868) Kalsitoninin hansı təsir effektləri vardır?
A) Bütün sadalananlar
B) Fosfatların kanalcıqlarda reabsorbsiyasını azaldır
C) Sadalananların heç biri
D) Kalsiumun kanalcıqlarda reabsorbsiyasını artırır
E) D3 vitamini əmələ gəlməsini stimullaşdırır
Ədəbiyyat: «Нефрология» под ред. И.Е. Тареевой, Медицина,2000
869) Xroniki böyrək çatışmazlığı zamanı fosfor-kalsium mübadiləsinin hansı dəyişiklikləri baş verir?
A) Sadalananların heç biri
B) Parathormonun sekresiyasının artması
C) Bütün sadalananlar
D) Hiperfosfatemiya
E) Hipokalsiemiya
Ədəbiyyat: «Нефрология» под ред. И.Е. Тареевой, Медицина,2000
870) Xronik böyrək çatışmazlığı olan xəstələrdə fosfor-kalsium mübadiləsinin korreksiyası üçün hansı tədbirlər görülməlidir?
A) Paratireoidektomiya
B) Bütün sadalananlar
C) D3 vitamininin metabolitlərinin istifadəsi
D) Bağırsaqlarda fosfatları birləşdirən preparatların istifadəsi
E) Qida ilə fosfatların qəbulunun azaldılması
Ədəbiyyat: M.Ağayev,S.Əliyev, "Dializ" ,Bakı 2010
871) Xroniki böyrək çatışmazlığının bütün mərhələlərində hansı hipotenziv dərman preparatları əks göstərişdir?
A) Kalsium antoqanistləri
B) Qanglioblokatorlar
C) β-blokatorlar
D) Bütün sadalananlar
E) AÇF- inhibitorlar
Ədəbiyyat: «Нефрология» под ред. И.Е. Тареевой, Медицина,2000
Dostları ilə paylaş: |