834) Aşağıdakılardan hansı kəskin böyrək zədələnməsi üçün xarakterikdir?
A) 48 saat ərzində zərdab kreatininin nisbi göstəricisinin 50% və daha çox artması
B) Bütün sadalananlar
C) Sadalananların heç biri
D) 6 saat ərzində sidiyin miqdarının azalması – (diurez - bədən çəkisinin 0,5 ml/kg az)
E) 48 saat ərzində zərdab kreatininin mütləq qöstəricisinin 26,4 mkmol/l və çox yuxarı qalxması
Ədəbiyyat: «Нефрология» под ред. И.Е. Тареевой, Медицина,2000
835) Kəskin böyrək zədələnməsi faktorunun konstatasiyası üçün hansı meyarlar istifadə olunur?
A) Sidiyin miqdarına əsaslanan meyarlar
B) Bütün sadalananlar
C) Kreatininin qan zərdabında miqdarı
D) Sadalananların heç biri
E) Yumaqcıq filtrasiyasının sürətinə əsaslanan meyarlar
Ədəbiyyat: «Нефрология» под ред. И.Е. Тареевой, Медицина,2000
836) Kəskin böyrək çatışmazlığı zamanı hansı meyarlar (AKİN – Acute Kidney Injury Network -əsaslanaraq) “risk” mərhələlərinə uyğundur?
A) 12 saat müddətində zərdab kreatininin normal səviyyədən 2 dəfə yuxarı qalxması və ya diurezin 0,5 ml/kg aşağı düşməsi
B) 6 saat ərzində zərdab kreatininin normal səviyyədən 1,5 dəfə yuxarı qalxması və ya diurezin 0,5 ml/kq-dan aşağı düşməsi
C) Bütün sadalananlar
D) 24 saat müddətində zərdab kreatininin normal səviyyədən 3 dəfə yuxarı qalxması və ya diurezin 0,3 ml/kq-dan aşağı düşməsi
E) Sadalananların heç biri
Ədəbiyyat: "Dializ" , M.Ağayev,S.Əliyev
837) Kəskin böyrək zədələnməsi zamanı hansı meyarlar (AKİN əsaslanaraq) “zədələnmə” mərhələsinə uyğundur?
A) 6 saat ərzində zərdab kreatininin normal səviyyədən 1,5 dəfə yuxarı qalxması və ya diurezin 0,5 ml/kq-dan aşağı düşməsi
B) Sadalananların heç biri
C) 12 saat müddətində zərdab kreatininin normal səviyyədən 2 dəfə yuxarı qalxması və ya diurezin 0,5 ml/kq-dan aşağı düşməsi
D) Bütün sadalananlar
E) 24 saat müddətində zərdab kreatininin normal səviyyədən 3 dəfə yuxarı qalxması və ya diurezin 0,3 ml/kq-dan aşağı düşməsi
Ədəbiyyat: "Dializ" , M.Ağayev,S.Əliyev
Dostları ilə paylaş: |