811) Travmatik asfiksiyanın klinik təzahürünün inkişafının əsası nədir?
A) Qarnın və ya döş qəfəsinin güclü sıxılması nəticəsində yuxarı boş vena sistemində təzyiqin kəskin artması və qanaxınının pozulması
B) Döş qəfəsinin və diafraqmanın sıxılması nəticəsində bronxlarda və alveollarda təzyiqin kəskin artması
C) Döş qəfəsinin sıxılması nəticəsində ağ ciyər arteriyası sistemində təzyiqin kəskin artması
D) Döş qəfəsinin sıxılması nəticəsində kiçik qan dövranı sistemində təzyiqin kəskin artması
E) Döş qəfəsinin və diafraqmanın sıxılması nəticəsində bronxlarda təzyiqin kəskin artması
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
812) Diafraqmanın cırılması ilə torakoabdominal yaralanma diaqnozu aşağıdakı hansı müştərək müayinələr aparıldıqda daha böyük ehtimalla qoyula bilər?
A) Diaqnostik pnevmoperitoneum, qarın və döş boşluqları orqanlarının rentgenoqrafiyası
B) Qarın və döş boşluqları orqanlarının rentgenoqrafiyası, qarın boşluğunun və döş qəfəsinin USM-i
C) Laparoskopiya, qarın boşluğunun və döş qəfəsinin USM-i
D) Torakoskopiya və laparoskopiya
E) Torakoskopiya və döş qəfəsi orqanlarının rentgenoqrafiyası
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
813) Diafraqmanın küt travmatik zədələnmələri (cırılmaları) zamanı əksər hallarda hansı hallar müşahidə olunur?
A) Bel nahiyəsində diafraqmanın qopması
B) Vətər hissəsinin əzələ hissəsindən ayrılması
C) Sol tərəfdə vətər hissəsinin cırılmaları
D) Sağ tərəfdə vətər hissəsinin cırılmaları
E) Diafraqmanın döş hissəsinin qopması
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
Dostları ilə paylaş: |