Neftvermə əmsalının artırılması üsulları



Yüklə 1,46 Mb.
səhifə24/38
tarix22.03.2022
ölçüsü1,46 Mb.
#54046
1   ...   20   21   22   23   24   25   26   27   ...   38
C fakepathMühazir

Qaz üsulları. Layların neftverimini artıran qaz vurma üsullarına CO2 ilə təsir və yüksək təzyiqli təbii qaz vurma aiddir.

CO2 ilə təsir üsulu. Laylara CO2-nin vurulması onların neftverimini artıran effektiv üsullardan biridir. CO2-nin neftdə həlli onun tərkibindən asılı olaraq özlülüyünün 10-500%-ə qədər kiçildir. Nəticədə həll olmuş qazın hesabına neftin həcm əmsalı 50% artır. Qətran və asfaltenləri yüksək olan neftlərdə CO2-nin həlli azalır.

Üsul tətbiqi layın effektiv qalınlığı 10-15 m, yatma dərinliyi 1200 m-ə, neftin özlülüyü 15 mPas-ə qədər, kollektor süxurların keçiriciliyi 0,1 mkm2-dən az, neftlə doyumluluq 40%-dən böyük olduqda yüksək effekt verir; nəticədə layların son neftvermə əmsalını 10-15% artırmaq mümkündür.



Aparılmış bir çox elmi tədqiqat işlərinin nəticəsi olaraq, neft yataqlarına ən səmərəli təsir üsulu kimi CO2 qazının tətbiqi ilə təsir etmə göstərilir. Bunu nəzərə alaraq, Günəşli yatağına CO2-nin tətbiqinin perspektivləri öyrənilmişdir. Belə ki, bu yatağın əsas istismar obyekti olan Fasilə lay dəstəsi və Balaxanı lay dəstəsini təşkil edən kollektorlarda Ca+2 və HCO3-ionlarının və yataqda mövcud olan neftin və layın tərkibində CO2–nin miqdarının çox olması, təsir üsulu kimi CO2 ilə təsirin daha səmərəli olacağına əminlik yaradır. Böyük həcmdə CO2–nin əldə olunması və yatağa vurulmasının yüksək səmərə verə biləcəyi bilinsə də, CO2-nin əldə olunması çətinlikləri öz aktuallığını saxlayır. Odur ki, göstərilən bütün detalları nəzərə alaraq, suvurmanın təsir sahəsinin artırılmasını, neftin su ilə sıxışdırılmasını daha da yaxşılaşdırmaq və təkmilləşdirmək məqsədi ilə, qarşıda duran məsələnin həlli üçün lay suyunun tərkibindəki aktiv ionların, kollektorları təşkil edən süxurların imkanlarından maksimum yararlanmaq tələb olunur. Bunun üçün, Günəşli yatağında mövcud suvurma prosesindən istifadə edərək, lay kollektorlarını təşkil edən süxurların tərkibindən asılı olaraq CO2-nin lay şəraitində alınmasını təmin etməklə, onunla laya təsirin səmərəliliyini artırmaq imkanı yaranır. Karbonlaşmış suyun vurulması həm texniki, həm də iqtisadi cəhətdən çətinliklər yaradır. Bu səbəbdən lay daxilində CO2-nin əldə olunması, lay və ya təmizlənmiş dəniz suyunda və neftdə həll olaraq, bu qazın itkisiz olaraq layda iş görməsini təmin etmək tələb olunur.

Su ilə birlikdə SAM (sulfanol) və turşunun (HCL) göstərilən faiz nisbətində yatağa vurulması ilə bu məsələni həll edə bilərik. İnjenksiya quyusunun quyudibinə və laya turşu ilə təsir etmə prosesində bu zonanın keçiriciliyi bərpa olunur və ya artır. Quyudibi zonaya və laya daxil olan turşu, süxur məsamələri ilə reaksiyaya girərək qumdaşı, əhəng daşı və dolomiti həll edərək məsaməli kanalların diametrini artırır və məsaməli mühitin keçiriciliyini yüksəldir.

Yuxarıda göstərilən reaksiyaların nəticələrindən laylara suvurma prosesinin səmərəliliyinin artırılması məqsədi ilə istifadə etmək olar. Belə ki, həm əhəngli, həm də dolomitli suxurlarda su vurma prosesinin aparılmasında dövri olaraq laya vurulan suya xlorid turşusu əlavə etməklə CO2-nin bilavasitə lay şəraitində alınmasına və itkisiz olaraq alınmış həcmdən layda neftin səmərəli sıxışdırılmasına nail olmaq mümkündür. Neftdə həll olmuş karbondioksidin konsentrasiyasının artması ilə karbondioksidin həllolma qabiliyyəti də aşağı düşür. Karbondioksidin suda həll edilməsi zamanı isə konsentrasiyanın artması ilə qarışığın özlülüyü artır. Əhəngli yataqlarda süxurun məsaməliyindən asılı olaraq inhibirləşmiş xlorid turşusu ilə laya təsir etdikdə süzgəcin 1 m qalınlığında reaksiyanin tam getməsi və turşunun tam və səmərəli istifadəsi üçün xlorid turşusunun sərfi hesablanmışdır. Buradan məlum olur ki, məsaməliyin 15 % olduğu halında 1 m-ə hesablanmış həcm 1,06 m3, məsaməliyi 10% olan süxurlar üçün isə 0,701 m3 turşu tələb olunur. Bu hesabata uyğun olaraq Günəşli yatağının FLD və Balaxanı lay dəstəsinin IX və X horizontlarından işləyən vurucu quyular vasitəsi ilə laylara vurulan sulara araqatı kimi vurulacaq xlorid turşusunun hesablanmış miqdarının nəticələri hesabat cədvəlində verilmişdir.

Cədvəl.

Xlorid turşusunun vurulmasına dair hesabat cədvəli

Horizontlar

FLD

X horizont

IX horizont

Məsaməlik, %

26

26

24

Effektiv qalınlıq, m

34

21

12

Quyular arası orta məsafə, m

250

200

200

HCl məhlulunun horizontlar üzrə vurulacaq hesablanmiş həcmi, m3

62,45

56,94

20,35

Laya gündəlik vurulan suyun hər quyu üzrə orta miqdarı m3/gün

449

532,6

458,9

HCl məhlulunun hər horizonta hesablan-mış həcminin vurulma müddəti, saat

3,34

2,57

1,06

Laya vurulan HCl məhlulunun horizont-lar üzrə əhatə dairəsinin radiusu, m

12,12

12,37

12,81

HCl məhlulunun horizontlara vurulmasının orta təsir müddəti, saat

54,5

43,6

19,6

HCl məhlulunun dövrü vurulma sayı (horizontlar üzrə)

163

130

292

HCl məhlulunun araqatı kimi hasilat quyularına çatma müddəti, gün

370,1

236,2

238,5


Qeyd etmək lazımdır ki, təklif olunan araqatının hesablanmış həcminin tam reaksiyaya girərək əhəngi əritməsi statik vəziyyət üçün, yəni araqatı laya vurulduqdan sonra quyu bağlanaraq reaksiyanın başa çatması gözlənildiyi vəziyyət kimi başa düşülür. Lakin nəzərə alsaq ki, xlorid turşusundan ibarət araqatı laya vurduqdan dərhal sonra o, su ilə sıxışdırılaraq layın dərin qatlarına doğru hərəkət edir və hərəkət sahəsi boyu suxurun üst qatlarda əhəng hissələri ilə reaksiyaya girərək, layın dərin qatlarında da keçiriciliyin artmasına, beləliklə də həm layların su qəbul etməsinin yüksəldilməsinə (layın dərunliklərində də keçiriciliyin artması, müqaviməti azaldır) həm də ayrılmış CO2 qazının neftdə həll olunaraq, neftin daha yaxşı sıxışdırılmasına şərait yaradır. Yuxarıda göstərilən horizontlarda vurucu quyularla laya vurulan suyun miqdarına və onun layda hərəkətinin təqribi olaraq sürətini (bunu dəqiq təyin etmək qeyri-mümkündür) bilməklə araqatı qismində vurulacaq xlorid turşusunun laya vurulma dövrünü də təqribi müəyyənləşdirə bilirik. Bu hesabatlara əsaslanaraq aşağıdakı nəticəyə gəlirik:

Xlorid turşusunun araqatı qismində vurucu quyular vasitəsi ilə laylara vurulması nəticəsində layın dərinliklərində ayrılan CO2 qazının, həmin sahələrdə süxur üzərinə hopmuş neftin ağır komponentlərinə nüfuz edərək, bu sahələrdə də məsamələrin genişlənməsinə, neftin laydan sıxışdırılmasının yaxşılaşdırılmasına, sıxışdırılan neftin həcminin artmasına və layların neft veriminin yüksəlməsinə səbəb olur.

Xlorid turşusu araqatı qismində əhəngli süxurlara vurulduqda həm quyudibi zonada, həm də layın dərinliklərində məsamələrin genişlənməsi baş verir və layların keçiriciklərinin yüksəlməsi səbəbindən müqavimət qüvvələri azalaraq, laya su vurulmasının intensivliyini təmin edir.


Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin