856) Ağ ciyərdə qan axınının qiymətləndirilməsi üçün hansı müayinə aparılır?
A) Ventilyasion radioqrafiya və maqnit-rezonans tomoqrafiya
B) Angiopulmonqrafiya və ventilyasion radioqrafiya
C) Perfuzion sintiqrafiya və angiopulmonoqrafiya
D) Pnevmotaxoqrafiya və nüvə-maqnit tomoqrafiyası
E) Pnevmotaxoqrafiya və perfuzion sintiqrafiya
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
857) Normada plevral boşluqda hansı təzyiq müşahidə edilir?
A) Atmosfer təzyiqə bərabər
B) Atmosfer təzyiqdən bir qədər aşağı təzyiq
C) Mənfi
D) 0 – a bərabər
E) Atmosfer təzyiqdən bir qədər yuxarı təzyiq
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
858) Ağciyərin pay və seqmentar lokalizasiyalı patologiyasını təyin etmək üçün mütləq vacib olan müayinə metodu hansıdır?
A) Döş boşluğu orqanlarının obzor rentgenoloji müayinəsi
B) Döş boşluğu orqanlarının polipozision rentgenoskopiyası
C) Döş boşluğu orqanlarının lateropozisiya vəziyyətində rentgenoqrafiyası
D) Döş boşluğu orqanlarının yan proyeksiyada rentgenoqrafiyası
E) Zonoqramma
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
859) Poliklinikada bronxoskopik müayinənin istənilən növü hansı şərtlərdə mümkündür?
A) Qeyd edilən müayinə xəstədə əvvəllər artıq həyata keçirilmişsə
B) Poliklinika istənilən profilli stasionarda yerləşirsə
C) Endoskopiya kabineti reanimasion vasitələrlə təchiz edilmişsə
D) Profilə uyğun çarpayılı («bir günlük stasionar» tipli») anestezioloji-reanimasion xidmət varsa
E) Fibrobronxoskopiya yerli anesteziya altında həyata keçirilirsə
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
Dostları ilə paylaş: |