Tofiq Köçərli - 139 -
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər azərbaycanlısızlaşdırılaraq erməniləşdirilmişdi. Məsələn, təkcə Mahmudabad
kəndində 1000nəfər erməni məskunlaşdırılmışdı.
Qriboyedov yazırdı ki, erməni köçkünlərinin əksəriyyəti «müsəlman
mülkədarlarının torpaqlarında yerləşdirilmişdir. Yayda buna yol vermək olardı.
Müsəlman sahibkarları yaylaqda idilər. Onlar başqa dinli gəlmələrlə az hallarda
əlaqədə olublar». Müsəlmanlar «ehtiyat edirlər ki, ermənilər bir dəfə buraxıldıqları
torpaqlara həmişəlik yiyələnəcəklər».
Belə də oldu. Çar hakimiyyət orqanlarının bilavasitə havadarlığı ilə yersizlər
gəlib yerliləri sıxışdırmağa başladılar. Azərbaycanda da Đ.Çavçavadze yazdığı kimi
oldu: «Çoxmu, ya azmı şeyə malikik, fərqi yoxdur. Hər halda sizə (ermənilərə –
T.K.) daldalanacaq verdik, sizi sığındırdıq, sizinlə qardaşlaşdıq. Bizim öz evimizdə
bizimlə düşmən kimi rəftar etməyin».
Ermənilərin Naxçıvan və digər Azərbaycan vilayətlərinə köçürülməsi prosesi
sonrakı illərdə də davam etmişdi. Bu, ermənilərin sayının qat-qat çoxalması ilə
nəticələnmişdi. 1897-ci ildə Naxçıvanda (Naxçıvan və Şərur-Dərələyəz
qəzalarında) artıq 55 min 398 nəfər erməni var idi. Azərbaycanlılar (115 min 711
nəfər) yenə də onlardan iki dəfə çox idilər.
1897-1917-ci illər ərzində Naxçıvan əhalisinin tərkibində yeni dəyişikliklər
baş vermişdi. Azərbaycanlıların sayı 128 minə, ermənilərin sayı 80 minə çatmışdı.
Ermənilərin belə artımı doğumun yüksək olması nəticəsi deyildi. Bu, xarici
ermənilərin Naxçıvanda məskunlaşdırılması siyasətinin hələ də davam etməsi ilə
bağlı idi.
Köçkünlər hesabına Naxçıvanda ermənilərin sayının belə artmasına
baxmayaraq yenə də onlar əhalinin tərkibində sayca üstünlük təşkil etməmişdilər.
Heç bir zaman üstünlük təşkil etməmişdilər.
Beləliklə faktlar erməni müəlliflərinin Naxçıvan əhalisinin milli tərkibində
ermənilərin xüsusi çəkisi haqqında fikirlərini tamamilə ifşa edir. Faktlar həm də
Naxçıvanda 150 min erməni olması haqqında iddianı tamamilə təkzib edir. Əgər
sovet dövründə ta 1960-cı ilədək nə vaxtsa Naxçıvanda ümumiyyətlə, 151 min