374) Kəskin qlomerulonefritə nə xarakterik deyil?
A) Antiqialuronidazanın yüksək titri
B) Proteinuriya
C) Xəstəliyin əvvəlində yumaqcıq filtrasiya sürətinin enməsi
D) Antistreptolizin –O yüksək titri
E) Komplementin səviyyəsinin artması
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
375) Kəskin qlomerulonefritli xəstədə ürəyin genişlənməsi, çapma ritmi, perikardit, ağciyər ödemi, qaraciyər böyüməsi hansı halları göstərir?
A) Miokardın birincili zədələnməsini
B) Bütün sadalananları
C) Yüksək arterial təzyiqin miokardın funksiyasına təsirini
D) Qan dövranı çatışmazlığını
E) Na ekskresiyası ilə əlaqədar hipervolemiyanı
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
376) Kəskin poststreptokokk qlomerulonefritin morfoloji mənzərəsi nə ilə xarakterizə olunur?
A) Bütün yumaqcıqların patoloji prosessə cəlb olunması ilə
B) Mezangial hüceyrələrin proliferasiyası ilə
C) Yumaqcıq ilgəklərin şişmiş və proliferasiya olunmuş endotelial və mezangial hüceyrələrlə obliterasiyası ilə
D) Bazal membranın epitelial hissəsində “donqarların” əmələ gəlməsi ilə
E) Bütün sadalananlarla
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
377) Kəskin poststreptokokk qlomerulonefritin morfoloji dəyişiklikləri hansılardır?
A) Yumaqcıq ilgəklərin sklerozu
B) Ekstrakapilyar proliferasiya
C) Bazal membranın parçalanması və ikiləşməsi
D) Fokal seqmentar qlomeruloskleroz
E) Endokapilyar proliferasiya
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
Dostları ilə paylaş: |