488) Mezangiokapillyar qlomerulonefritin nefrotik sindromsuz , proteinuriya 3 q/sut az, normal böyrək funksiyası ilə hansı müalicə sxemi optimaldır?
A) Prednizolon per os + siklofosfamid 4-6 ay müddətində
B) Pontiçellinin sxemi
C) Siklosporin A 6-12 ay müddətində
D) AÇF-inhibitorları
E) Prednizolon 4-6 ay müddətində per os
Ədəbiyyat: «Нефрология». Практическое руководство. под ред. Проф.Ю.И.Гринштейна, Ростов на Дону, Феникс, 2006
489) Mezangiokapillyar qlomerulonefritin hansı klinik varianta ekvivalent olan formasında immunosupressiv terapiya təyin olunur?
A) 1 q/gündən az proteinuriyası olan xəstələrdə
B) Nefrotik sindrom və böyrəklərin funksiyası nisbi enmiş xəstələrdə
C) Nefrotik sindrom və böyrəklərin funksiyası saxlanılmış xəstələrdə
D) Nefrotik sindrom və böyrəklərin funksiyası saxlanılmış xəstələrdə, nefrotik sindrom və böyrəklərin funksiyası nisbi enmiş xəstələrdə
E) Nefrotik sindromsuz
Ədəbiyyat: «Нефрология». Практическое руководство. под ред. Проф.Ю.И.Гринштейна, Ростов на Дону, Феникс, 2006
490) Tez proqressivləşən qlomerulonefritin Beynalxalq standart müalicəsini göstərin?
A) Biopsiya və seroloji analizlərin nəticələrindən əvvəl metilprednizolonla puls terapiyası
B) Biopsiya və seroloji analizlərin nəticələrindən əvvəl per os prednizolonla müalicəni başlamaq
C) Metilprednizolonla puls terapiya məsələsini seroloji analizlərin nəticələrindən sonra həll etmək
D) Biopsiya və seroloji analizlərin nəticələrindən əvvəl siklosporin A müalicəsini başlamaq
E) Metilprednizolonla puls terapiya məsələsini böyrəklərin biopsiyasından sonra həll etmək
Ədəbiyyat: «Нефрология». Практическое руководство. под ред. Проф.Ю.И.Гринштейна, Ростов на Дону, Феникс, 2006
Dostları ilə paylaş: |