Neriman Qurban indd


XI FƏSİL AH, BU AYRILIQLAR...  Yusif Vəzir



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə35/175
tarix02.01.2022
ölçüsü2,37 Mb.
#2192
1   ...   31   32   33   34   35   36   37   38   ...   175
XI FƏSİL

AH, BU AYRILIQLAR...

 Yusif Vəzir

 İstanbul, Paris 

 Oktyabr 1921-ci – mart 1923-cü il

  ...İndi  tənhalığını  həm  cismən,  həm  də  mənən  hiss 

eləyirdi...

 Ətrafı boşalmışdı: Cahangir bəylə Mirzə Qədir Vətənə qa-

yıtdılar,  Zeynal  bəy  Anadoluya  yollandı,  Xəlil  bəy 

Xasməmmədov Parisə getdi, Behbud bəy Cavanşir qətlə yeti-

rildi,  Şəfi  bəysə  mübarizə  qayğılarıyla  yaşayır.  Bəhram  bəy 

Əli bəy Hüseynzadə və İstanbulda qalmış dörd tələbəylə gö-

rüşüb nümayəndələrlə birgə Avropaya yola düşəndən sonra 

lap kimsəsizlədi.

  Görəsən,  Vətənə  qayıdanların  başına  nə  gəldi?  Mirzə 

Qədir  hamıyla  dil  tapmağı  bacarırdı,  geniş  əlaqələri  vardı, 

amma Cahangir bəydən nigaran idi, indi salamatdısa, buna 

ancaq şükür eləmək olar...

 Görəsən, Zeynal bəy haralardadı, gedib çatıbsa, yəqin ya 

ermənilərə, ya yunanlara qarşı döyüşlərdədi...




168

  “Əziz  yoldaşı,  böyük  mürşidi  Məmməd  Əmin  Rəsulzadəyə” 

həsr  elədiyi  “Tarixi,  coğrafi  və  iqtisadi  Azərbaycan”  kitabı  da 

çapdan  çıxdı.  Ceyhun  bəy  məktubunda  “Azərbaycan 

ədəbiyyatına  bir  nəzər”  əsərini  Lüsyen  Büvye  adlı  bir 

şərqşünasın fransızcaya çevirdiyini, yaxın vaxtlarda “Revyü 

dü  müzülman”  jurnalında  çap  ediləcəyini  yazmışdı;  kitab 

barədə Fuad Köprülünün “İqdam” qəzetində, Əbdülhəq Şi-

nasinin “İrəli” qəzetində təqdir dolu yazıları çap olunmuşdu; 

professor  Fridrix  fon  Kraelitz  “Osmanlı  tarixi  barədə”  məc-

muəsinin ilk saylarında tədqiqatını səxavətlə dəyərlən dirmiş, 

müəllifin gələcəyinə ümidlərini ifadə eləmişdi. 

  Amma  bütün  bunlar  da  gözlədiyi  sevinci  gətirmədi. 

Məmləkətini bu ölkədə tanıtmaq istəmişdi, indi o ölkədə qır-

mızı  istila  hökm  sürürdü,  millətçilərin  qırılanı  qırılmış,  sağ 

qalanları  həbsxanalara  doldurulmuşdu.  Vəd  verilən 

müstəqilliyin saxta olduğu elə ilk aylardaca aşkara çıxmışdı, 

heç bir il keçmədi ki, işğalı rəsmiləşdirdilər – Şuralar İttifaqı 

yarandı – bu da bolşevik imperiyasının pərdələnmiş gözalda-

dan formasıydı.

 Behbud xanın qatilinin məhkəməsini də izləyirdi. Torlak-

yanın müdafiəçiləri iddia eləyirdilər ki, guya 1918-ci ilin sent-

yabrında  birləşmiş  Azərbaycan-türk  hərbi  qüvvələri  Bakını 

bolşevik-erməni  dəstələrindən  təmizləyəndə  şəhərdəki  bü-

tün erməniləri qətlə yetiriblər, o vaxt daxili işlər naziri olan 

Behbud xan Cavanşir də nəinki soyqırımına imkan yaradıb, 

hətta baş nazir Fətəli xan Xoyskiylə birgə imzaladığı əmrdə 

“erməniləri  qanundanxaric”  elan  eləyib,  bununla  da  qırğını 

qanuniləşdirib. O vaxt Bakıda olan “Daşnaksütyun” partiya-

sının  üzvü  Misak  Torlakyan,  guya  millətinin  düşdüyü 

dəhşətli  vəziyyətdən  sarsılıb,  üç  il  keçəndən  sonra  “erməni 



soyqırımının  təşkilatçısı”  Behbud  xan  Cavanşiri  İstanbulda 

görəndə həmin dəhşətləri xatırlayıb, onu öldürməkdən özü-

nü saxlaya bilməyib. 

 O yanvar günlərində rastlaşdığı, Torlakyanın məhkə mə-

sində ingilis dilindən tərcüməçi olan Sürəyya Ağaoğlu deyir-



169

di  ki,  qatilin  otuz  bir  şahidi  var,  onu  qurtarmaq  üçün 

əllərindən gələni eləyirlər, qurbanınsa qohumlarından başqa 

şahidi yoxdu, təkcə Bəhram bəylə gələn Səməndər Axundzadə 

könüllü şahidlik elədi, qatilin tərəfdarlarının iddialarını puça 

çıxardı. Amma bir çox qüvvələr qatilin tərəfindədi:

 “Cılız zəif adam olan qatil tir-tir titrəyirdi. Prokuror onun 

üçün ölüm cəzası istədi. Tələb bizi də heyrətləndirdi. Bu gənc 

zabitdən  belə  cəsarəti  gözləmirdik.  Lakin  həmin  prokuror 

iyirmi  dörd  saatın  ərzində  məmləkətdən  uzaqlaşmağa 

məcbur  edildi.  Əvəzinə  gələn  yeni  prokurorsa  müttəhimə 

bəraət  tələb  elədi.  Təbii  ki,  qatilə  bəraət  verildi,  elə  həmin 

gecə də yerli ermənilər tərəfindən vəkililə birgə Amerikaya 

qaçırıldı”.

 ...Bütün bu ağrıların içində hərdən sevindirici xəbərlər də 

alırdı. Sultanın müttəfiqlərin başını qatmaq, Anadoluda baş 

verənlərdən  diqqətlərini  yayındırmaq  səyi  nəticə  verirdi. 

Millətçilərin  işğala  qarşı  döyüşməkdə  qətiyyətli  olduqlarını 

görən  müttəfiqlər  Sultan  əleyhinə  təbliğata  rəvac  verib  onu 

xalqın gözündən salmağa çalışsalar da, məcbur qalıb öz ney-

trallıqlarını elan elədilər, bu da yunanların darmadağın edilib 

məmləkətdən qovulmasını sürətləndirdi. Belə görünürdü ki, 

Cümhuriyyət elanı qaçılmazdı, elə Sultan da bununla barışıb. 

Həmin məqamda Sultanın sığındığı Yıldız Sarayında yanğın 

olmuşdu. Qamət Əfəndinin danışdığına görə, Sultan sakitcə 

yanğına tamaşa eləyirmiş; onun bu halına təəccüblənən kəsə 

kədərlə deyib: “Məmləkətim yanır, övladım, bir saray yanmaqla 


Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin