Kəşfiyyat– MM quvvələrinin fəaliyyətini təmin etmək üçün görülən əsas tədbirlərdən biridir.
Fövqəladə hadisənin baş verdiyi ərazidəki vəziyyəti düzgün qiymətləndirmək yaranmış problemlərin həlli deməkdir. Fövqəladə hadisənin düzgün qiymətləndirilməsi üçün kəşfiyyatı düzgün təşkil etmək bütün mülki müdafiə rəhbərlərinin, qərargahların və komandirlərin vacib vəzifəsidir.
Kəşfiyyatın konkret məqsədini, ilk növbədə hansı məlumatların toplanmasını və müddətini, bunun üçün istifadə ediləcək qüvvələri mülki müdafiə rəhbəri müəyyənləşdirir.