29) Böyrəklər hansı maddələrin mübadilə proseslərində iştirak edirlər?
A) Karbohidratların
B) Mineralların
C) Zülalların
D) Piylərin
E) Bütün göstərilən maddələrin
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
30) Yumaqcıqlarda ultrafiltrasiya prosesi hansı təzyiq hesabına əmələ gəlir?
A) Plazma zülallarının onkotik təzyiqi
B) Bütün göstərilən səbəblər
C) Provizor sidiyin osmotik təzyiqi
D) Səbəblərin heç biri
E) Qanın hidrostatik təzyiqi
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
31) Hüceyrəxarici mayenin həcminin requlyasiyasına aldesteronun təsir mexanizmi nədən ibarətdir?
A) Kaliumun ekskresiyasının artması
B) Kanalcıqlarda natriumun reabsorbsiyasının artması
C) Antidiuretik hormonun sekresiyası
D) Kaliumun ekskresiyasının azalması
E) Kalsiumun ekskresiyasının artması
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
32) Hansı hüceyrə elementləri böyrəklərin alıtorequlyasiya funksiyasını təmin edir?
A) Yumaqcıqların mezangial hüceyrələri
B) Epitelioid hüceyrələr
C) Bütün sadalananalar düz deyil
D) Bütün sadalananlar düzdür
E) Qalın hüceyrələr "Makula densa"
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
33) Nefroloji təcrübədə yumaqcıq filtrasiyasının sürəti hansı maddənin klirensi ilə müəyyən edilir?
A) Kreatininin
B) Elektrolitlərin
C) Sidik cövhərinin
D) Qlükozanin
E) Albuminin
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
Dostları ilə paylaş: |