436) Nefrotik sindromun simptomatik müalicə sxemi hansıdır?
A) Effektivliyi eynidir
B) Fizioloji məhlul, eufilin, hipotiazid
C) Albumin, laziks
D) Fizioloji məhlul, hipotiazid, laziks
E) Fizioloji məhlul, veroşpiron, laziks
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
437) Anti – YBM-nefritin optimal müalicə sxemi hansıdır?
A) Siklosporin A
B) Pednizolon per os və ya puls terapiya, 10-14 seans 2 litr plazma xaric olmaqla intensiv plazmafarez
C) İzolyasiya edilmiş hemodializ
D) Prednizolon per os və ya puls terapiya, + siklofosfan per os və ya puls terapiya
E) İzolyasiya edilmiş, intensiv plazmafarez
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
438) Sürətlə proqres edən qlomerulonefritin hansı variantında, kreatininemiya 600mkm/l çox, hemodializ seansları ilə yanaşı aqressiv immunosupressiv terapiya təyin olunmur?
A) Vegener qranulematozunda ANCA – assosiasiya olunmuş qlomerulonefritdə
B) Qırmızı qurd eşənəkli qlomerulonefritdə
C) Mikroskopik poliarteriitdə ANCA – assosiasiya olunmuş qlomerulonefritdə
D) Anti–YBM-lı nefritdə
E) Düyünlü periarteritli glomerulonefritdə
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
439) 17 yaşlı qız angina ilə xəstələnib. Ona antibiotik təyin olunub. Antibiotik inyeksiyasından 2-3 gün sonra onda arterial təzyiqin qalxması, hematuriya, proteinuriya (6 q / gün), poliuriya ( 3-4 l / gün), sidiyin aşağı xüsusi çəkisi, qanda kreatininin səviyyəsinin qalxması ( 350 mkm/l ) baş vermişdir. Ehtimal olunan diaqnoz hansıdır?
A) Kəskin qlomerulonefrit
B) İnfeksion toksiki böyrək
C) Kəskin tubulointerstsial nefrit
D) Xroniki qlomerulonefrit
E) Kəskin böyrək catmamazlığı
Ədəbiyyat: "Nefrologiya", M.Ağayev
Dostları ilə paylaş: |