Radiasiya və kimya müşahidə postları (RKMP) – bütün obyektlərdə yaradılır və təhlükə yaranarkən bilavasitə fəaliyyətə başlayır. Onların əsas vəzifələri radioaktiv və kimyəvi zəhərlənməni vaxtında aşkar etmək, müşahidə sahəsində vəziyyətin dəyişməsinə fasiləsiz göz qoymaq və qərargaha müntəzəm surətdə məlumat verməkdir. Təbii fəlakət və istehsalat qəzaları vaxtı ona digər vəzifələr də tapşırıla bilər.
Post elə bir yerdə qoyulmalıdır ki, oradan hər tərəfi müşahidə etmək mümkün olsun və postun özü MM idarəetmə məntəqəsinin yaxınlığında yerləşsin. Müşahidəçilərin daldalanması və növbədən sonra dincəlməsi üçün burada hökmən üstüörtülü səngər düzəldilir, müşahidəçi duran yerdə cəhətləri göstərən nişan qoyulur.