352) Pielonefritin xarakterik laborator əlamətləri hansılardır?
A) Silindruriya
B) Bakteriuriya
C) Bütün sadalananlar
D) Mikrohematuriya
E) Leykosituriya
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
353) Pielonefritin əmələ gəlməsinin risk faktorları hansılardır?
A) Şəkərli diabet
B) Hamiləlik
C) Sidik yollarının və böyrəklərin anomaliyaları
D) Bütün sadalananlar
E) Reflyukslar
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
354) Hansı ifadə səhv deyil?
A) Pielonefrit – böyrəklərin infeksion iltihabi xəstəliyidir, xüsusən kanalcıq apparatının zədələnməsi ilə
B) Pielonefrit – böyrəklərin infeksion iltihabi xəstəliyidir, xüsusən tubulointerstisial toxumanın zədələnməsi ilə
C) Pielonefrit – böyrəklərin infeksion iltihabi xəstəliyidir, xüsusən kasa-ləyən sisteminin zədələnməsi ilə
D) Pielonefrit – böyrəklərin infeksion iltihabi xəstəliyidir, xüsusən kasa-ləyən sisteminin,tubulointerstisial toxumanın, tez-tez yumaqcıq apparatının cəlb olunması ilə keçən zədələnməsidir
E) Pielonefrit – böyrəklərin infeksion iltihabi xəstəliyidir, xüsusən interstisial toxumanın zədələnməsi ilə
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
355) Xroniki pielonefritli xəstələrdə arterial təzyigin daimi artması nədən asılıdır?
A) Lipoproteidlərin qanda səviyyəsindən
B) Sadalananların heç biri düz deyil
C) Kliniki formasından asılıdır
D) Kliniki gedişatdan
E) Bütün sadalananlar düzdür
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
Dostları ilə paylaş: |