yanma mənbəyinin yaradılması. Yüsək özülülüklü neftlər dünyanın 267 yatağında açılmışdır. Bu yataqlar neft hasilatında istilik üsullarının gələcək inkişafını təyin edəcək. Onları Venesuelada, İndoneziyada (buxar vurulması), ABŞ-da (Kaliforniyada laya istilikdaşıyıcılarının vurulması), Kanadada (əsasən quyudibi zonanın buxarla işlənməsi həyata keçirilir).
Onlara aşağıdakı texnologiyalar aiddir:
laya, istilik təsirləri ilə böyük dərinliklərə çıxmağa imkan verən buxarqazdövrü təsir üsulu; quyuların buxardövrü işlənməsi;
yüksək özülülüklü neftləri olan az qalınlıqlı laylarda karbonatlı kollektorların işlənməsi;
yüksək özülülüklü neftli yataqların istilik üsulları ilə neftin tərkibində və onların yerləşdiyi süxurlurdan qiymətli komponentlərin çıxarılması ilə kompleks istismarı. İstilik üsullarının səmərəliliyi əsas etibarı ilə avadanlığın texniki kamilliyi ilə müəyyən olunur.