Nəriman Canalizadə
C++ dilində funksiyalar
C++ dilinin proqramçılar arasında ən məşhur dil olmasında rol oynayan 2 ən güclü imkanından biri funksiyalardır. Funksiyalar biz proqramın istənilən yerindən digər hissəsinə (funksiyaya) müraciət etməyə imkan verir. Proqramda funksiyadan istifadə etmək üçün biz əvvəlcədən funksiyanı elan etməliyik. Daha sonra isə funksiyanın proqram kodunu tərtib etməliyik
Funksiyanın elanı.
C++ dilində funksiya aşağıdakı kimi elan olunur:
Funksiyanın elanı sintaksisi aşağıdakı kimidir:
Funksiyanın_tipi Funksiyanın_adı (Parametrlər) ;
Funksiyanın_tipi funksiyanın qaytardığı nəticənin tipini bildirir. Hər-bir funksiya icra olunduqda müəyyən nəticə qaytara bilər, misal üçün ədəd, simvol, sətir və s. Bu zaman funksiyanın tipi olaraq ədəd, simvol, sətir və.s. tip göstərilir. Əgər funksiya heç bir nəticə qaytarmırsa bu zaman Funksiyanın_tipinin yerinə void yazılmalıdır. Funksiyanın_adı funksiyaya müraciət etmək üçün istifadə olunur. Parametrlər funksiyaya ötürülən başlanğıc məlumatların tipini bildirir. Bu zaman parametrlərin tipi və adı vergüllə ayrılmaqla sıralanır, aşağıdakı kimi: tip1 par1, tip2 par2, və.s. Qeyd edək ki, parametrlər sətrind əsas tiplər önəmlidir, adlar buraxıla bilər. tip1, tip2, və.s. Əgər funksiya heç bir parametr qəbul etmirsə bu zaman parametrlərin yerin void yazılmalıdır. Nümunə:
int cemle (int x, int y );
int-funksiyanın tipi;
cemle-funksiyanın adı;
(int x,int y)- int tipli parametrlər(x vəy).
Funksiyanın Proqram kodu.
Funksiyanın Proqram kodu funksiya çağırılan zaman icra olunan proqram kodudur. Funksiyanın Proqram kodunun tərtibi :
Funksiyanın proqram kodunu tərtib etmək üçün aşağıdakı sintaksisdən istifadə olunur:
Funksiyanın_tipi Funksiyanın_adı (parametrlər) { Proqram kodu } Funksiyanın tipi, adı və parametrlər eynilə funksiyanın elanında olduğu kimidir. { } mötərizələri arasında funksiyanın icra etməli olduğu proqram kodu yerləşdirilir.
Funksiyanın nəticə qaytarması.
Funksiyanın nəticə qaytarması üçün return əmrindən istifadə olunur. Sintaksis aşağıdakı kimidir:
return nəticə;
return operatorundan funksiyanın proqram kodunun istənilən yerində istifadə etmək olar. Nəticədə funksiya dərhal "geri" qayıdır.Nümunə:
cem adlı, int tipli nəticə qaytaran və int tipli iki parametr qəbul edən funksiya tərtib edin, hansı ki nəticə olaraq verilmiş arqumentlərin cəmini qaytarır. Həlli. Funksiyanın elanı aşağıdakı kimi olar:
int cem (int, int);
Funksiyanın proqram kodu isə aşağıdakı kimi :
int cem ( int dey1, int dey2){
int x;
x=dey1+dey2;
return x;
}
Funksiyanın çağrılması.
Funksiyanı elan etdikdən sonra proqramın istənilən yerindən funksiyanın adına müraciət etməklə onu çağırmaq olar.
Dəyişənlərin ünvana və qiymətə görə ötürülməsi.
Fərq nədədir?
Dəyişənlərin qiymətə görə ötürülməsi.
Dəyişənlərin qiymətə görə ötürülməsində dəyişənlərin nüsxələri yaradılır və funksiyaya bu nüsxələr ötürülür. Aydın məsələdir ki, bu zaman nüsxə üzərində aparılan heç bir əməliyyat dəyişənlərin orijinal qiymətlərinə təsir etmir.
Dəyişənlərin ünvana görə ötürülməsi.
Ünvana görə ötürülmə zamanı isə funksiyaya ötürülən dəyişənlərin heç bir nüsxəsi yaradılmır, funksiyaya dəyişənlərin yaddaşdakı ünvanları ötürülür.Bu zaman funksiya daxilində dəyişən üzərində aparılan bütün əməliyyatlar funksiya bitdikd n sonra qüvvədə qalır.
Dostları ilə paylaş: |