Tofiq Köçərli - 142 -
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər sevəndir… O, həmçinin geyim və bəzəyin qızğın həvəskarıdır. Müsəlman
qadınının birinci vəzifəsi naz-qəmzənin bütün üsullarını qızına öürətməkdir.
Ümumiyyətlə tatar qadınları gözəldirlər. Toxuma sənətində … onlara rəqib
yoxdur».
Naxçıvanlıların yeməkləri və məişəti haqqında müşahidələrə də nəzər salaq:
Naxçıvanda «şəhər tatarları tez-tez bozbaş, kabab və plov yeyirlər. Onlar
səliqəli yaşayırlar: evlərində Xorasan xalçaları və bahalı türk qab-qacağı, güzgülər
və müxtəlif əşyalarla dolu sandıqlar var. Otaqların divarlaı yanında oturmaq üçün
bir neçə muştaq (silindrik balış) qoyurlar» (Görünür, muştaq deyərkən
«mütəkkə»ni nəzərdə tutublar).
Yuxarıda qeyd olunduğu kimi, XIX əsr mənbələri Naxçıvan azərbaycanlılarını
«tatarlar» və «kəngərlilər» etnik toplumlarına ayırıblar. «Opisanie Naxiçevanskoy
provinsii» kitabına görə, Naxçıvan okruqundakı 2791 azərbaycanlı ailəsindən 920-
si Kəngərlilər nəslinə mənsub olmuşdur. Mənbə bu nəslin «öz cəngavər xarakteri
ilə seçilməsini» vurğulamışdır.
Şopen Kəngərlilər nəslinin 1433 ailədən ibarət olmasını göstərir. Ola bilsin,
kəngərlilərdən Qarabağda qışlayanları Naxçıvanda aparılan bəzi siyahı
alınmalardan kənarda qalıblar. 1727-ci ildə tərtib edilmiş «Gəncə-Qarabağ
əyalətinin müfəssəl dəftəri»nə görə, «Naxçıvan elatından» olan Kəngərli camaatı
Qarabağda qışlayar, Naxçıvanda yaylarmış. Onlar Arasbar və Bayad torpaqlarında
«mal və mülk, bağ və üzüm bağlarına malik olduqları üçün üsr,behrə və qışlaq
vergisini Qarabağda ödəmiş, digər vergilərini və badi-havanı Naxçıvan
hakimlərinə vermişlər».
Şopenin yazdığına görə, Rusiya Naxçıvanı işğal edən zaman orada 67 xan,
373 bəy və sultan olmuşdur. Digər bir rus müəllifi K.Smirnov Naxçıvanda
Kəngərli nəslilə yanaşı aşağıdakı bəy nəsillərinin olmasını qeyd etmişdir:
Talışovlar, Ağasıbəyovlar, Muradəsilbəyovlar, Şahtaxtinskilər, Vəzirovlar,
Cəmalbəyovlar, Sultanovlar, Elçiyevlər və s.