1008) Qeyd olunanlardan hansı nefrotik sindromun ağırlaşmalarından deyil?
A) Nefrotik kriz
B) Kəskin böyrək çatışmazlığı
C) Hipertonik kriz
D) Disseminasiya olunmuş damardaxili laxtalanma sindromu
E) Müxtəlif lokalizasiyalı infeksion ağırlaşmalar
Ədəbiyyat:: E.M.Шилов,səh 148
1009) Göstərilənlərdən hansı xroniki böyrək çatışmazlığı zamanı anemiyanın səbəbi ola bilməz?
A) Uremik toksinlərin təsiri nəticəsində eritrositlərin həyat fəaliyyətlərinin və funksiyalarının azalması
B) Reninin sintezinin artması, prostaqlandinlərin sintezinin azalması
C) B 6; B12 ; fol turşusu; Fe bağırsaqlardan sorulmasının pozulması
D) Trombositlərin funksiyasının pozulması ilə əlaqədar yaranan qanaxmalar
E) Eritropoetinin sintezinin azalması
Ədəbiyyat:: E.M.Шилов,səh 541
1010) Hüceyrədaxili dehidratasiyadan fərqli olaraq hüceyrəxarici dehidratasiya zamanı hansı klinik əlamətlər rast gəlinmir?
A) Göz almalarının tonusunun azalması
B) Tabe olmayan qusma, susuzluq
C) Dərinin quru olması
D) Temperaturun yüksəlməsi
E) Arterial təzyiqin enməsi
Ədəbiyyat:: Н.В. Леонтьева. Водно -элекролитный баланс и гомеостатическая функция почек.2009 г.
Dostları ilə paylaş: |