Tofiq Köçərli - 118 -
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər bəyannamədə Zəngəzurla yanaşı «Naxçıvan qəzası ərazisinin sovet Ermənistanının
ayrılmaz hissəsi» olması bildirildi.
Bu xəbər Naxçıvana çatan kimi Naxçıvanı etiraz dalğası bürüdü. Həmin
vaxta qədər Ermənistan Respublikasının ara verməyən təxribatlarına və hərbi
təcavüzünə qəhrəmancasına sinə gərən, Ali komissar Haskelin ultimatumları
qarşısında diz çökməyən naxçıvanlılar diyarın Ermənistana verilməsi haqqında
fikri birmənalı rədd etdilər və qəti bildirdilər ki, nəyin bahasına olursa olsun
Azərbaycan tərkibində qalmaq əzmindədirlər.
Naxçıvanlılar məsələ barəsində fikirlərini Azərbaycan, habelə Ermənistan
hökumətlərinə çatdırdılar.
Bəyannamənin Naxçıvan barəsində müddəası Nərimanovun mövqeyinə,
yeritdiyi xəttə tamamilə zidd idi. Bəlkə Nərimanovun bəyanatı qəzetdə dərc
olunanda (dekabrın 2-də) səhv buraxılıbmış? Həmin halda Nərimanov səhvi təkzib
edərdi. Bəlkə Orconikiddze və başqaları əlavə bir qərar qəbul edib Nərimanovu
həmin addımı atmağa vadar ediblərmiş? Sübut yoxdur. Bəlkə Moskvadan kim isə
Nərimanova deyibmiş ki, Azərbaycan «beynəlmiləlçilik naminə» Naxçıvanı
Ermənistanınkı elan etsin, sabah Ermənistan «beynəlmiləlçilik naminə» Naxçıvanı
Azərbaycanınkı elan edər?
Hər halda belə bir maraqlı fakt var. Nərimanovun həmin bəyanatının 27-ci
günü, yəni dekabrın 27-də Ermənistan Đnqilab Komitəsi dekret verir ki, «Sovet
Azərbaycanı təntənəli aktla ( 1 dekabr tarixli bəyanatla – T.K.) Azərbaycan və
Ermənistan arasında mübahisələrə son qoymuş və Naxçıvanı Sovet Ermənistanının
ayrılmaz hissəsi elan etmişdir. Lakin Ermənistanın sovet hakimiyyəti öz gücünü
yalnız xalqın, o cümlədən Naxçıvan əhalisi zəhmətkeşlərinin açıq ifadə olunmuş
iradəsində görür». Ermənistan Đnqilab Komitəsi Naxçıvan əhalisinə təklif etdi ki,
«özü öz yolunu seçsin, bütün əməkçi Sovet Ermənistanı ilə Naxçıvan
zəhmətkeşləri üçün arzu olunan qarşılıqlı əlaqələr haqqında özünün aydın ifadə
olunmuş mütəşəkkil rəyini bildirsin».