Neft (qədim akkad dilində "napatum", yəni iylənən, alovlanan deməkdir) – əsasən karbohidrogenlərin və digər üzvi birləşmlərin mürrəkkəb qarışığından ibarət spesifik iyə malik yanar maye. Yüngül (xüsusi çəkisi aşağı və sıxlığı kiçik) neftlərdə 97%, ağır neftlərdə isə bu rəqəm 50%-ə qədər azala bilər. Neftin tərkibindəki karbohidrogenlər başlıca olaraq alkanlar, sikloalkanlar və müxtəlif aromatik karbohidrogenlərlə təmsil olunur. Bundan əlavə neftin tərkibində azot, oksigen, kükürdlü birləşmələr və çox cüzi miqdarda dəmir, nikel, mis və vanadium metallarına da rast gəlinir.