Neriman Qurban indd


XIX FƏSİL ACI İTKİ VƏ UZAQ, SƏKSƏKƏLİ ÜMİD  Yusif Vəzir



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə59/175
tarix02.01.2022
ölçüsü2,37 Mb.
#2192
1   ...   55   56   57   58   59   60   61   62   ...   175
XIX FƏSİL

ACI İTKİ VƏ UZAQ, SƏKSƏKƏLİ ÜMİD



 Yusif Vəzir

 Klişi, Paris

 İyul 1924-cü-mart 1926-cı illər

 Az qala, qırx illik ömrünün ən gözəl günləri, deyəsən, Şu-

şada keçirdiyi, bir də realnı məktəbdə oxuduğu günlər idi. 

  Düzdü,  Şuşada  cəhalətlə,  milli-dini  münaqişələrlə  qarşı-

laşmışdı, amma hər halda, dərdini dağıtmaq üçün tay-tuşları, 

Cıdır  düzü,  Topxana  meşəsi,  Ərimgəldi  qayası,  dağlar, 

dərələr,  bulaqlar  vardı;  realnı  məktəbdə  qardaş  və  ata 

itkisindən,  ana-bacı-qardaş  ayrılığından  sonra  duyduğu 

tənhalıq,  güzəran  sıxıntısı  vardı;  amma  oxuyub-öyrənmək 

istəyi, çoxlu dostları, meyil saldığı qızlar da vardı...

  Bir  də,  əlbəttə  ki,  Asiya-Bertayla  birgə  ömrünə  yazılan 

Aşqabad yayı vardı...

 Sonra Kiyevdə tələbəlik illərinin əziyyəti, tapındığı əqidə 

yolunda  çəkdiyi  əzablar,  Krımda  və  Konstantinopolda 

bəxtinə düşən məşəqqətlər vardı...

  İndi  Parisdə  o  məşəqqətlər  daha  dözülməz  olub:  əqidə 

dostlarıyla aralarında yaranmış, get-gedə böyüyən uçurum, 



280

gözləri qarşısında şam kimi əriyən qardaş, işsizliyin doğur-

duğu çıxılmaz girdab var. Ən dəhşətlisi də budur ki, ölümün 

kandarına çatmış Mir Abdullanı artıq xilas eləməyin müm-

künsüzlüyünü başa düşüb, əlacsızlıqdan gücü ancaq xəlvətdə 

hönkürməyə çatır.

 Ceyhun bəy arabir Mir Abdullanın vəziyyətilə maraqlanır, 

imkanı çatan qədər yardım göstərir. Ona dekabrın yeddisində 

məktub göndərməli olmuşdu: “Əzizim Ceyhun! Səndən xüsusi 

bir təvəqqem var: iki ay müddətinə min frank pul borc istəyirəm. Bu 

yaxınlarda Türkiyəyə getmək niyyətindəyəm, borcunu ödəyəcəyəm. 

Min frank pul mənə son dərəcə lazımdır. Mirini sanatoriyaya qoya-

na qədər lazımdır. Səni bir o qədər də daşqəlbli hesab etmirəm. Baqi 

ərzi-salam. Yusif”.

 Amma Ceyhunun da qayğıları az deyil, üstəlik, “Femina” 

teatrında  “Arşın  mal  alan”nın  premyerası  iyunun  dördünə 

təyin olunub; xərcləri artıb, tez-tez teatra getməli, hər şeylə 

maraqlanmalıdı.  Həm  də  vaxt  tapıb  Mir  Abdullanın 

vəziyyətini aydınlaşdırmalıdı ki, doğrudan da, sanatoriyaya 

göndərilməli olduğuna əminlik hasil eləsin.

  Mir Abdullanın  tələbə  dostları,  bankdakı  tanışları  gəlib-

gedirlər, onların əlindən də xırda-para yardımdan və təskin-

likdən başqa heç nə gəlmir.

  Bir  həftə  sonra,  dekabrın  on  üçündə  Ceyhun  bəyə  son 

ümidlə yenə məktub göndərdi: “Miri bir ay əvvəl pul böhranı 



çəkdi.  Bir  çox  yerlərə  müraciət  etdim.  Bir  ərəb  tələbəsi  üç  ay 

müddətinə mənə beş yüz frank pul verdi. Bu günlərə qədər Mirini 

həmin pulla idarə etdim. Son həftə onun başına bir apendisit bəlası 

da gəldi. O yeməkdən kəsilmiş, zəifləməyə başlamışdır. Əməliyyat 

üçün min beş yüz frank lazımdır. Dünən işə getmədim, Parisdə bəzi 

yerlərə  müraciət  etdim.  Heyif  ki,  bir  nəticə  çıxmadı.  Bu  axşam 

Miridən yenə məktub aldım – sancıdan şikayət eləyir və əməliyyatın 

olması üçün çarə qılmamı istəyir. Doğrusu, əlacsızlıqdan yolumu 

və fikrimi belə çaşdırıram. Bilmirəm nə edim. O ki qaldı sanatoriya 

məsələsinə,  türk  cəmiyyətinin  səhiyyə  nazirinə  müraciətini  bəlkə 


281

eşitmisən.  Nazir  Po  şəhərinə  təlimat  göndərmişsə  də,  əməlli  bir 


Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin