Neftvermə əmsalının artırılması üsulları


Riyazi və fiziki modelləşdirmə, onların məqsədi, təyinatı və mahiyyəti



Yüklə 1,5 Mb.
səhifə28/32
tarix16.05.2023
ölçüsü1,5 Mb.
#114099
1   ...   24   25   26   27   28   29   30   31   32
Neftvermə əmsalının artırılması üsulları

18. Riyazi və fiziki modelləşdirmə, onların məqsədi, təyinatı və mahiyyəti.
Neftin layda hərəkəti zamanı yaranan səth hadisələri və kapilyar effekt.

«Model»-latın sözü olub-moddulus sözündən götürülüb, mənası «nümunə» deməkdir. Neft yataqlarında baş verən istənilən prosesləri tədqiq etmək üçün bir qayda olaraq onları modelləşdirmək lazımdır. Modelləşdirmənin iki növü vardır: fiziki və riyazi modelləşdirmə. Bir çox hallarda layların modelini qurmaq üçün həmin layın tərkibində olan süxurların və flüidlərin (neft, qaz və su) fiziki və kimyəvi tərkibini bilərək onları tədqiq etmək üçün süni model qurulur. Bu fiziki model adlanır.


Layda eyni zamanda gedən prosesləri öyrənmək üçün onları fiziki layihələndirmək lazımdır. Məsələn, PVT bombası, borunun içərisinə məsaməli mühüt doldurmaqla onu neft, qaz və su ilə doydurduqdan sonra layın fiziki modeli əldə edilir. Beləliklə, yerin təkində baş verən istənilən prosesi öyrənmək üçün birinci növbədə onun fiziki modeli qurulmalıdır. İşlənmə modeli dedikdə yerin təkində neftin çıxarılmasının miqdarca ifadəsi nəzərdə tutulur. Əvvəlki mühazirələrdə qeyd etdik ki, hər hansı bir prosesi riyazi modelləşdirmək olar. Məsələn, Darsi qanunu layda neftin, qazın süzülməsi prosesinin riyazi modelidir. Henri qanunu qazın neftdə həll olması prosesinin riyazi modelidir.
Layın modeli – neft yataqlarının istismarında mayelərin hesablanması və layın geoloji-fiziki strukturu barədə təəssürat yaradan sistemdir. Layın modelləri determinə olunmuş, ehtimal-statistik və fiziki modelləşməyə bölünür.
Layın keçiriciliyi onun litoloji tərkibindən və çatlı olmasından asılıdır. Lay modelləri şərti olaraq iki qrupa bölünür:
1.Detirminləşdirilmiş model; 2.Statistik model.
Detirminləşdirilmiş model faktik layın quruluşu və xassələrini nisbətən dəqiq xarakterizə edən modelə deyilir, bаşqа sözlə determinləşdirilmiş model həqiqi layın foto şəkilidir. Determinə olunmuş modellər- faktiki quruluşu və layın xüsusiyyətlərini dəqiq qurmaq üçün modelləşmənin növüdür. Bu növün praktiki istifadəsi hesablama texnikası və riyazi hesablamaların geniş inkişafı sayəsində mümkün olmuşdur.
Ən çox istifadə olunan modelləşmələr: Şlümberje(Schlumberger), Petrel 3D – geoloji modelləşdirmə, Eclipse 3D – hidrodinamik modelləşdirmə, ROXAR (Norveç), İRAP RMS–3D geoloji modelləşdirmə, TMP MORE– 3D hidrodinamik modelləşdirmə.
Statistik model isə layın işlənmə göstəricilərinə əsasən (vaxt ərzində) qurulmuş riyazi modeldir. Məsələn, yataqdan hasil olunan neftin toplam miqdarının vaxtdan asılılığı onun statistik modelidir. Yəni, bu modelə görə yatağın işlənmə mərhələlərini xarakterizə etmək olar. Yuxarıda qeyd etdiyimiz işlənmə göstəricilərinin hamısının dinamikası işlənmə prosesinin statistik modeli adlanır. Praktikada ən çox təsadüf olunan və nəzəriyyədə istifadə olunan neft yataqlarının işlənmə proseslərinin ehtimal statistik modellərinə aşağıdakılar daxildir. Ehtimal-statistik modelləşdirmədə laya uyğun olan başqa hipotetik lay qurulur ki, real laya uyğun ehtimal-statistik xüsusiyyətləri var.


  1. Yüklə 1,5 Mb.

    Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin