Naxçıvan Muxtar Respublikası Əd liyyə Nazirliyi Kəngərli rayonunda in zibati ərazi dairəsi üzrə nümayəndə



Yüklə 1,88 Mb.
Pdf görüntüsü
səhifə11/17
tarix02.01.2022
ölçüsü1,88 Mb.
#1781
1   ...   7   8   9   10   11   12   13   14   ...   17
Səbuhi HÜSEYNOV

Naxçıvan Şəhər 

Prokurorluğu hüquqi 

maarifləndirmə tədbiri

keçirib

    Muxtar respublikada aparılan ge-

nişmiqyaslı quruculuq işləri çərçi-

vəsində ötən dövrdə Şərur rayonu-

nun  Oğlanqala,  Culfa  rayonunun

Saltaq kəndlərində həkim ambula-

toriyaları, Kəngərli rayonunun Yurd-

çu, Babək rayonunun Xəlilli, Şahbuz

rayonunun  Daylaqlı  kəndlərində

feldşer-mama məntəqələri tikilib is-

tifadəyə verilmişdir. 

    Naxçıvan Muxtar Respublikasının

təhsil  müəssisələrində  oftalmoloq,

stomatoloq və ortopedlər tərəfindən

kütləvi  müayinələr,  V-IX  sinif  şa-

girdləri arasında ilkin vərəm intoksi -

kasiyasının aşkar edilməsi məqsədilə

tuberkulin  sınaqları  aparılmışdır.

Ölkə mizin paytaxtında fəaliyyət gös-

tərən  yüksəkixtisaslı  həkim  briqa-

dalarının  dəvət

olunaraq  muxtar

respublikamıza

gətirilməsi və az-

təminatlı  ailələr-

dən olan xəstələrin

başqa  ünvanlara

üz tutmadan müa-

yinə  və  cərrahi

əməliyyatlarının

təşkili  də  diqqətdə  saxlanılmışdır.

Belə  ki,  Mərkəzi  Neftçilər  Xəstə-

xanasının Ürək və damar xəstəlikləri

şöbəsinin həkim briqadası və Nax-

çıvan Diaqnostika-Müalicə Mərkə-

zinin  Kardiocərrahiyyə  şöbəsi  tə-

rəfindən  6  ay  ərzində  48  nəfərdə

açıq  ürək  əməliyyatı  aparılmışdır.

Həmçinin Azərbaycan Milli Oftal-

mologiya Mərkəzinin, Azərbaycan

Tibb  Universitetinin,  Akademik

M.A.Topçubaşov  adına  Elmi  Cər-

rahiyyə Mərkəzinin tərkibində olan

Uşaq Ürək Cərrahiyyə Mərkəzinin

yüksəkixtisaslı mütəxəssisləri tərə-

findən Naxçıvan Diaqnostika-Müa-

licə  Mərkəzində  göz,  plastik  re-

konstruktiv əməliyyatlar həyata ke-

çirilmişdir. Akademik Mirqasımov

adına  Respublika  Klinik  Xəstəxa-

nasının 21 nəfərdən ibarət ayrı-ayrı

ixtisaslar üzrə həkim briqadası isə

yanvar ayında Şərur və may ayında

Ordubad  Rayon  Mərkəzi  xəstəxa-

nalarında  olmuş,  6091  nəfər  tibbi

müayinədən  keçirilmiş, 161 nəfərdə

cərrahi əməliyyat aparılmışdır. 

    Əhalinin dispanserizasiya işinin

yaxşılaşdırılması məqsədilə Naxçı-

van  Muxtar  Respublikası  Səhiyyə

Nazirliyinin, Naxçıvan Muxtar Res-

publikası  Mərkəzi  Uşaq  Xəstəxa-

nasının, Naxçıvan Muxtar Respub-

likası Doğum Mərkəzinin, Naxçıvan

Muxtar Respublika Xəstəxanasının,

Diaqnostika-Müalicə Mərkəzinin  və

rayon mərkəzi xəstəxanalarının ya-

ratdığı həkim briqadaları ucqar dağ

və sərhəd kəndlərində olmuş, əhaliyə

tibbi xidmət göstərmişdir.

    İxtisaslı  kadrların  hazırlanması

bu gün qarşıda duran əsas vəzifədir.

Ötən dövrdə bu istiqamətdə tədbirlər

davam etdirilmiş, 17 həkim Türkiyə

Respublikası Ankara Universitetinin

Tibb  fakültəsində,  İzmit  Kocaeli

Universitetində,  Ərzurum  Atatürk

Universitetinin xəstəxanasında, İran

İslam Respublikası Təbriz Tibb Uni-

versitetinin xəstəxanalarında müxtəlif

müddətlərə təkmilləşmə kurslarına

göndərilmişlər.




Yüklə 1,88 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin