NƏSİHƏTLƏR (on dörd mə`sumun (Ə) buyurduqlari və Mİn bir hiKMƏTLİ SÖZ)


Əmr be mə`ruf və nəhy əz münkər barəsində olan ayə və hədislər



Yüklə 2,52 Mb.
səhifə2/47
tarix04.01.2017
ölçüsü2,52 Mb.
#4499
1   2   3   4   5   6   7   8   9   ...   47

Əmr be mə`ruf və nəhy əz münkər barəsində olan ayə və hədislər


◘“(Ey müsəlmanlar!) İçərinizdə (insanları) yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir dəstə olsun! Bunlar (bu dəstə) həqiqətən nicat tapmış şəxslərdir.”1
◘“(Ey müsəlmanlar!) Siz insanlar üçün zahirə çıxarılmış ən yaxşı ümmətsiniz. (Onlara) yaxşı işlər görməyi əmr edir, pis əməllərdən çəkindirir və Allaha inanırsınız.”2
◘“Oğlum! Namaz qıl, (insanlara) yaxşı işlər görməyi əmr et, pis işləri qadağan elə. (Bu yolda) sənə üz verəcək müsibətlərə döz. Həqiqətən, bu (dediklərim) vacib əməllərdəndir!”3
◘“Özünüzü və ailə-uşaqlarınızı (yaxşı işlərə əmr edib pis işlərdən çəkindirməklə) elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlardır.”4
◘Əmr be mə`ruf və nəhy əz münkər Allahın yaratdığı iki gözəl şeydir; hər kəs onlarla dostluq etsə (Allah yanında) əziz, hər kəs onları tərk etsə zəlil olar.

İmam Məhəmməd Baqir (ə)


◘Onlar (əmr be mə`ruf və nəhy əz münkər) qüdrət sahibi olub, özünün, dostlarının və yaxınlarının canından qorxmayan hər bir kəsə vacibdir.

İmam Cə’fər Sadiq (ə)


◘Allah yanında insanların dünya və axirət işlərini təkmilləşdirən əmr be mə`ruf və nəhy əz münkərdir. Onlar nə insanın ömrünü qısaldır, nə də ruzini azaldır.

İmam Cə’fər Sadiq (ə)


◘Mənim ümmətim əmr be mə`ruf və nəhy əz münkər etdikləri müddətdə xeyr və səadət içində olarlar, əks təqdirdə, əmlaklarında olan bərəkət çəkilər, bə`ziləri bə`zilərinə hökmranlıq edər; belə ki, onlar yerdə və göydə özlərinə kömək edəcək heç bir kəs tapmazlar.
◘Vay olsun o millətə ki, əmr be mə`ruf və nəhy əz münkəri öz dini proqramlarının tərkib hissəsi hesab etməsinlər.

İmam Məhəmməd Baqir (ə) və İmam Cə’fər Sadiq (ə)


◘Əgər onlar (əmr be mə`ruf və nəhy əz münkər) olmasa, sizin ən şər adamlarınız sizə hökmranlıq edər və ən xeyirli adamlarınızın nifrini qəbul olmaz. Rəsuli-Əkrəm (s) buyurub: “Mənim ümmətim bu iki vəzifəni bir-birlərinin öhdəsinə atsa, ilahi əzabın gəlməsinə hazır olsun.”

İmam Rza (ə)


◘Əgər camaat o iki vəzifəni tərk etsə, Allah-təalanın çox çətin əzabı ilə üzləşəcək və Allah yaxşıları da pislərin arasında həlak edəcək. Keçmiş zamanda yaşayanların da əzab və həlakı onların günah arxasınca getməsi ucbatından idi. Alimlər və abidlər isə bunun qarşısını almırdılar.

Həzrət Əli (ə)


◘Bilin və agah olun! Mütləq sizin ağsaqqallarınız və bilikliləriniz (öyüd-nəsihət baxımından) nadan və rəyasət tələb edənlərə diqqət yetirsin, əks təqdirdə mənim nifrinim sizin hamınızı bürüyəcək!

İmam Cə’fər Sadiqin (ə) xəbərdarlığı


◘Hər kəs moizə etmək və ilahi əzabla qorxutmaq üçün zalım bir hökmdarın hüzuruna getsə, insanların və cinlərin xeyir əməlləri və gördükləri savab işlər qədər savab ona əta olunar.

İmam Məhəmməd Baqir (ə)


◘Zəif insanların haqqını onların güclülərindən alınmasında süstlük göstərən millət heç vaxt pak və eyblərdən uzaq olmaz.

İmam Cə’fər Sadiq (ə)


◘Necə olacaq o millətin halı ki, qadınları fəsad törədən, cavanları fasiq olduqları halda əmr be mə`ruf və nəhy əz münkər etmirlər?

İmam Cə’fər Sadiq (ə)


◘Allah-təala dini olmayan, yə`ni əmr be mə`ruf və nəhy əz münkər etməyən mö`mini özünə düşmən bilir.

İmam Cə’fər Sadiq (ə)


◘Heç bir iman sahibi olan gözə icazə verilmir ki, insanların günahlarını müşahidə etdiyi halda belə bir vəziyyəti dəyişdirməmiş göz qapaqlarını bir-birinin üzərinə qoysun.

Qəlbi, dili və əli insanları günahlardan çəkindirməyən kəs dirilər arasında hərəkət edən ölü kimidir.

Həzrət Əli (ə)
◘Ya əmr be mə`ruf və nəhy əz münkər edin, ya da, Pərvərdigarın əzabı hamını bürüyəcək.
◘İnsanların günahlarını müşahidə edən şəxs qüdrəti çatırsa əli ilə, əgər bacarmırsa dili ilə bunun qarşısını alsın. Əgər bunların heç birinə qüdrəti çatmırsa qəlbən buna razı olmayıb nifrət etsin. Əks təqdirdə, qəlbi devrilib alt-üst olar və bununla da haqq yerinə batili qəbul edər və ona razı olar.

◘Öz cəmiyyəti arasında pislikləri görüb bunu aradan aparmayan millətə Allahın əzabı yaxınlaşar.


◘Günahı müşahidə edib ondan xoşu gəlməyən kəs bu günahdan uzaq və xəbərsiz bir şəxs kimidir, amma o kəs ki, qəbih və pis bir iş barəsində eşidib ona razı olur, həmin günahı yerinə yetirən kəs kimidir.

İmam Cə’fər Sadiq (ə)


◘Rəsuli-Əkrəm (s) göstəriş verib ki, günah sahibləri ilə (pis işlərindən əl götürəcəkləri ümidi ilə) qəzəbli tərzdə rəftar edək.

◘Allahın dostları o kəslərdir ki, Allahın haramlarını halal hesab edən şəxsləri müşahidə etdikləri zaman yaralı pələng kimi qəzəblənsinlər.

◘Allah-təala əzab mələklərinə göstəriş verib: “Heç vaxt Allahdan ötrü öz görkəmini dəyişib qəzəblənməyən abidin əzabını artıq etsin.

◘Günahsız insanları da günahkarlarla oturub-durduqlarına və onları günahdan çəkindirmədiklərinə görə məzəmmət edib töhmətləndirəcəyəm.

İmam Cə’fər Sadiq (ə)
◘Nadanların günahı biliklilərin boynuna yüklənəcək. Ona görə ki, onlar (biliklilər) günahkarlara doğru getməklə onları bu işdən çəkindirməli, onlara tə`sir göstərəcək ağıllı sözlər deməli və qəbul etmədikləri təqdirdə onların məclislərindən uzaqlaşmalı idilər.

İmam Cə’fər Sadiq (ə)


◘Nəyə görə onlar demirlər: “Ya bizdən uzaq olun, ya da pis işlərinizdən çəkinin!”

İmam Cə’fər Sadiq (ə)


◘Allah-təala Cəbrailə göstəriş verdi: “Filan abid və zahid kişini günahkar və kafir camaatdan tez yerə batır. Çünki ona danışmaqdan ötrü qüdrət və bacarıq verdik, amma o, əmr be mə`ruf və nəhy əz münkər etmədi.

İmam Həsən Əsgəri (ə)


◘Allah-təala Bəni-İsrail peyğəmbərlərindən birinə buyurdu: “Bəni-İsrail millətinə öz məskən saldıqları şəhərlərindən bir nəfəri hakim edəcəyəm ki, qanlarını töksün, mal-dövlətlərini qarət etsin; mən onların göz yaşlarına rəhm etməyəcək, dualarını qəbul etməyəcəyəm. Bundan əlavə Beytül-Müqəddəsi xarabaya çevirib yüz il bu vəziyyətdə saxlayacaq, bu əzabı onların günahsız alimlərinə də şamil edəcəyəm. Çünki onlar (alimlər) başqalarının pis və çirkin işlərini gördülər, lakin bunun qabağını almadılar.

Təfsire Əyyaşi

◘Allah-təala Şüeyb peyğəmbərə (ə) vəhy etdi: Sənin camaatından olan yaxşı insanların altmış min nəfərinə əzab verəcəyəm. Ona görə ki, günahkarlarla həmrəy oldular və Mənə görə onlara qəzəblənmədilər.

İmam Məhəmməd Baqir (ə)



Allah-təala İslam dininin bütün ardıcıllarını öz dini və ictimai vəzifələrini müəyyən edib onlara əməl etməkdə müvəffəq etsin, onlara əbədi xoşbəxtlik və səadət inayət buyursun.

Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin