News o f nakhchivan section of azerbaijan national academy of sciences



Yüklə 196,67 Kb.
Pdf görüntüsü
səhifə2/5
tarix30.12.2021
ölçüsü196,67 Kb.
#24178
1   2   3   4   5
Açar  sözlər:  Əziz  Əliyev,  Elmi-Tədqiqat  Ortopediya  və  Bərpa  Cərrahlığı,  Həkimləri 

Təkmilhşdirmə İnstitutunu.

Əziz  Əliyev  1897-ci  il  yanvar  ayının  1-də  qədim  Azərbaycan  torpağı 

olan  İrəvan  qubem iyasınm   Hamamlı  kəndində,  kənd  işləri  ilə  məşğul  olan 

Məmmədkərim Kərbəlayı  Qurbanəli oğlunun ailəsində diinyaya gəlmişdir.  Ana- 

sı  Zəhra  xanım   isə  İrəvan  quberniyasınm  m əşhur  tacirlərindən  olan  İbrahim 

bəyin qızı  olmuşdur.

O, 

ibtidai  təhsilini  rus-tatar  (azərbaycan)  məktəbində  almış,  1908-ci  ildə 



İrəvandakı  gim naziyaya  daxil  olmuş  və  1917-ci  ildə  gimnaziyanı  bütün  fənlər- 

dən  əla  qiym ətlə  bitirmişdir.  Təhsilini  davam  etdirmək  üçün  maddi  imkanı  ol- 

madığından  Bakı  milyonçusu,  xeyriyyəçi  Hacı  Zeynalabdm  Tağıyevə  müraciət 

edir və tez bir zam anda 300 rubl  miqdarında kömək alır.

Əziz  Əliyev  1917-ci  ildə  Sankt-Peterburqda  Rusiyanın  ən  nüfuzlu  ali 

tibb  təhsili  məktəblərindən  olan  Hərbi  Tibb  Akademiyasına  daxil  olmuşdur.  O, 

hələ  birinci  kursdan  Sankt-Peterburqda  fəaliyyət  göstərən  səpgili  yatalaqla  mü- 

barizə  briqadasına  işə  düzəlir  və  boş  vaxtlarında  orada  çalışaraq  aldığı  maaşla

82



həm  öz  xərcbrinin  bir  hissəsini  ödəyir,  həm  də  valideynlərinə  xərclik  göndə- 

rirdi.


1918-ci  ilin yay tətilinə  Əziz Əliyev əhalisinin böyük  əksəriyyətini  azər- 

baycanlılar təşkil  edən İrəvana gəlir və burada ermənilərin yerli  əhaliyə amansız 

qəddarlıqları  i b   üzləşir.  O,  məcburən  ailəsini  çətinliklə  olsa  da  Şərura  köçiirür, 

sonra  isə  indiki  Kəngərli  rayonunun  Şahtaxtı  kəndində  məskuniaşırlar.  Bu  və- 

ziyyətlə  əlaqədar  Əziz  Əliyev  təhsilini  davam  etdirmək  üçün  Sankt-Peterburqa 

qayıda bilmir.

Erməni  daşnakları  rus  bolşevik  havadarlarmın  dəstəyi  ilə  1920-ci  ilin 

may ayında N axçıvana hücum edərək  Şərur rayonunu,  eləcə  də  Şahtaxtı kəndini 

dağıdaraq  qırğınlar  törədirlər.  Bu  qırğınlardan  didərgin  düşən  Şahtaxtı  əhalisi, 

eləcə də  Əziz Əliyevin ailəsi  Araz çaymı keçərək  Cənubi  Azərbaycanm Ə rəb b r 

kəndində  məskunlaşırlar.  O,  burada  həkim  köməkçisi  kimi  çalışaraq  öz  tibbi 

fəaliyyətini davam etdirir.  Anası Zəhra xanımı  da elə Ə rəb b r kəndində itirir.

1921-ci  ilin  iyun  aymda  onlar  yenidən  Şahtaxtı  kəndinə  qayıdırlar  və 

Əziz  Əliyev  1923-cü  ilin  may  ayına  kimi  kənddə  orta  tibb  işçisi,  həkim  kö- 

məkçisi kimi tibbi xidmət göstərir.

1923-cü ilin may ayında Əziz Əliyev Bakı  şəhərinə köçür və onun həya- 

tında yeni mərhələ başlayır.  O,  əvvəllər Azərbaycan  SSR  Xalq  Komissarları  Şu- 

rasmda  iş  icraçısı,  sonra  həmin  idarədə  ümumi  şöbə  müdirinin  müavini,  sonra 

katibin  müavini  və  daha  sonra  respublika  Xalq  Komissarlığı  Şurasmın  katibi 

vəzifəsini  yerinə  yetirir.  Bütün  bu  işlərin  ağıriığına  baxmayaraq  o,  yanm çıq 

qalmış  təhsilini  də  Bakı  Dövlət  Universitetinin  tibb  fakültəsində  davam  etdirir. 

1927-ci  ildə  bu  fakültəni  bitirərək  həmin  universitetin  daxili  xəstəliklər  kafed- 

rasında  işə  başlayır.  Həmin  kafedrada  əvvəlbr  ordinator,  sonra  aspirant  və  do- 

sent  kimi  fəaliyyət  göstərir.  Əziz  Əliyev  1929-1932-ci  illərdə  Azərbaycan  Kli- 

nik institutunda rektor vəzifəsində çalışmışdır.

İkinci  Dünya müharibəsindən  əvvəlki  illərdə  və  müharibədən  sonrakı  il- 

lərdə  Əziz  Əliyev  Azərbaycanda  səhiyyənin  təşkili  m ə sə b b rin ə   xüsusi  diqqət 

yetirmişdir.  Onun  bu  xidmətləri  əvəzedilməzdir.  O,  Xalq  Səhiyyə  Komissarlı- 

ğmın  müalicə  şöbəsinin  müdiri,  Bakı  Səhiyyə  şöbəsinin  müdiri,  Xalq  Səhiyyə 

Komissarınm  müavini,  Xalq  Səhiyyə  Komissarı  vəzifəbrində  işbyərkən  res- 

publikanın  bütün  rayonlarına  getmiş,  qarşıya  çıxan  problem brin  yerində  həll 

edilməsi üçün tədbirlər görmüşdür.

Əziz  Əliyevin  böyük  fəallığı  ib   Azərbaycan  D ö v b t  Universitetinin  tibb 

fakültəsinin  bazasında  1930-cu  ilin  iyun  aymın  19-da  Azərbaycan  D ö v b t  Tibb 

İnstitutu yaraddmışdır.  1932-ci  ildə həmiıı  instituta rektor vəzifəsinə təyin olun- 

muşdur.


Bakı  şəhərində səhiyyə xidməti  işini yaxşılaşdırmaq m əqsədib Əziz Əli- 

yev  1934-cü  ilin mart  ayında Bakı  şəhər səhiyyə  şöbəsinin müdiri vəzifəsinə tə- 

yin edilmişdir.

83



Azərbaycanda  yüksək  ixtisaslı  milli  tibb  kadrlarmın  hazırlanması  məq- 

sədilə  1935-ci  ildə  o,  yenidən  Azərbaycan  Dövlət  Tibb  İnstitutuna  rektor  vəzifə- 

sinə  qaytarılmışdır.  1935-ci  ildə  H əkim bri  Təkmilləşdirmə  İnstitutu təşkil  olu- 

nur.  Onun  rəhbərliyi  ilə  geniş  tədbirlər  planı  hazırlanm ış  və  həyata  keçirilmiş- 

dir.  Belə ki, azərbaycanlı kadrlar işlə təmin edilmişdir.  Əziz Əliyevin köməkliyi 

ilə  1932-1935-ci  illərdə  ana dilində 45  adda dərslik və  dərs vəsaitləri  hazırlana- 

raq  tələbələrin  istifadəsinə  verilmişdir.  Bu  əsərlərdən  onun  özünün  “Klinik 

analizlər”,  K.Ə.Balakişiyevin  “İnsanııı  normal  anatomiyası”,  C.Hüseynovun 

“Patoloji  anatom iya”,  M .Qəniyevin “M ikrobiologiya kursu”,  Y.Qaziyevin “Ağ- 

ciyər  vərəmi”,  Ü.M usabəyovanm   “Göz  xəstəlikbri”,  Q.Səfərov  və  Ə.Həsəno- 

vun  “Bioloji  kim ya”,  Ə.Talışinskinin  “Travmatologiya”  və  s.  göstərmək  olar. 

Bunlardan  başqa  M .A.M irqasımovun,  M.A.Topçubaşovun,  M.M.M irsəlimo- 

vun,  M .Ə.Əfəndiyevin,  Z.M .M əmmədovun və başqalarım n əsərlərinin  çap etdi- 

rilməsində m üstəsna xidmətləri  olmuşdur.  Onun təşəbbüsü ilə digər dillərdən də 

əvəzsiz  kitabların:  İ.Berberinin  “Boğaz,  burun,  qulaq  xəstəlikləri”,  A.Qaltıçinin 

“Uşaq  xəstəlikləri”,  V.Skvortsovun  “Farmakologiya kursu”,  E.Freyzeldin  “His- 

tologiya”  və s.  Azərbaycan  dilinə t ərcümə olunmuşdur.  Azərbaycan  Dövlət 

Tibb  İnstitutunuıı  kollektivi  tərəfindən  1930-1945-ci  illərdə  80-dən  artıq  adda 

dərslik  və  dərs  vəsaiti  hazırlanıb  nəşr  etdirilmişdir  ki,  bunlardan  da  55-i  Əziz 

Əliyevin  rektor  olduğu  illərə  təsadüf  edir.  Onun  şəxsi  təşəbbüsü  və  institut 

əməkdaşlarımn  fəaliyyəti  nəticəsində  institutda  “Tibb  nəşriyyatı”  yaradılmışdır 

və  ’’Praktiki  və  nəzəri  tibb ju m alı“nın  nəşri  təkmilləşdirilmişdir.  1933-cü  ildə 

Əziz  Əliyev  jurnalm   baş  redaktoru  vəzifəsinə  təyin  edilir.  Həmin  ildə  onun 

təşəbbüsü  ilə  institutda  “Tibb  kadrları  uğrunda”  adı  altında  çoxtirajlı  qəzetin 

çapına başlanılmışdır.

Əziz  Əliyev  hansı  işdə  çalışmağından  asılı  olmayaraq  həm işə  elmi  fəa- 

liyyətini  davam etdirmişdir.  Belə ki,  o,  institutu bitirəndən  iki  il  sonra namizəd- 

lik  (1929-cu  il),  beş  il  sonra  isə  doktorluq  dissertasiyasını  müdafıə  etmişdir. 

Əziz  Əliyevin  doktorluq  dissertasiyası  Azərbaycanda  ilk  dəfə  olaraq  SSRİ 

Elmlər  Akademiyasmın  və  ÜİLKGİ  Mərkəzi  Komitəsinin  mükafatlarına  layiq 

görülmüşdür.  Əziz  Əliyev  Azərbaycan  SSR  Xalq  Səhiyyə  Komissarı  işbdiyi 

vaxtda  (1941-ci  ilin  may  ayının  13-də)  SSRİ  E lm b r  Akademiyasının  Azərbay- 

can  fılialının  rəyasət  heyəti  nəzdində  təşkil  edilm iş  elmi  şuranm  üzvü  seçil- 

mişdir.  1954-1956-ci  ilb rd ə  Azərbaycan  Elmi-Tədqiqat  Ortopediya  və  Вэгра 

Cərrahlığı  İnstitutunun direktoru,  1956-cı  ildən ömriinün  sonuna  kimi  Azərbay- 

can  D ö v b t  H əkim bri  Təkmilləşdirmə  İnstitutunun rektoru vəzifəbrində  işləmiş- 

dir.  1956-ci  ildən  professor  təsdiq  edilmişdir.  1960-cı  ildə  Əziz  Əliyevə  “Azər- 

baycan SSR əməkdar həkim i” adı verilmişdir.

Əziz  Əliyev  həyat  yoldaşı  Leyli  xanımla  birgə  Azərbaycan  Səhiyyəsinə 

həm də layiqli  davam çılar verm işbr:

Qızı Ləzifə Əliyeva -  oftalmoloq, dosent.

84



Oğlu  Tamerlan  Əliyev -   əməkdar  elm  xadimi,  tibb  elmləri  doktoru,  pro­

fessor.


Qızı  Zərifə  xanım  Əliyeva -   atasının  yolunu  şərəflə  davam  etdirmişdir, 

şöhrətli  oftalmoloq,  Azərbaycan  SSR  Elmlər  Akademiyasının  m üxbir  üzvü  ol- 

muşdur.

Oğlu  Cəmil  Əliyev  -   tibb  elmləri  doktoru,  professor,  Azərbaycan  Milli 

E lm b r Akademiyasınm müxbir üzvüdür.

D ö v b t  xadimi,  professor,  respublikanm  əməkdar  həkimi,  səhiyyə  təşki- 

latçısı, gözəl  insan  Əziz  Əliyevin xatirəsi  həmişə  Azərbaycan  xalqınm  qəlbində 

yaşayır.  Akademik  M .Topçubaşov  onun  haqqında  xatirələrində  yazırdı:  “Əziz 

Əliyev  yalnız  şəxsiyyət  deyil,  onun  fəaliyyəti  xalq  səhiyyəsinin  inkişafında  bü- 

töv bir mərhələdir” .

1998-ci  ilin  may  ayımn  14-də  Əziz  Əliyevin  100  illik  yubileyi  d ö v b t 

səviyyəsində  keçirilmişdir.  Tədbirdə  ulu  öndərimiz  ITeydər  Əliyev  onun  həyat 

yolunun  və  yaradıcılığının  bizə  məlum  olmayan  məqamlarından  geniş  söhbət 

açmışdır.

2006-ci  ilin  dekabr aymın  5-də  Əziz  Əliyevin  110  illik  yubileyi  yenə  də 

dövlət səviyyəsində keçirilmişdir.

Əziz  Ə liyevin  əməyi  hökum ət  tərəfındən  bir  çox  təltifbr:  Azərbaycan 

Mərkəzi  İcraiyyə  Komitəsinin “Fəxri  fərmanı”,  SSRİ  Ali  Sovetinin qərarı  i b   iki 

“Lenin”,  “Qırmızı  Əmək  Bayrağı”,  “I  dərəcəli  Vətən  M üharibəsi”  ordenbri, 

“Qafqazm  M üdafıəsi  uğrunda”,  “Almaniya  Üzərindo  Q əbbəyə  görə”,  “ 1941- 

1945-ci  illərdə  Böyük  Vətən  M üharibəsində  Şərəfli  Əməyə  görə”,  “Moskvanm 

800  illiyinə görə” medalları  i b  qiymətləndirilmişdir (2, s.  281-283).

Azərbaycan  D ö v b t  H əkim bri  Təkm ilbşdirm ə  İnstitutu,  Bakı,  Naxçi­

van,  Mahaçqala  şəhərbrində  mərkəzi  küçələrdən  biri,  Naxçivan  Mərkəzi  Uşaq 

Xəstəxanası  Əziz Əliyevin adını daşıyır.


Yüklə 196,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin