Sara ƏZİMOVA
I və IV ixtisas qrupları üzrə qəbul imtahanı olub
Dünən Naxçıvan Şəhər Pro-
kurorluğunun təşkilatçılığı ilə
Naxçıvan şəhərinin Əliabad qə-
səbəsində “Torpaq üzərində mül-
kiyyət hüququ”, “Valideynlərin
hüquq və vəzifələri” mövzularını
əhatə edən maarifləndirici tədbir
keçirilib.
Tədbiri Naxçıvan Şəhər İcra Ha-
kimiyyətinin şöbə müdiri İsmayıl
Gülməmmədov açıb.
Sonra Naxçıvan Şəhər Proku-
rorluğunun böyük müstəntiqi, kiçik
ədliyyə müşaviri İlqar Rzayevin
“Valideynlərin hüquq və vəzifələri”
mövzusunda məruzəsi dinlənilib.
Məruzəçi iştirakçılara Azərbaycan
Respublikasının ailə qanunvericiliyi,
ölkəmizdə nikah və ailə münasi-
bətlərinin hüquqi baxımdan tən-
zimlənməsi, valideynlərin hüquqları
və vəzifələri, valideynlik hüquqla-
rının məhdudlaşdırılmasına əsas
ola biləcək səbəblər, mövcud qa-
nunvericiliyin müvafiq icra haki-
miyyəti orqanları qarşısında qoy-
duğu tələblər bərədə ətraflı məlumat
verib.
Naxçıvan şəhər prokurorunun
köməkçisi Abdulla Quliyev isə
“Torpaq üzərində mülkiyyət hü-
ququ” mövzusundakı məruzəsində
Azərbaycan Respublikasının Tor-
paq Məcəlləsi, bu məcəllədə yer
alan “Torpaq sahəsi” anlayışı,
ölkə mizdə torpaq sahəsi üzərində
dövlət, bələdiyyə və xüsusi mül-
kiyyət növləri, mülkiyyət hüququ-
nun subyektləri, qanunvericilikdə
torpaq münasibətlərinin tənzim-
lənməsi sahəsində dövlətin səla-
hiyyətləri, dövlət mülkiyyətində
olan torpaqlar barədə iştirakçılara
ətraflı məlumat verib, 30 sentyabr
2015-ci il tarixli Azərbaycan Res-
publikasının Qanunu ilə Azərbay-
can Respublikası Cinayət Məcəl-
ləsində edilən bir sıra dəyişikliklər,
bu dəyişikliyə əsasən cinayət mə-
suliyyəti yaradan səbəblər haqda
danışıb.
Qeyd edilib ki, adıçəkilən qanun
qüvvəyə minənədək Cinayət Mə-
cəlləsinin 188-ci maddəsi “Torpaq
üzərində mülkiyyət hüququnu poz-
ma” adlanırdı və bu maddəyə əsa-
sən torpaq üzərində qanunla müəy-
yən edilmiş mülkiyyət hüququnu
pozma, yəni torpaq sahəsini öz-
başına tutma, dəyişdirmə və ya
becərmə cinayət məsuliyyətinə sə-
bəb olurdu. Cinayət Məcəlləsinə
dəyişiklik edilərək 188-ci maddə
“Torpaq üzərində mülkiyyət, isti-
fadə və ya icarə hüququnu pozma”
adlandırılıb. Həmin maddənin bi-
rinci bəndində qeyd edilir ki, qa-
nunla müəyyən edilmiş mülkiyyət,
istifadə və ya icarə hüququ olma-
dan torpaq sahəsini özbaşına ha-
sarlama, becərmə və ya dəyişdirmə,
yaxud həmin torpaq sahəsini başqa
üsullarla özbaşına tutma cinayət
məsuliyyəti yaradır. Bu cinayətin
ictimai təhlükəliliyi ondan ibarətdir
ki, qeyd edilən əməllərin törədil-
məsi torpaqdan qanuni istifadə,
ona sahiblik, onun barəsində sə-
rəncam vermə torpağın icarəyə
verilməsi qaydalarını pozur, tor-
paqların təyinatının dəyişməsinə
səbəb olur. Torpaq daşınmaz əmlak
kimi mülkiyyət hüququnun ob-
yektidir.
Sonda tədbir iştirakçılarının su-
alları cavablandırılıb.
-
Dostları ilə paylaş: |