Ehtimal-statistik modelləşmə. Bircinsli layın modeli
Bircinsli layın modelində real layın əsas parametrlərinin (məsaməlilik, keçiricilik) qiymətlərinin ədədi ortası tapılır. Bu cür layın modelini istifadə edəndə onun izotropluğu haqqında, yəni, layın qeyd olunmuş nöqtədən lay üzrə keçiriciliyin bərabər olması haqqında hipotezi qəbul olunur. Layın bu cür xüsusiyyətlərində layın həcmi ilə hesablanır. Layın təzyiqini izobar xəritələrinə əsasən hesablayırlar , burada pi- iki qonşü izoxətlərin qiymətlərinin ədədi ortası, - iki qonşu xətlərinin arasında yaranmış sahə, S- yatağın ümumi sahəsi.
Bu model material balansı, Bakley-Leverett üsulunda və s. istifadə olunur.
Zonal-qeyri bircinsli layın modeli Belə laylar qalınlığına görə deyil, layın sahəsinə görə fərqli xüsusiyyətlərə malik zonalara bölünür. Hər zonanı ayrılıqda elementar bircinsli layın həcmi kimi baxmaq olar.
Çatlı layın modeli Layın istismarında layda yaranmış çatların istismara təsir etməyinin bir neçə amili var. Əsas amillərdən biri kimi, kollektorun faktiki keçiriciliyi, süxur nümunələri-nin keçiriciliyi və quyulardan alınan debitlərin uyğunsuzluğudur.
Çatlı süxür nümunəsi
Şək.2.
Çatların keçiriciliyini aşağıdakı düsturla hesablamaq olar:
, (1)
Burada m - çatlamış layın keçiriciliyi, δ- çatın eni(mm).
Əgər m = 0.0002 və δ= 0.02mm onda alarıq ki, Kk= 7mD.
2.Süxurda neft və qazın sıxışdırılması prosesi metodları Sıxışdırma prosesinin modeli – maddə, enerji və tənliklər sisteminin saxlanması ilə layda mayelərin süzülməsi və neft və qaz çıxarılması sisteminin şəkilidir. Layda neft və qazın sıxışdırılması prosesinin modeli – lay sistemində hidrodinamik axınların modelləşməsidir. Süzülmə proseslərinin modelləşməsi üçün determinə olunmuş yanaşma, yəni hadisələrin səbəbli ardıcıllığı istifadə olunur.
Hazırda neft yataqlarının işlənmə prosesi əsasən riyazi modelləşir.
Neft yataqlarının işlənmə proseslərini riyazi modelləşdirilmə ilə komputer vasitəsi ilə tədqiq etmək olar. Prosesin miqdarca riyazi tənliklər vasitəsi ilə hesablanması hesablanma metodikası deyilir. Bunun üçün hər bir prosesin diferensial tənlikləri qurulur və onların həlli yolları göstərilir. Neft yataqlarının işlənmə prosesləri əsasən iki üsulla modelləşir: 1.Maddə balansının saxlanma qanunu; 2.Enerjinin saxlanması qanunu. Bundan başqa layda baş verən bir çox fiziki-kimyəvi qanunlarında riyazi ifadəsindən istifadə olunur.