Mq = ∑yiμi
i=1
burada ρi i - ci komponentin nisbi molekulyar kütləsidir.
İstənilən qaz üçün bir kilomolun ( kmol) normal şəraitdə həcmi 22,41 m3-dir.
Cədvəl 1
Qazlar
|
Nisbi sıxlığı
|
Qazlar
|
Nisbi sıxlığı
|
Hava
Helium
Azot
Karbon qazı
Kükürd qazı
|
1,00
0,138
0,97
0,518
1,191
|
Metan
Etan
Propan
Butan
|
0,55
1,038
1,52
2,0065
|
Deməli, qazın havaya görə nisbi sıxlığı:
d = Mq /28,97
Bundan başqa, qazın normal şəraitdəki sıxlığı ρ0 məlum olduqda onun orta molekulyar kütləsini tapmaq olar:
Mq= 22,41 ρ0.
Bəzi qazların nisbi sıxlığı haqqında məlumat yuxarıdakı cədvəl 1-də verilmişdir. Qazın sıxlığı təzyiq və temperaturdan asılı olaraq dəyişir.
Qazların özlülüyü. Özlülük - qazın layda hərəkətini xarakterizə edən mühüm kəmiyyətlərdən biridir. Qazın özlülüyü ilə onun hal parametrləri arasındakı asılılıq çox mürəkkəbdir. Qazın özlülüyünün müxtəlif təzyiq və temperaturlarda dəyişmə qanunauyğunluqlarını izah etmək üçün qazların kinetik nəzəriyəsinin bəzi müddəalarından istifadə edək. Məlumdur ki, qazın özlülüyü
μ=ρυλ/3
ifadəsindən tapıla bilər. Burada ρ - qazın sıxlığı; υ - molekullarının orta sürəti; λ- molekulların sərbəst yürüş yolunun orta uzunluğudur. Düsturdan görünür ki, qazın özlülüyü təzyiq və temperaturdan asılıdır. Təzyiq artdıqca qazın sıxlığı artır, molekulların sərbəst yürüş yolunun uzunluğu isə azalır (molekulların orta sürəti təqribən sabit qalır). Deməli, özülülüyün yuxarıdakı ifadəsinə görə təzyiqin elə qiymətləri ola bilər ki, qazın özlülüyü praktiki olaraq dəyişməsin. Temperatur artdıqca qazın özlülüyü molekullarının orta sürətinin artması nəticəsində (bu halda ρ və λ təxminən sabit olur) çoxalır.
Beləliklə, atmosfer təzyiqinə yaxın təzyiqlərdə qazın özlülüyü təzyiqdən asılı olaraq dəyişmir və temperatur çoxaldıqca özlülük artır. Eyni homoloji sıra üçün qazların özlülüyü onların molekulyar kütləsi artdıqca azalır. Böyük təzyiqlərdə isə yuxarıda qeyd olunan qanunauyğunluqlar pozulur. Belə ki, temperatur artdıqca qazların özlülüyü, mayelərdə olduğu kimi, azalır; böyük molekulyar kütləsi olan qazların özlülüyü də böyük olur.
II 3 şəklində metan, propan və metan-propan qarışığı üçün özlülüklərin dəyişmə əyriləri göstərilmişdir (a, b, v, q, ğ qaz qarışığının sıxlıqlarının uyğun 0,6; 0,7; 0,8; 0,9; 1,0 qiyməti üçün, çıxarırmışdır).
Qazların tərkibində azotun miqdarı 5,0% - dən artıq olduqda, onun qarışığın özlülüyünə təsirini nəzərə almaq lazımdır. Bu halda qarışığın özlülüyü aşağıdakı ifadədən təyin edilə bilər:
μ =μaya +(1+ya)μy
burada μa, μy - azotun və qarışığın karbohidrogen hissəsinin özlülüyüdür (μa - nı II.3 şəklindən tapmaq olar).
Dostları ilə paylaş: |