1936-cı il 5-7 avqust – Polşanın Varşava şəhərində M.Ə.Rəsulzadənin ümumi rəhbərliyi ilə “Müsavat” Partiyasının konfransı keçirilir. Bu konfransda M.Ə.Rəsulzadə milli mübarizədə partiyanın siyasəti mövzusunda məruzə edir. Konfrans “Müsavat” Partiyasının siyasi platformasını, partiyanın xarici və daxili siyasətinə dair tezisləri və bir sıra başqa qətnamələri işləyib hazırlayır.
1936-cı il 9 avqust –M.Ə.Rəsulzadə Polşanın Parisdəki diplomatı və kəşfiyyatçısı İ.Skarjinskiyə müşayiət məktubu göndərir, “Müsavat” Partiyasının Varşavada keçirilən konfransı haqqında geniş məlumat verir.
1936-cı il – Almaniyada, Berlində “Çağdaş Azərbaycan ədəbiyyatı” kitabını Türkiyə türkcəsində, Parisdə isə rusca çap etdirir. Onun Parisdə fransızca “Azərbaycan” kitabı da nəşr edilir.