NƏSİHƏTLƏR (on dörd mə`sumun (Ə) buyurduqlari və Mİn bir hiKMƏTLİ SÖZ)



Yüklə 2,52 Mb.
səhifə4/47
tarix04.01.2017
ölçüsü2,52 Mb.
#4499
1   2   3   4   5   6   7   8   9   ...   47

İkinci fəsil

Həzrət Rəsuli-Əkrəmin (s) digər tərzdə olan ürəkoxşayan sözləri


Bilin ki, ən iti görən göz odur ki, xeyir yolunda açılsın. Bilin ki, ən iti eşidən qulaq odur ki, qəlbi (qəflətdən) oyadan söz eşitsin. Bilin ki, batil yolda mal sərf etmək israf və bədbəxtçilikdir. Bilin ki, qənaət və şəhvətə hakim olmaq ən böyük şərəf və təqvadır.
◘Bilin ki, dünya evində mö`minlik və zahidlikdən başqa yolla onun zərərlərindən salamat qalmaq olmaz və onun yemi olanlar, ondan nicat tapmaz. Bilin ki, sizin qiymətiniz, dəyəriniz behiştdən başqa bir şeyə dəyməz, məbada özünüzü ondan başqa bir şeyə satasınız. Bilin ki, təqva gözəl yerişli bir atdır, pərhizkarlar ona minib cilovunu əllərinə alıblar və o da onları behiştə tərəf aparır. Bilin ki, günah ram olmayan tərs ata bənzəyir; günahkarlar onun tərkinə minmişlər. Əgər yüyəni əllərindən çıxarsalar onları cəhənnəmin uçurumuna atar. Bilin ki, bu gün hazırlıq günü, sabah isə müsabiqədir. Müsabiqə behişt uğrundadır, məğlub olanların aqibəti isə cəhənnəmdir. Bilin ki, yoxsulluq bəladır, yoxsulluqdan da pis bədənin ağrılarıdır, ondan da pisi qəlbin (ruhun) xəstəliyidir.

◘Bilin ki, bol sərvət Allahın ne`mətlərindəndir. Mal-dövlətdən də yaxşı bədənin sağlamlığıdır. Sağlamlıqdan da yaxşı qəlbin təqvasıdır. Bilin ki, hər kəs düşünmədən bir işə başlasa gərək gözlənilməz hadisələrin intizarında olsun. Bilin ki, dərrakəli insan hər işə dəqiq, məqsədyönlü şəkildə və uzaqgörənliklə başlayan şəxsdir. Bilin ki, səfər (dünyadan köçmə) təbilini vurublar və yol azuqəsini də müəyyən edib tanıtdırıblar; belə isə öz canınızı qoruyun və özünüzlə yol azuqəsi götürün. Bilin ki, cihadın qiyməti behiştdir. Hər kəs özü üçün cihad etsə behiştə malik olar. Allahın ən böyük savabı o kəs üçündür ki, özünü tanısın.


◘Bilin ki, dinin hökmləri səhih və dəqiq olma baxımından birdir və onun yolları mö`tədildir. Hər kəs din yolu ilə getsə qənimət əldə edər və hər kəs üz döndərsə yolunu azıb peşman olar. Bilin ki, bilməyən kəs heç vaxt öyrənməkdən utanmasın. Çünki hər kəsin dəyəri onun mə`lumatı və elmi qədərdir. Agah olun! Dillər azad, bədənlər sağlam, bədən üzvləri ixtiyarınızda, şərait (meydan) geniş, macal çoxdur. Nə qədər ki, ölüm yetişməyib əməl sahibi olun!

Üçüncü fəsil

Rəsuli-Əkrəmin (s) başqa şəkildə olan ibrətamiz kəlamları


◘Hər kəs sükut etsə nicat tapar. (O yerdə ki, danışmaq nəticə verməz.) Hər kəs Allaha görə təvazökarlıq etsə Allah onu ucaldar. Hər kəs təkəbbür etsə Allah onu xar edər.

◘Hər kəs başqalarının xətalarından keçsə, Allah da onun günahlarından keçər. Hər kəs başqalarını bağışlasa, Allah da onu əfv edər. Hər kəs müsibətə səbr etsə Allah onu (müsibəti) əvəz edər. Hər kəs öz qəzəbini udsa, Allah ona əcr verər. Hər kəs dolanışığında əndazə saxlasa Allah onun ruzisini verər. Hər kəs bədxərclik etsə Allah onun ruzisini kəsər. Hər kəs hökmdarların qapısına yaxınlaşsa əziyyət görər. Hər kəs öz malının müdafiəsi zamanı öldürülsə şəhid hökmündədir. (Bir şərtlə ki, özünü dünya malından ötrü bilərəkdən ölümə atmasın.)


◘Hər kəs öz ailəsini müdafiə edən zaman ölsə şəhid hesab olunar. Hər kəs öz dinini müdafiə edən zaman öldürülsə şəhid hökmündədir. Allah hər kəsi istəsə ona xeyir verər və ona dini bilik inayət edər. Hər kəs behiştin arzusundadırsa gərək xeyirli işlərə tələssin. Hər kəs atəşdən qorxur gərək şəhvətlərdən özünü qorusun.
Hər kəs ölüm intizarındadırsa gərək ləzzətlərə göz yumsun. Hər kəs dünyaya rəğbətsiz olsa müsibətlər ona asan gələr. Hər kəs öz əlaltılarının qollarının gücü hesabına izzət ələ gətirmək istəsə Allah onu zəlil edər. Hər kəs qarşı saxtakar və yalançı olsa bizdən deyil. Hər kəs bizim din işlərində özündən bid`ət (dində olmayan şeyi dinə aid etmək) icad etsə dindən çıxıb (müsəlman deyil).
◘Hər kəs aramla iş görsə öz məqsədinə yetişər və ya ona yaxınlaşar, amma hər kəs tələsik iş görsə ya xəta edər, ya da xətaya yaxınlaşar. Hər kəs xeyir əksə rəğbət və xoşluq biçər, hər kəs şər əksə peşmançılıq biçər. Hər kəs bilsə ki, Allah əvəz verir, səxavətlə bəxşiş verər. Hər kəs istəyir ən hörmətli şəxs olsun Allahdan qorxsun. Hər kəs istəyir ən ehtiyacsız şəxs olsun gərək öz əlində olandan daha çox Allahın əlində olana ümidvar olsun.
◘Hər kəs günah etməyə çalışsa, sonra məqsədindən dönsə onun üçün savab yazılar. Hər kəsə ki, Allah xeyir verib gərək həmin xeyrin əlaməti onda görsənsin. Hər kəsin danışığı çox olsa xətası da çox olar, hər kəsin xətası çox olsa günahı da çox olar, hər kəsin günahı çox olsa onun üçün atəş yaxşıdır. Hər kəs ruzi yolu tapsa əlindən buraxmasın, hər kəs ne`mət tapsa şükr etsin.
◘Hər kəs azdan ötrü şükr etməsə çoxdan ötrü də şükr etməz. Hər kəs müsibət üz verən adama təskinlik versə onun qədər savab əldə edər. Hər kəs mənim ümmətimlə xoş davransa Allah da onunla xoş davranar. Hər kəs xəstəyə baş çəksə behiştlik iş görüb. Hər kəs zalımla yol getsə günahkardır. (Bir şərtlə ki, ona zülm etməkdə kömək etsin və ya onun əlaltılarından hesab olunsun.)
◘Hər kəs müəyyən bir dəstəyə oxşasa onlardandır. (Yə`ni, öz əqidə və rəftarında hər hansı bir millətə oxşayan şəxs cəza və mükafatda da onlarladır.) Hər kəs elm tələbində olsa Allah onun ruzisinə zamindir. Hər kəsin elmi ona fayda verməsə, cəhaləti ona ziyan verər. Əməli onu geri aparan şəxsi nəsli irəli apara bilməz. Hər kəs qazi (qəzavət edən, mühakimə edən) olsa, başı bıçaqsız kəsilib.
◘Hər kəs öz malını əlində daşısa təkəbbürdən uzaqdır. Hər kəs şəfaəti inkar etsə ondan binəsib olar. Hər kəs yaxşı işdən xoşhal, pis işdən narahat olur mö`mindir. Hər kəs Allahdan qorxursa (cavanlıq və qüdrətli vaxtında) Ona itaət etməyə çalışsın və hər kəs çalışsa mənzilə yetişər. Hər kəs axirət izzət və şərəfini istəyir gərək dünya zinətlərindən əl çəksin.
◘Hər kəs gecə çox namaz qılsa, gündüz üzü nurani olar. Hər kəs dünyanı sevsə öz axirətinə ziyan vurur və hər kəs qəlbini axirətə bağlasa dünyaya zərər vurar. Hər kəs Allahın qüdrətini yüngül tutsa Allah onu xar edər və hər kəs Allahın qüdrətinə ehtiram etsə Allah onu əziz tutar. Hər kəs hansı işi sevsə - xeyir və ya şər - onu yerinə yetirən kimidir. Hər kəs Allahın adı ilə sizi sığınsa ona sığınacaq verin və hər kəs sizə Allaha and versə və nəsə istəsə, istədiyini ona verin.
◘Hər kəs sizi bir yerə də`vət etsə, də`vətini qəbul edin. Hər kəs sizə bir yaxşılıq etsə siz də onun əvəzini qaytarın. Əgər bacarmasınız həmin yaxşılıq ona çatana qədər onun üçün dua edin. Sizdən hər biriniz çox istədiyiniz (tamahınız çəkdiyiniz) bir şeyin ardınca gedəndə aramla gedin. Allah hər kəsə altmış il ömür versə (ömür cəhətdən) onun üçün heç bir üzr qoymayıb. Hər kəs gecəni səhər etsə və bir kəsə zülm etmək fikrində olmasa Allah onun günahlarını bağışlayar.
◘Hər kəs həya pərdələrini yırtsa, qeybəti yoxdur. (Onun barəsində edilən qeybət qeybət deyil.) Hər kəs öz pis əməlinə görə narahat olarsa istiğfar etməsə də Allah onu bağışlayar. Hər kəs Allahla görüşməyi sevirsə, Allah da onunla görüşməyi sevir, hər kəs ki, Allahla görüşməyi sevmir, Allah da onunla görüşməyi sevmir. Ondan elmi sual soruşularkən cavab verməyən alimin ağzına atəşdən yüyən vurular. Hər kəsin üzünə bir xeyir qapısı açılsa onu qənimət bilsin, hətta nə vaxt bağlanacağını bilməsə də.
◘Hər kəs öz qəzəbini işlədə bilsə və (Allaha xatir) onu sakitləşdirsə Allah onun qəlbini iman və əmniyyətlə doldurar. Hər kəs imanın ləzzətini dadmaq istəyirsə gərək saleh insanları sırf Allaha görə sevsin. Hər kəs qeyri-şər`i yolla pul ələ gətirsə onu çətin və xoşagəlməz işlərə xərcləməli olar. Hər kəs yoldaşlıq və mehribanlıqdan öz payını götürsə, dünya və axirətdən öz payını aparıb. Hər kəs Allaha olan məhəbbəti insanlara olan sevgidən üstün tutsa (Allahın məhəbbətini üstün tutsa) Allah onu camaatın şərindən qoruyar.
◘Hər kəs özünə behiştin ortasında məskən seçmək istəyirsə gərək xalqdan (yə`ni, müsəlmanların dini e’tiqad və göstərişlərindən ayrılmasın. Hər kəs peşman olduğu bey`əti pozsa, qiyamət günü Allah onun xatalarından keçər. Hər kəs ana və övladı arasında ayrılıq salsa, qiyamət günü Allah onunla dostları arasında ayrılıq salar. Hər kəs yoxsula əl tutsa Allah onun dünya və axirət işlərini asanlaşdırar. Hər kəs ona borclu olub borcunu qaytarmağa imkanı olmayan şəxsə möhlət versə və ya borcun müəyyən hissəsini ona bağışlasa qiyamət günündə (ilahi kölgədən olmayan bir zamanda başqa kölgə) Allah ona ərşin kölgəsində yer verər.
◘Hər kəs dünyada ikidilli olsa Allah onun üçün oddan iki dil qərar verər. Hər kəs icazəsiz başqasının yazısına baxarsa, elə bil atəşə baxır. Hər kəs əmr be mə`ruf etsə bu işi Allah bəyənən şəkildə (gözəl şəkildə) etsin. Hər kəs qırx gün özünü (əməllərini) Allahdan ötrü xalis etsə, hikmət çeşmələri qəlbindən dilinə axar. Allaha və axirət dünyasına imanı olan hər kəs gərək qonşusuna hörmət edib onunla xoş keçinsin.
◘Hər kəsin Allaha və qiyamət gününə imanı var xeyir söz danışsın ya da sakit otursun. Hər kəs bir kafiri müsəlman etsə behişt ona vacib olar. Hər kəs bir müsəlmana gizlincə kömək etsə Allah dünya və axirətdə ona kömək edər. Hər kəs mö`min qardaşının qəlbindən bir dünya qüssəsini aparsa, Allah onun qəlbindən bir axirət qüssəsini aparar. Hər kəs mö`min qardaşının ehtiyacını aradan aparsa, Allah da onun ehtiyacını aradan aparar.
◘Hər kəs mö`min qardaşının eybini örtsə Allah dünya və axirətdə onun eyblərini örtər və nə qədər ki, bəndə mö`min qardaşına kömək edir Allah da onun köməyi olar. Hər kəs hətta toyuq-cücə hini boyda da olsa bir məscid tiksə Allah onun üçün behiştdə bir ev qərar verər. Hər kəs elm arxasınca getsə və tapsa iki savabı var və hər kəs elm arxasında getsə lakin tapmasa bir savabı var. Hər kəs elmi şöhrət qazanmaqdan ötrü bir vasitə qərar versə və camaatın qulağını öz elminin avazı ilə doldursa qiyamət günü Allah camaatın qulağını onun rüsvayçılıqları və biabırçılıqları ilə doldurar və onu həqir və dəyərsiz edər. Hər kəs axirət əməllərini dünya qazanmaqdan ötrü vasitə qərar versə axirətdə heç bir payı yoxdur.
◘Hər kəsə yaxşılıq etsələr əvəzini qaytarsın, əgər qaytara bilməsə təşəkkür etsin. Çünki təşəkkür həmən yaxşılığın əvəzidir. Hər kəsə bir yaxşılıq etsələr və təşəkkür etməkdən başqa əvəzini qaytarmağa imkanı olmasa gərək təşəkkür etsin və əgər etməsə naşükürlük etmiş olur. Hər kəs dünyada Əbdül-Müttəlibin 1 nəslinə yaxşılıq etsə və onun yaxşılığının əvəzini qaytarmasalar mən qiyamət günü onun əvəzini verərəm. Hər kəs bir övrət (insanın eyib yeri) görüb onu örtsə, elə bil, qəbirdəki insan can verib onu qəbirdən çıxardıb. Hər kəs ümidini Allahdan başqa hər kəsdən üzsə Allah onun bütün ehtiyaclarını ödəyər və güman etmədiyi yerdən ruzisini yetirər və hər kəs ümidini dünyaya bağlasa Allah onu dünyada öz başına buraxar.
◘Hər kəs camaatın ondan xoşu gəlsin deyə Allaha günah etsə, elə gözünü dikdiyi camaat onu məzəmmət edər. Hər kəs Allahın razılığını qazanmaqdan ötrü camaatın acığına gələn iş görsə Allah özü ondan razı qalar və camaatı da ondan razı salar və hər kəs camaatın xoşuna gəlməkdən ötrü Allahın razılığına qarşı zidd bir iş görsə Allahın ona acığı tutar və camaatı da ondan narazı edər. Hər kəs dünyada etdiyi pis əməlinin cəzasını elə dünyada çəksə, Allah öz bəndəsini iki dəfə cəzalandıracaqdan daha ədalətlidir. Hər kəsin ki, Allah günahını dünyada bağışladı və onu rüsvay etmədi (axirətdə də bağışlananlar cərgəsindədir.) Allah öz əfvindən dönməkədn daha kərimdir. Hər kəsin onu xəlvətdə günahdan çəkindirəcək təqvası olmasa elmindən ibadət yolunda zərrə qədər də işlətməyib.
◘Hər kəs öz namazlarını camaat arasında gözəl, xəlvətdə isə pis qılsa Allaha xəyanət edib. Hər kəsin namazları onu pis əməllərindən çəkindirmirsə Allahdan uzaq düşməkdən başqa bir şey əldə etməyib. Hər kəs məqsədinə günah vasitəsi ilə çatmaq istəsə xeyri az, zərəri isə daha çox olar. Hər kəs saleh qəlbə malik olsa Allah onun qəlbindən çöhrəsinə məhbubiyyət gətirər ki, onunla tanınıb məşhurlaşar. Hər kəs bir işdən ötrü and içə sonra ondan daha yaxşı bir iş irəli gəlsə gərək kəffarə versin və daha yaxşı olan işi yerinə yetirsin.
◘Hər kəsin bir qız uşağı olsa və ona yaxşılıq etsə həmin qız onunla atəş arasında sipərə çevrilər. Hər kəs də`vət olunmadan süfrə başında otursa oğurluğa gedib ev qarət edən şəxs kimidir. Hər kəs müsəlman qardaşına xeyir yetirsə və ya onun çətinliyini aradan aparsa (Allah qədəmlər titrəyən gündə ona sirat körpüsündən keçməyə kömək edər. Hər kim ki, qonaq gedir, ev sahibinin icazəsi olmadan müstəhəb oruc tutmasın. Hər kəs (dində olan) bid`ətlərin qarşısını alsa Allah onun qəlbini iman və əmniyyətlə doldurar.
◘Hər kəs bid`ətlərə arxa çevirsə Allah böyük vəhşət günündə onu amanda saxlayar. Hər kəs sağlam bədənə, xatircəmlik və əmniyyətə və bir günlük ruziyə malik olsa elə bil ki, bütün dünyaya malikdir. Hər kəs müsəlmanlardan birinin işi üçün qabağa düşsə (o işə rəhbərlik etsə) Allah da onun üçün xeyir istəyər və ondan ötrü saleh bir müavin tə`yin edər ki, Allahı yaddan çıxardıqda onun yadına salsın, yadında olanda ona kömək etsin. Hər kəs camaata əziyyət verməsə, yalan deməsə və və`dəsinə xilaf çıxmasa alicənablığı kamil, ədaləti aşkar, onunla qardaşlıq vacib, qeybəti haram olan kimsələrdəndir. Hər kəs dilini və övrətini (zinadan) qorusa behiştə daxil olar. Hər kəs bilərəkdən mənə yalan nisbət versə yeri cəhənnəmdir.

Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin