387) Prednizolonla(metilprednizolonla) puls-terapiyasının düzgün sxemi hansıdır?
A) Vena daxilinə damcı üsulu ilə 20-40 dəq. müddətində 0,5-1,5 qr dozasında metilprednizolonun 7 gün ardıcıl qəbulu
B) Vena daxilinə damcı üsulu ilə 20-40 dəq. müddətində 0,5-1,5 qr dozasında metilprednizolonun 3 gün ardıcıl qəbulu
C) Bolyuslu vena daxilinə 3 qr metilprednizolonun bir dəfəlik qəbulu
D) Bolyuslu vena daxilinə 3 qr metilprednizolonun 3 gün ardıcıl qəbulu
E) Vena daxilinə damcı üsulu ilə 20-40 dəq. müddətində 1,5-2,5 qr dozasında metilprednizolonun 4 gün ardıcıl qəbulu
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
388) Nefrologiyada daha tez-tez istifadə olunan düzgün qlükokortikoid terapiyası hansıdır?
A) Qlükokortikoid terapiyasının sərbəst qəbulu
B) Hesablanmış prednizolonun dozasını 6 ay müddətində kliniki və laborator göstəricilərın nəzarətində qəbulu
C) Hesablanmış prednizolonun dozasını 6-8 həftə müddətində kliniki və laborator göstəricilərın nəzarətində qəbulu
D) Hesablanmış prednizolonun dozasını kliniki simptomların ləvğ olunmasına qədər qəbulu
E) Hesablanmış prednizolonun dozasını laborator göstəricilərın normallaşmasına qədər qəbulu
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
Dostları ilə paylaş: |