973) Huşun qısamüddətli qaranlıqlaşması, görmənin pozulması, qıcolmalar, vegetativ dəyişikliklər hansı arteriyadakı patoloji proses zamanı müşahidə edilir?
A) onurğa arteriyasının kəllədən xaric stenozunda
B) əsas arteriyanın tam tutulmasında
C) əsas arteriyanın stenozunda
D) ön beyin arteriyasının tromboz və stenozunda
E) onurğa arteriyasının aşağı beyincik arteriyasının ayrıldığı yerdəki zədələnməsi zamanı
Ədəbiyyat:R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh162
974) Əsas arteriyanın tam tutulmasında aşağıdakı əlamətlərdən hansılar müşahidə olunur?
A) Huşun qısamüddətli qaranlıqlaşması, görmənin pozulması, qıcolmalar, vegetativ dəyişikliklər
B) Başı yana döndərdikdə beyin kötüyünün keçici qan - damar pozğunluğu, başgicəllənmə, qusma, bulbar iflic
C) Koma, tetraplegiya, ürək fəaliyyətinin, tənəffüsün pozulması
D) Tetraplegiya, naqil tipli hissiyyatın pozulması
E) Vallenberq - Zaxarçenko sindromu, Horner sindromu, yerişin, duruşun çətinləşməsi, ikigörmə, vegetativ dəyişikliklər, fotopsiya
Ədəbiyyat:R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh162
975) Koma, tetraplegiya, ürək fəaliyyətinin, tənəffüsün pozulması hansı arteriyada patoloji proses zamanı müşahidə edilir?
A) Ön beyin arteriyasının tromboz və stenozunda
B) Onurğa arteriyasının aşağı beyincik arteriyasının ayrıldığı yerdəki zədələnməsi zamanı
C) Əsas arteriyanın tam tutulmasında
D) Əsas arteriyanın stenozunda
E) Onurğa arteriyasının kəllədən xaric stenozunda
Ədəbiyyat:R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh162
976) Onurğa arteriyasının ön pilləli əzələ ilə sıxılması zamanı aşağıda sadalananlardan hansılar icra edilməlidir?
A) Ön pilləli əzələnin kəsilməsi
B) Anastomozun qoyulması
C) Damarın sıxılmış hissəsinin rezeksiyası
D) Damarın embollaşdırılması
E) Osteofit vəya disk yırtığının çıxarılması
Ədəbiyyat:R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh163
Dostları ilə paylaş: |