Neft və qaz hasilatı üzrə operator vəzifəsi üzrə test tapşırıqları
1. Quyularda maye səviyyəsinin halqavari fəzada qaldırıcı boruların
başmağına çatdığı anda quyuya vurulan qazın maksimal təzyiqi necə adlanır?
A) Layın udulma təzyiqi
B) İşə salma təzyiqi
C) Qərarlaşmış təzyiq
D) İşçi təzyiq
E) Hidrostatik təzyiq
Testin çətinlik dərəcəsi: çətin
İ
stinad: D.İskəndərov. Neft və qazçıxarma üzrə məlumat kitabı. Bakı, 2014.
V.T.Məmmədov Q.H.Mirzəyev. Neft mədən texnikasının təmiri və bərpası. Bakı,
2012. В.М.Муравьёв. Справочник мастера по добыче нефти. Москва, 1974
2. PSİ nəyin ölçü vahididir?
A)Sıxlığın
B)Özlülüyün
C)Keçriciliyin
D)Təzyiqin
E)Məsaməliyin
Testin çətinlik dərəcəsi: asan
İ
stinad: D.İskəndərov. Neft və qazçıxarma üzrə məlumat kitabı. Bakı, 2014.
V.T.Məmmədov Q.H.Mirzəyev. Neft mədən texnikasının təmiri və bərpası. Bakı,
2012.
3. Fontan armaturunun ayrı-ayrı hissələrinin hermetik birləşməsini təmin
etmək üçün nədən istifadə edilir?
A) Asbest araqatından
B) Kompozit materiallardan düzəldilmiş araqatdan
C) Rezin manjetdən
D) Poladdan hazırlanmış bütöv həlqədən
E) Rezin həlqələrdən
Testin çətinlik dərəcəsi: orta
İ
stinad: D.İskəndərov. Neft və qazçıxarma üzrə məlumat kitabı. Bakı, 2014.
V.T.Məmmədov Q.H.Mirzəyev. Neft mədən texnikasının təmiri və bərpası. Bakı,
2012. В.М.Муравьёв. Справочник мастера по добыче нефти. Москва, 1974
4. Təzyiqin vahidi olan PSİ neçə atmosferdir?
A) 6,8046
B) 68,046
C) 0,0068046
D) 0,068046
E) 0,68046
Dostları ilə paylaş: |