Kəskin böyrək çatışmazlığı.
833) Aşağıdakılardan hansı kəskin böyrək zədələnməsi üçün xarakterikdir?
A) 48 saat ərzində zərdab kreatininin mütləq qöstəricisinin 26,4 mkmol/l və çox yuxarı qalxması
B) Sadalananların heç biri
C) Bütün sadalananlar
D) 6 saat ərzində sidiyin miqdarının azalması – (diurez - bədən çəkisinin 0,5 ml/kg az)
E) 48 saat ərzində zərdab kreatininin nisbi göstəricisinin 50% və daha çox artması
Ədəbiyyat: «Нефрология» под ред. И.Е. Тареевой, Медицина,2000
834) Kəskin böyrək zədələnməsi faktorunun konstatasiyası üçün hansı meyarlar istifadə olunur?
A) Kreatininin qan zərdabında miqdarı
B) Bütün sadalananlar
C) Sidiyin miqdarına əsaslanan meyarlar
D) Sadalananların heç biri
E) Yumaqcıq filtrasiyasının sürətinə əsaslanan meyarlar
Ədəbiyyat: «Нефрология» под ред. И.Е. Тареевой, Медицина,2000
835) Kəskin böyrək çatışmazlığı zamanı hansı meyarlar (AKİN – Acute Kidney Injury Network -əsaslanaraq) “risk” mərhələlərinə uyğundur?
A) Bütün sadalananlar
B) 6 saat ərzində zərdab kreatininin normal səviyyədən 1,5 dəfə yuxarı qalxması və ya diurezin 0,5 ml/kq-dan aşağı düşməsi
C) 24 saat müddətində zərdab kreatininin normal səviyyədən 3 dəfə yuxarı qalxması və ya diurezin 0,3 ml/kq-dan aşağı düşməsi
D) Sadalananların heç biri
E) 12 saat müddətində zərdab kreatininin normal səviyyədən 2 dəfə yuxarı qalxması və ya diurezin 0,5 ml/kg aşağı düşməsi
Ədəbiyyat: "Dializ" , M.Ağayev,S.Əliyev
836) Kəskin böyrək zədələnməsi zamanı hansı meyarlar (AKİN əsaslanaraq) “zədələnmə” mərhələsinə uyğundur?
A) Sadalananların heç biri
B) 6 saat ərzində zərdab kreatininin normal səviyyədən 1,5 dəfə yuxarı qalxması və ya diurezin 0,5 ml/kq-dan aşağı düşməsi
C) 24 saat müddətində zərdab kreatininin normal səviyyədən 3 dəfə yuxarı qalxması və ya diurezin 0,3 ml/kq-dan aşağı düşməsi
D) 12 saat müddətində zərdab kreatininin normal səviyyədən 2 dəfə yuxarı qalxması və ya diurezin 0,5 ml/kq-dan aşağı düşməsi
E) Bütün sadalananlar
Ədəbiyyat: "Dializ" , M.Ağayev,S.Əliyev
Dostları ilə paylaş: |