Neriman Qurban indd



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə57/175
tarix02.01.2022
ölçüsü2,37 Mb.
#2192
1   ...   53   54   55   56   57   58   59   60   ...   175
dan yapış, onlar gec-tez vəziyyətdən çıxış yolu tapacaqlar. Fikrincə, 

uzaqdan-uzağa tanıdığı Merinq elə həmin müdrik və ehtiyat-

lı adamlardan biriydi.

 Zaderman onun qəzəbinin səbəbini dərhal başa düş dü, 

günahkar-günahkar  gülümsəyib  vəziyyətdən  çıxmağa  ça-

lışdı:


 “Bir az səbrini bas görək. Haqlısan, sizi tanış eləmək ta-

mam yadımdan çıxıb. Bəlkə, ona görə ki, Valteri mənimlə... 

Yevgeniya Flatt tanış eləmişdi. Məncə, o vaxt onların arasında 

nəsə baş verirdi...”

 Leo bir anlığa duruxdu: hə, nə olar, bunu əsaslı səbəb kimi 

qəbul  eləmək  mümkündü,  amma  dostu  onun  ədəbi  aləmə 




273

necə can atdığını bilir, ən azı, Yevgeniya o gonbula qoşulub 

gedəndən sonra bu addımı ata bilərdi.

 “İstirahət günü də bunu unutsan, özündən küs, – Leo yarı-

zarafat-yarıciddi onu hədələdi. – Bilirsən ki, neçə illərdi, belə 

bir fürsət gözləyirəm”.

 İstirahət gününəcən iki gecə, iki gündüz vardı, Leo acıba-

ğırsaq kimi uzanan vaxtı necə başa vuracağını kəsdirməkdə 

aciz  qalıb,  qışın  son  günlərinin  yarıilıq  havasında  dəli  kimi 

şəhərdə vurnuxur, hara gedəcəyini bilmirdi. Ona azacıq im-

kan lazımdı ki, özünü göstərsin, nəyə qadir olduğunu sübut 

eləsin; məşhur həftəlikdə bircə yazısı belə, Leo Əsəd bəyi bü-

tün Almaniyaya tanıdacaq. Əlbəttə, “Di literarişe velt”i oxu-

yur,  Bertold  Brextin  burjua  teatrı,  Valter  Benyaminin  yeni 

filmlər, Alfred Dyeblinin urbanizasiyayla bağlı məqalələrini 

bəyənir. Bu imzalarla yanaşı Əsəd bəy imzasının görünməsisə 

lap nağıla oxşayır, amma Leo nağılları gerçəyə çevirmək iqti-

darındadı.

  İstirahət  günü  Zadermanı  o  qədər  tələsdirdi  ki,  kafeyə 

vaxtından xeyli qabaq getməli oldular. Leo ədəbi aləmin bu 

tüstülü,  hay-küylü,  az  qala,  yarıqaranlıq  məkanda  mövcud 

olduğunu  qəbul  eləməyə  çalışırdı.  Ola  bilsin,  qadınlı-kişili 

masaların  arxasında  oturub  siqaret,  qəlyan  çəkən,  ucadan 

söhbət – söhbət də yox, mübahisə – eləyən, pivə, araq, şərab, 

qəhvə içən adamların bir çoxunun hələlik imzasını tanıyırdı, 

amma tezliklə şəxsi tanışlıqları da baş tutacaq: Əsəd bəy – Şərq 



məsələləri  üzrə  mütəxəssis  onlarla  üzbəüz  əyləşib  həmsöh-

bətlərini ağlagəlməz əhvalatları dinləməyə vadar eləyəcək.

 Valter Merinq vaxtında gəldi, masaya yaxınlaşanacansa bir 

neçə dəstəni dolaşıb dost-tanışlarıyla görüşməli oldu. Axır ki, 

onu  gözləyənlərlə  əl  tutub  oturandan  sonra  vaxtdan 

şikayətləndi:

 “Elə hey qaçmalı oluram. Villinin əlindən yaxa qurtarmaq 

çətin  məsələdi.  –  Sonra  üzünü  Zadermana  tutdu.  –  Səhv 

eləmirəmsə, dedin ki, bu cavan dostumuz... Adı necə oldu? 

Hə, Əsəd bəy Şərq məsələləri üzrə mütəxəssisdi...”




274

 Leo əvvəlcədən Zadermanı bərkitmişdi: bax, Leo Nussim-

baumu-filanı  unutsun,  o  Əsəd  bəydi,  Bakıda  doğulub,  neft 

milyonçusunun  oğludu,  xeyli  yerlər  gəzib,  seminariyada 

Şərq dillərini və tarixini öyrənib, üstəlik, müsəlmandı. Zader-

man  bütün  bunları  tutuquşu  kimi  Merinqə  təkrarlayanda 

qəddini  dik  tutub  vüqarla  oturmuşdu,  diqqətlə  onun 

sifətindəki  ifadəni  izləyirdi.  Müşahidəsindən  belə  nəticəyə 

gəlirdi ki, Merinq əməlli-başlı maraqlanıb, hər halda, axırı pis 

olmayacaq.

 “Belə de, – nəhayət, Valter razılıqla başını tərpətdi, – iyirmi 

yaşında kifayət qədər zəngin bioqrafiyan varmış. Səni Villiyə 

təqdim eləyə bilərəm”.

 Başa düşdü ki, həftəliyin redaktoru Villi Haasdan söhbət 

gedir, az qaldı, sevindiyindən bayılsın.

 “Nə vaxtdı, Şərq mövzularında yazmaq üçün adam axta-

rır. Leopold Veyslə danışdı, amma o səyahətdən macal tap-

mır,  eşitdiyimə  görə,  indi  Əfqanıstandadı. Az  da  olsa,  yazı 

təcrübən varmı?”

 “İndiyəcən çap olunmasa da, yazılarım var, – Leo hər şeyi 

demək üçün həddən artıq tələsirdi. – Nabokovun ədəbi qru-

puna gedirəm”.

 “Elə günü sabah gələrsən, Villiyə təqdim eləyərəm”, – Me-

rinq bayaq ofisiantın gətirdiyi fincanı götürüb üzünü Zader-

mana tutdu. – Hə, dost, sən nəylə məşğulsan?”

 “Hələ ki, hüququ öyrənməklə, – Zaderman gülümsədi, – 

sonrasını bilmirəm...”

***


 ...Villi Haas – bu səmimi, qətiyyətli adam elə ilk baxışdan 

Leonun  könlünə  yatdı.  Merinq  Zadermanın  söylədiklərini, 

Əsəd bəyin əlavə elədiklərini ona danışdı, iyirmi yaşında ha-

zır  “Şərq  məsələləri  üzrə  mütəxəssis”in  həftəliyə  öz  ayağıyla 

gəlib çıxmasını Allahın lütfü saydı.

 “Villi, məncə, Əsəd bəy Leopold Veysdən daha cəlbedici 

fiqur ola bilər”.



275

 Villi Haası Əsəd bəyin gəncliyi, qeyri-adi adı, zəngin bioq-

rafiyası  razı  salırdı,  bütün  bunların  müqabilində  Şərqə 

bələdliyi də olsa, deməli, doğrudan da, Allahın lütfüdü. 

 “Yaxşı, onda ilk yazısını yazsın, məsələn, elə doğulduğu 

Azərbaycanda, hər hansı digər Şərq ölkəsində, tutaq ki, Ma-

layziyada nəşr olunan qəzetlərdən tənqidi xülasə hazırlasın, 

Şərqə bələdliyini əyani sübut eləsin, sonrasına baxarıq”.

 Leo Əsəd bəy saman çöpündən yapışan kimi, Villi Haasın 

bu təklifindən yapışdı: əlbəttə yazacaq; bir qədər məqalələrin 

özündən götürəcək, bir az öz mülahizələrini əvəz eləyəcək, 

yüngülcə yumor qatacaq – oxucu belə şeyləri sevir.

  “Əsəd  bəy,  –  redaktor  uğur  arzuladı,  –  ümidvaram  ki, 

bizimlə işləmək şansını əldən buraxmayacaqsan”.

  Vəssalam.  Deyəsən,  hər  şey  bitdi.  Villi  Haas  heç  ondan 

təhsili  olub-olmadığını  da  soruşmadı.  Yəqin,  seminariyada 

oxuması kifayət eləyirdi...

 “Hə, dostum, – Merinq də əlini onun kürəyinə vurdu, – 

indi  sübut  elə  ki,  doğrudan,  Şərq  məsələləri  üzrə  mütəxəs-

sissən”.


 “Əsəd bəy bunu sübut eləyəcək, – Leo pillələri enib bayır-

da onu gözləyən Zadermana tərəf gedə-gedə beynindən keçi-

rirdi. – Mənə bircə şans lazım idi...”

 ...Dərrakə insana ağılla yaşamaq üçün yox, həm də yalnız ağılla 




Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin