Kafedra: Nəqliyyat və informasiya texnologiyaları



Yüklə 17,87 Kb.
tarix02.01.2022
ölçüsü17,87 Kb.
#35676
Obyektyönlü proqramlaşdırma (2020-2021 (payız semestri))


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ

İMTAHAN SUALLARI

KAFEDRA: Nəqliyyat və informasiya texnologiyaları.

İXTİSAS: İnformasiya texnologiyaları.

KURS: 3.


FƏNN: Obyektyönlü proqramlaşdırma.

MÜƏLLİM: Qasımov Hüseyn Ələkbər oğlu



  1. Obyektyönlü proqramlaşdırma nədir?

  2. C++ alqoritmik dilinin yaranması və inkişaf tarixi.

  3. Məlumatın ifadə olunma formaları.

  4. C++ proqramın strukturu və icrası.

  5. C++-da Prototiplərin Təyin Edilməsi

  6. Obyektlərinn xüsusiyyətləri

  7. Ekranda cap etmə.

  8. Yeni sətirdən çap etmə.

  9. Proqramda Şərhlər.

  10. Birləşdirmə operatoru.

  11. Dəyişənlər, dəyişən tipləri. Ədədi tiplər.

  12. Dəyişənlər, dəyişən tipləri. Simvol tipləri.

  13. Dəyişənlərin adlandırılması və elan olunması.

  14. D əyişənə qiymət mənimsədilməsi. Mənimsətmə operatoru.

  15. Dəyişənlər üzərində əməllər.

  16. Daxiletmə və xaricetmə operatorları.

  17. Simvol tipi ilə ədədlər arasında əlaqə.

  18. İnkrement və dekrement.

  19. Şərt operatoru. Şərtlə ədədlərin əlaqəsi.

  20. Mürəkkəb şərtlərin qurulması, məntiq əməliyyatları.

  21. Dövr operatorları - (for).

  22. Dövr operatorları - (vvhile).

  23. Dövr operatorları - (do vvhile).

  24. Switch operatoru.

  25. Funksiya anlayışı. Funksiyanın elan olunması.

  26. Funksiyanın proqram kodu və nəticə qaytarması.

  27. Funksiyanın çağırılması. Proqramda funksiyalardan istifadə.

  28. Eyni Adlı Müxtəlif Arqumentli Funksiyalar.

  29. Lokal və qlobal dəyişənlər.

  30. Cərgələr. Onların elan olunmas və elementlərinə müraciət qaydası.

  31. Sətirlər. Onların elan olunmas və elementlərinə müraciət qaydası.

  32. Struct tipinin yaradılması. Struct tipindən olan dəyişənlər.

  33. Struct tipinin həddlərinə müraciət.

  34. Siniflər. Sinfin elanı.

  35. Sinif tipindən dəyişən elan etmək. Sinfin hədlərinə müraciət.

  36. Sinfin funksiya həddinin tərtibi. Açıq və gizli hədlər.

  37. Sinif yaradıcısı. Yaradıcının proqram kodu.

  38. Nəsilvermə. Yeni tipin yaradılması.

  39. Varis tipə yeni həddlərin artırılması.

  40. Əcdad sinfin funksiyalarının dəyişdirilməsi

  41. Göstərici.

  42. Göst əricilər ilə Cərgələrin əlaqəsi.

  43. Göstəricilərlə sətirlərin əlaqəsi.

  44. Dinamik Yaradılma və Silinmə.

  45. Dinamik obyektlər.

  46. Makroslar və başlıq fayllar.

  47. Bəzi standanrt funksiyalar.

  48. ASCII Kodlar Cədvəli.

Proqramlaşdırlması nəzərdə tutulan məsələ və misallar

  1. “men c++ dilini ögrenirem” cümləsini ekranda çap edəbiləcək proqram tərtib edin.

  2. Yalnız bir cout operatorundan istifadə edərək Ekranda alt-alta "Naxçıvan Dövlət Universiteti" və "Memarlıq və mühəndislik fakültəsi" sətirlərini çap edən proqram tərtib edin.

  3. Int tipli x göstəricisi elan edin, new operatoru ilə x -ə yer ayırın və həmin yerə 5 qiymətini yazın.

  4. Int tipli x göstəricisi elan edin və ona dinamik yer ayırın.

  5. Tutaq ki, 20 elementli char tipli s sətri və 10 elementli q sətri elan edilib və s sətrinə "abcdefghijklmnop" qiyməti mənimsədilib. Göstəricilərdən və strncpy funksiyasından istifadə etməklə s sətrinin 3-cü simvolu ilə 10 -cu simvolu arasında qalan hissəsini q sətrinə köçürün .

  6. Int tipli 10 elementdən ibarət x cərgəsi və y göstəricisi elan edin. Dövr operatorundan və y göstəricindən istifadə etməklə x -in elementlərinə 50-dən 59 -a kimi qiymətlər mənimsədin.

  7. Int tipli 5 elementdən ibarət x cərgəsi və y göstəricisi elan edin. Y göstəricisindən istifadə etməklə x-in ilk elementinə 120 qiymətini mənimsədin.

  8. Int tipli x dəyişəni və y göstəricisi elan edin. X -in ünvanın y-ə mənimsədin. Göstəricinin istinad etdiyi sahədəki məlumatı dəyişdirin. Dəyişikliyi yoxlayın.

  9. Int tipli x dəyişəni və y göstəricisi elan edin. X -in ünvanın y-ə mənimsədin. Göstəricinin istinad etdiyi sahədəki məlumatı çap edin.

  10. Int tipli adi x dəyişəni, y və z göstəriciləri elan edin. Ünvan operatorundan istifadə etməklə x dəyişəninin ünvanını y -ə mənimsədin. Y-in qiymətini (x -in ünvanını) z -tə mənimsədin.

  11. Int tipli adi x və göstərici y dəyişəni elan edin. Ünvan operatorundan istifadə etməklə x dəyişəninin ünvanını y -ə mənimsədin.

  12. Int tipli x adlı dəyişən elan edin. Onun ünvanın ekranda çap edin.

  13. Int tipli en və int tipli uz dəyişən həddləri, int sahe(int,int) funksiya həddindən ibarət duzbucaqli adlı sinif elan edin. Sahe funksiyası nəticə olaraq qəbul etdiyi parametrlərin hasilini qaytarır.

  14. Int tipli en və int tipli uz dəyişən həddləri, int sahe(int,int) funksiya həddindən ibarət duzbucaqli adlı sinif elan edin. Sahe funksiyası nəticə olaraq qəbul etdiyi parametrlərin hasilini qaytarır. Bu sinifdən duzb adlı dəyişən elan edin.

  15. Int tipli x və char tipli c həddlərindən ibarət s adlı struct tipi elan edin.

  16. İstifadəçini daxil etdiyi sətrin uzunluğunu çap edən proqram tərtib edin.

  17. İstifadəçinin daxil etdiyi sətrin son 5 simvolunu ekranda çap edən proqram tərtib edin.

  18. İstifadəçinin daxil etdiyi sətrin ilk 3 simvolu ilə son 5 simvolunu birləşdirib çap edən proqram tərtib edin.

  19. Elə proqram qurun ki, istifad çinin daxil etdiyi s trin 5-ci simvolu ə ə ə ilə 15-ci simvolu arasında qalan hissəsini çap etsin.

  20. Elə proqram tərtib edin ki, istifadəçidən 3 sətir qəbul etsin və bu sətirləri ardıcıl birləşdirərək tam sətir kimi çap etsin.

  21. Elə proqram tərtib edin ki, istifadəçidən 4 sətir qəbul etsin və bu sətirləri daxil olma sırasının əksi ardıcıllığında birləşdirərək tam sətir kimi çap etsin.

  22. Elə proqram tərtib edin ki, istifadəçidən 4 sətir qəbul etsin və bu sətirləri uzunluqlarının artma ardıcıllığı ilə alt-alta çap etsin.

  23. İstifadəçinin daxil etdiyi ədədlərin cəmini hesablayan proqram tərtib edin.

  24. İstifadəçinin daxil etdiyi ədədlər içərisində ən böyüyünü təyin edən proqram tərtib edin.

  25. İstifadəçinin daxil etdiyi ədədlər içərisində 3 -ə bölünənləri təyin edən proqram tərtib edin.

  26. İstifadəçinin daxil etdiyi ədədləri artan sıra ilə düzən proqram tərtib edin.

  27. İstifadəçinin daxil etdiyi ədədlərdən cüt və tək ədədləri ayrı-ayrı (2 müxtəlif sırada) çap edən proqram tərtib edin.

  28. Funksiyadan istifadə etməklə 2 ədədin cəmini hesablayan proqram tərtib edin.

  29. Funksiyadan istifadə etməklə 2 ədədin hasilini hesablayan proqram tərtib edin. Əgər ədəd 1 -dən və özündən başqa heç bir ədədə bölünmürsə belə ədədə sadə ədəd deyirlər.

  30. Elə funksiya tərtib edin ki, verilmiş ədədin sadə olduğunu müəyyən etsin. Həmin funksiyadan istifadə edərək 1 -dən 100 -ə qədər olan ədədlər arasında yerləşən sadə ədədləri çap edən proqram tərtib edin.

  31. Funksiyadan istifadə etməklə verilmiş düzbucaqlının sahəsini hesablayan proqram tərtib edin.

  32. Funksiyadan istifadə etməklə verilmiş kubun səthinin sahəsini hesablayan proqram tərtib edin.

  33. Funksiyadan istifadə etməklə verilmiş radiuslu dairənin sahəsini hesablayan proqram tərtib edin.

  34. Elə proqram yazın ki, istifadəçidən 2 ədəd qəbul etsin və bunların böyüyünü çap etsin.

  35. Elə proqram yazın ki, istifadəçidən 3 ədəd qəbul etsin və bunların böyüyünü çap etsin.

  36. Elə proqram yazın ki, istifadəçidən 5 ədəd qəbul etsin və bunların böyüyünü çap etsin.

  37. Elə proqram qurun ki, istifadəçinin daxil etdiyi ədəd sayda ekranda 'a' simvolu çap etsin.

  38. Elə proqram qurun ki, 1 ilə 100 arasında olan ədədlər içərisində 3-ə qalıqsız bölünən ədədləri çap etsin.

  39. Ele proqram qurun ki, 1 ilə 1000 arasında istifadəçinin daxil etdiyi ədədə qalıqsız bölünən ədədləri çap etsin.

  40. Elə proqram qurun ki, istifadəçidən hər-hansı ədəd qəbul etsin. Əgər bu ədəd 100-dən böyük olarsa onda ekranda 100 dəfə 'c' simvolu çap etsin, 50 ilə 100 arasında olarsa ekranda həmin ədəd sayda 'b' simvolu çap etsin, 50 -dən kiçik olarsa həmin ədəd sayda 'a' simvolu çap etsin.

  41. For dövr operatorundan istifadə etməklə ekranda sonsuz olaraq "unix" kəlməsini çap edən proqram yazın.

  42. While dövr operatorundan istifadə etməklə ekranda sonsuz olaraq "linux" kəlməsini çap edən proqram yazın.

  43. İstifadəçinin daxil etdiyi ədədin kvadratını ekranda çap edən proqram tərtib edin.

  44. İstifadəçinin daxil etdiyi 2 ədədin fərqini çap edən proqram tərtib edin.

  45. 'A', 'c', 'F' simvollarının ədəd qarşılığını ekranda çap edən proqram tərtib edin.




  1. 77, 81, 116 ədədlərinin ASCİİ simvol qarşılığını ekranda çap edən proqram tərtib edin.

  2. İstifadəçinin daxil etdiyi 3 ədədin cəmini hesablayan proqram tərtib edin.

  3. İstifadəçinin daxil etdiyi 3 ədədin hasilini hesablayan proqram tərtib edin.

  4. Yeni sətir simvolundan istifadə etməklə ekranda alt-alta "Fizika" "Riyaziyyat" "İnformatika" sətirlərini çap edən proqram tərtib edin.

  5. Yeni sətir simvolundan istifadə etməklə ekranda alt-alta "Fizika" "Riyaziyyat" "İnformatika" "Xaricidil" sətirl rini çap edən proqram tərtib edin.

  6. Ekranda ardıcıl 5 ulduz "*****" çap edən proqram tərtib edin.

  7. Ekranda alt-alta 2 sətir 5 ulduz çap edən proqram tərtib edin.

  8. Ekranda 5 ulduzlu kvadrat çap edən proqram tərtib edin.

  9. Ekranda 5 ulduzlu içiboş kvadrat çap edən proqram tərtib edin.

  10. Daxil edilmiş ikirəqəmli x ədədinin onluq və təklik mərtəbə vahidlərini ayrılıqda göstərən proqram tərtib edin.

  11. Daxil edilən ədədi sadə vuruqlarına ayıran proqram yazın.

  12. Oturacağının radiusu r, hündürlüyü h olan slindirin və konusun həcmlərini hesablayın.

  13. Mənfi olmayan tam n ədədinin rəqəmlərinin sayını hesablayın. N (0 ≤ n ≤ 2 ∙109)

  14. Çevrənin uzunluğu məlumdur. Bu çevrə ilə məhdudlaşmış dairənin sahəsini tapın.

  15. Kvadratın sahəsini və perimetrini hesablayın.

  16. 1900 – cu ildən 2020 – ci ilədək olan uzun illərin sayını tapın.

  17. Daxil edilən iki a və b (ədədlər 25- dən kiçikdir) ədələrinin ƏKOB – unu tapın.

  18. 1 ilə 1000 aralığında yerləşən və bir birinin güzgü əksi olan (13-31 kimi) sadə ədələri tapan proqram yazın.

  19. 1 – dən N - ə qədər olan ədədləri və onların cəmini test.txt faylına ixrac edin.

  20. Sözü tərs oxuyan proqram tərtib edin.

  21. Daxil edilmiş 10 – luq ədədin 2 – lik qarşılığını tapan proqram tərtib edin.

Fənn müəllimi : baş m. Qasımov H.Ə.

Kafedra müdiri: dos. Əliyev M.E.
Yüklə 17,87 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin