756) Böyrəyin xərcəngi zamanı metastazlar harada ən çox aşkar edilir?
A) Bütün sadalanan orqanlarda
B) Böyrək üstü vəzilərdə
C) Ağciyərdə
D) Baş beyində
E) Qaraciyərdə
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
757) Böyrək daşı xəstəliyinin əsas etioloji faktorlarına hansılar aiddir?
A) Fosfor-kalsium mübadiləsinin pozulması
B) Turşəng turşusu mübadiləsinin pozulması
C) Xroniki pielonefrit
D) Purin mübadiləsinin pozulması
E) Bütün göstərilən faktorlar
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
758) Obstruktiv pielonefritin müalicəsini nədən başlamaq lazımdır?
A) Urodinamikanın bərpasından
B) Antibiotiklərin təyinindən
C) Antibakterial preparatlardan
D) Bitki mənşəli uroantiseptiklərdən
E) Dezintoksikasiyaedici terapiyadan
Ədəbiyyat: "Nefrologiya", M.Ağayev
759) Kalsium litiazı nə zaman yaranır?
A) İdiopatik kalsiuriya zamanı
B) Bütün sadalanan hallarda
C) Hiperparatireoz zamanı
D) Sadalanan halların heç birində
E) D-vitaminlə intoksikasiya zamanı
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
Dostları ilə paylaş: |