təhsil müəssisələrində təhsil almağa

imkan verməyən və hərəkət qabi-

liyyətinin məhdudluğu səbəbindən

ümumtəhsil  müəssisələrinə  gedə

bilməyən uşaqlar üçün bu mərkəzin

əhəmiyyəti böyükdür. Mərkəz həm

də uşaqların sosial reabilitasiyasının

gücləndirilməsi və onların cəmiy-

yətə  inteqrasiyasında  mühüm  rol

oynayır.  Bu  sistem  müxtəlif  mə-

safələrdə olan təhsil müəssisələri

arasında informasiya mübadiləsinin

operativ və səmərəli təşkilinə imkan

verir.  Bu  məqsədlə  mərkəzdə  iki

otaq ayrılıb. Otaqların birində mər-

kəzi server və çevirici avadanlıqlar

quraşdırılıb,  tədris  sinfi  intellek-

tual-elektron  lövhə,  kompüter,

smart  kamera,  monitor  və  digər

texniki avadanlıqlarla təchiz olu-

nub. Naxçıvan Muxtar Respubli-

kası  Təhsil  Nazirliyi  tərəfindən

distant təhsilə 4 müəllim cəlb olu-

nub. Həmin müəllimlərə, eləcə də

sağlamlıq imkanları məhdud uşaq-

ların valideynlərinə sistemdən is-

tifadə  qaydalarının  öyrədilməsi

məqsədilə kurs keçilib. Bu da öz

bəhrələrini verib. Bunu biz də mü-

şahidə etdik. 

    Mərkəzdə  olarkən  qrafik  əsa-

sında  müəllimlərdən  Çinarə  Ha-

cıyevanın dərsini izlədik. Şagird-

lərdən Qönçə Abdullayeva video-

bağlantı  vasitəsilə  keçilən  dərsi

dinləyir  və  müəllimlə  birbaşa

əlaqə  saxlayırdı.  Dərsdən  sonra

Çinarə  müəllimə  ilə  həmsöhbət

olduq.  Bildirdi  ki,  bu  gün  tam

orta məktəblərdə keçilən dərslərdə

qazanılan biliklərə sağlamlıq im-

kanları məhdud olan uşaqlar bu-

rada  yiyələnirlər.  Otaqlarda  qu-

raşdırılan  müasir  tədris  avadan-

lıqları  şagirdlərimizin  kompüter

və digər elektron avadanlıqlardan

istifadə  bacarıqlarının  artmasına

şərait yaradıb. Bu da onların bi-

liklərinin  artmasına,  intellektual

səviyyələrinin yüksəlməsinə xid-

mət edir.

    Tədris prosesini evlərdə də iz-

lədik. Şagirdlərdən Aydın Cəfərov

böyük həvəslə artıq bir neçə hərfi

öyrənib. Hiss etmək çətin deyildi

ki, o, buna çox sevinir. 

    Yaradılan şərait isə Aydının öz

həmyaşıdları kimi mükəmməl təhsil

alacağına imkan verib. 

    Yazını  hazırlayarkən  övladları

bu  mərkəzdən  istifadə  edən  bir

neçə valideynlə də telefon əlaqəsi

saxladıq.  Culfa  rayonundan  vali-

deyn Xatirə Quliyeva dedi:

    –  Hər  bir  valideyn  istəyir  ki,

övladı  təhsil  alsın.  Oğlum  Uğur

keçirdiyi əməliyyatdan sonra həkim

ona  ancaq  sakit  vəziyyətdə  dərs

keçilməsini məsləhət gördü. Buna

şərait  yarada  bilmədik.  Belə  bir

mərkəzin  yaradılmasını  eşidəndə

çox  sevindik. Artıq  övladım  dərs

oxuyur.  Bu  mənzərini  gördükcə

ürəyim dağa dönür. Belə şəraiti tə-

səvvürümə belə gətirməzdim. İndi

düşünürəm ki, diyarımızda heç kəs

qayğıdan kənarda qalmayıb.  

    Kəngərli  rayonunun  Xok  kən-

dindən olan valideyn Ulduz Cəfər -

ova isə belə deyir:

    – Ailəlikcə o qədər sevincliyik

ki, bunu sözlə ifadə edə bilmirəm.

Bizim də ümidlərimiz gerçəkləşir,

arzularımız çin olur: bilirsiniz, artıq

mənim  də  övladım  dərs  oxuyur.

Bunun üçün muxtar respublika rəh-

bərinə dərindən minnətdarıq. 

    Onu  da  bildirək  ki,  hazırda

muxtar  respublika  üzrə  18  sağ-

lamlıq imkanları məhdud uşaq, o

cümlədən  Naxçıvan  şəhərindən

1, Şərur rayonundan 3, Babək ra-

yonundan 8, Culfa rayonundan 2,

Kəngərli  rayonundan  3,  Şahbuz

rayonundan 1 uşaq distant təhsilə

cəlb edilib. Bu uşaqların yaşadığı

mənzillərdə  asinxron  rəqəmsal

abunəçi  avadanlığı,  noutbuk  və

vebkameralar quraşdırılıb. Distant

Tədris Mərkəzinə eyni vaxtda 50

istifadəçinin qoşulması mümkün-

dür. Gələcəkdə serverin tutumunun

200 istifa dəçiyədək artırılması nə-

zərdə tutulub. Bu isə bir o qədər

sağlamlıq imkanları məhdud uşa-

ğın  videobağlantı  vasitəsilə  mə-

safədən  təd ris  prosesinə  qoşul-

masına imkan verəcəkdir.



  Bəli,  insan  amilinə  davamlı

qayğı bu gün muxtar respubli-

kada prioritet vəzifəyə  çevrilib.

Bu isə region sakinlərini ürək-

dən sevindirir. Həyata keçirilən

tədbirlər  sabahımıza  cavab-

dehlik  hissinin  ifadəsi  kimi

dəyərləndirilir. 




Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin