301) Sol təpə payında balaca arterio-venoz malformasında (anamnezdə subaraxnoidal qansızma ) görülən tədbirlər hansılardır?
A) Transkranial kəsib götürülmə
B) Şüa terapiyası
C) Konservativ müalicə
D) Müşahidə
E) Endovaskulyar əməliyyat
Ədəbiyyat: S.V.Mojaev,T.A.Skoromets . Neyrocərrahiyyə.SPb , Politexnik,2001
302) Təpə payının səthi balaca arterio-venoz malformasiyanı soyuq dövrdə necə operasiya etmək olar?
A) Radiocərrahiyyə
B) Balonlarla endovaskulyar afferent damarların bağlanması
C) Afferent damarların kliplənməsi
D) Kombinəolunmuş müalicə
E) Mikrocərrahiyyə
Ədəbiyyat: S.V.Mojaev,T.A.Skoromets . Neyrocərrahiyyə.SPb , Politexnik,2001
303) Sol yarımkürənin yayılmış arterio-venoz malformasiyasında (epi-sindrom) görülən tədbirlər hansılardır?
A) Qıcolmaəleyhinə müalicə təyin etmək
B) Təcili əməliyyat
C) Planlı şəraitdə əməliyyat
D) Əməliyyat vacib deyil
E) Dinamikada müşahidə
Ədəbiyyat: S.V.Mojaev,T.A.Skoromets . Neyrocərrahiyyə.SPb , Politexnik,2001
304) Sol yarımkurənin dərin şöbələrinin balaca arterio-venoz malformasiyasında (anamnezində subaraxnoidal qansızma ) müalicənin növü hansıdır?
A) Radiocərrahiyyə
B) Mikrocərrahiyyə
C) Afferent damarların kliplənməsi
D) Afferent damarların balonlarla endovaskulyar okklyuziyası
E) Konservativ
Ədəbiyyat: S.V.Mojaev,T.A.Skoromets . Neyrocərrahiyyə.SPb , Politexnik,2001
Dostları ilə paylaş: |