Köçərli Tofiq Qasım oğlu
Akademik
Naxçıvan: uydurmalar
və tarixi həqiqətlər
Bakı – «ELM» - 2005
Disayn: Rza Səttərov
Köçərli Tofiq Qasım oğlu. «Naxçıvan: uydurmalar və tarixi həqiqətlər».
Bakı, «Təknur» mənbəsi - 2005, səh. 153.
Bu kitabda erməni saxtakarlarının Naxçıvan siyasi tarixinin bəzi məsələləri
barədə ağ yalanları ifşa edilir.
ISBN 5-86774-213-7
© «Təknur» mənbəsi - 2005
Tofiq Köçərli - 1 -
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər
«… Dünyanın heç bir xalqı fatehlik şöhrəti və əzəmətilə tatarlarla yarışa
bilməz… Đranın hökmdarları onlardır. Kirin və Kistapsın taxtında təntənə ilə oturan
onlardır.
Onlar türk adlanıb Avropada, Asiyada və Afrikada nəhəng fatehliklər edib
dünyanın üç qitəsində ağalıq edirlər.
…Bu müzəffər xalqın yalnız tarixçiləri çatışmayıb ki, onların ağlasığmaz
qələbələrinin şöhrətini yaysınlar. Bu cəngavər xalq öz şöhrəti ilə məşğul olub,
əbədi məğlubedilməzliyinə inanıb keçmiş qələbələrinin əbədiləşdirilməsi qayğısına
qətiyyən qalmamışdır».
1
Fransa maarifçisi Şarl Lui Monteskyenin «Đran məktubları»nda (1721) türk
tarixçiləri haqqında deyilmiş bu mülahizələr bizə də bilavasitə aiddir. Əsrlər boyu
milli tariximizin öyrənilməsinə və yazılmasına əhəmiyyət verməmişik.
Azərbaycan müxtəlif zamanlarda müxtəlif imperiyaların tərkibində yaşamağa
məhkum olub, həmin imperiyalarla müştərək tarix yaradıb. Đmperiyaların
salnaməçiləri, tarixçiləri müştərək tarixi öz mənafeləri baxımından işıqlandırmış,
Azərbaycan tarixini sistemli tədqiqat üçün obyekt seçməmiş, milli tariximizin bu
və ya başqa dövrünü, mühüm hadisələrini üzdən ya ötəri və ya da qərəzli qələmə
almışlar.
Azərbaycan bu və ya başqa şəkildə ən çox Đranla bağlı olub. Bu səbəbdən
Đranla daha çox müştərək tariximiz var. Lakin Đranın özündə uzun müddət tarixin
öyrənilməsinə ciddi əhəmiyyət verilməyib.
Mirzə Fətəli Axundov yazıb:
«Ey Đran! Sənin oğulların, nəvələrin… sənin keçmiş əzəmətinin yazılı
abidələrini belə mühafizə etməmişlər; sənin keçmiş şöhrətini biz başqalarından,
sənin əzəmətinin indiyə qədər yeganə şahidi olaraq qalan qədim yunan
tarixlərindən öyrənirik».
Zaman keçdikcə Đranda tarixə dair əsərlər yazılır. Lakin onların bir çoxunda
elm yox, cəfəngiyyat, fantastik təsəvvürlər üstünlük təşkil edib. Məsələn, «könlünü
Tofiq Köçərli - 2 -
Dostları ilə paylaş: |