427) Hansı faktorlar çox zaman kəskin pielonefritin inkişafına təkan verir?
A) Kəskin sistit
B) Ağır fiziki iş
C) İnsolyasiya
D) Anemiya
E) Piylənmə
Ədəbiyyat: " Nefrologiya " , M.Ağayev
428) Kəskin pielonefritli xəstələrdə nekrotik papillit çox zaman hansı hallarda yaranır?
A) Xroniki pielonefrit inkişaf edəndə
B) Hamiləlik zamanı
C) Şəkərli diabet zamanı
D) Arterial hipertenziya olduğda
E) Renovaskulyar hipertoniya zamanı
Ədəbiyyat: " Nefrologiya " , M.Ağayev
429) Xodson simptomu nədir?
A) Qütblərdə orta hissə ilə müqayisədə böyrək parenximasının qalınlığının artması
B) Qütblərdə və orta hissədə böyrək parenximasının qalınlığının bərabər artması
C) Qütblərdə orta hissə ilə müqayisədə böyrək parenximasının qalınlığının azalması
D) Qütblərdə və orta hissədə böyrək parenximasını qalınlığının bərabər azalması
E) Böyrək ləyənlərinin daralması
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
430) Qlomerulonefritin hansı forması sürətli proqresedən qlomerulonefritə aid deyil?
A) Qudpasçer sindromu zamanı qlomerulonefrit
B) Lipoid nefroz zamanı qlomerulonefrit
C) Mikroskopik poliarteriit zamanı qlomerulonefrit
D) Vegener qranulematozu zamanı qlomerulonefrit
E) İdiopatik anti- yumaqcıq bazal membranın (YBM) nefriti zamanı qlomerulonefrit
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
Dostları ilə paylaş: |